Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib
29 Sentyabr 2026, 10:44
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1232
21.07.2023, 17:10
Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Natəvan Babayeva ötən gün 46 yaşında dünyasını dəyişib.
Teleaparıcı uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi. O, bir neçə gün öncə müalicə üçün Türkiyəyə getmək istəyərkən hava limanında halı pisləşmiş, bu səbəbdən xəstəxanaya yerləşdirilmişdi. Onun süd vəzisində başlanan xəstəlik ağırlaşaraq digər orqanlara yayılmışdı.
Müasir dövrdə süd vəzi xəstəliklərindən əziyyət çəkən qadınlara tez-tez rast gəlinir. Bəs nə etməli? Bu dəhşətli xəstəlikdən necə qorunmalı?
Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev Yenisabah.az-a danışıb.
Həkim bildirib ki, bu xəstəliyin yaranmasının bir sıra səbəbləri ola bilər, lakin ən başda qida dayanır:
"Təəssüflər olsun ki, onkoloji xəstəliklər günümüzdə böyük problemə çevrilib. Birinci amil isə məhz qidalanmadır. Peyğəmbərimiz deyib ki, biz nə yeyiriksə, ondan ibarətik. Yediyimiz qidalar, içdiklərimiz nə qədər çirklidirsə, bir o qədər də xəstəliyə tutulacağıq. Qəbul etdiyimiz qidalar, yağlar, qazlı, şirin içkilər bədənimizin metobolizmasını, onun biokimyasını dəyişir. Bu dəyişdikdə bədəndə xəstə hüceyrələr formalaşır və çoxalır. Hər dəfə cavanlarla dava edirəm ki, "siqareti atın!" Dünyada 6 milyon insan siqaretdən ölür, siqaret çəkənlər bir çox halda onkoloji xəstəlikdən əziyyət çəkirlər, yaxud ağciyərlərində problem olur. Nəfəs tutulduqca, yetərli oksigen alınmadıqca da istənilən xəstəliyə düçar olmaq çox asandır. Bunlar hamısı təsir edən faktorlardır. Yediyimiz trans yağlar, rəngli sular hamısı çox zərərlidir, onlara qətiyyən yaxın durmaq olmaz".
Professor qeyd edib ki, bu xəstəliyin yaranmasına digər səbəb psixoloji gərginlik və stressdir:
"Yediyimiz qeyri-sağlam qidalar, çirkli hava ilə bərabər psixoloji gərginlik də xəstəliklərə yol açan səbəblərdən biridir. Bu gün qadınlarda süd vəzi xərçənginin tez-tez aşkarlanması onların ailə münasinbətlərinin, qadın-kişi münasibətlərinin düzgün qurulmamağıdır. Ailədəki psixoloji gərginlik xəstəliklərin yaranmasında mühüm rol oynayır. Üstəgəl, yaşadığımız mühitdəki problemlər təəssüf ki, stressə səbəb olur.
O cümlədən, bədxassəli şişlərin yaranmasında müxtəlif kosmetik vasitələrin, plastik müdaxilələrin də rolu var. Bunlar hamısı insanı təbiilikdən çıxarır. Nə qədər təbiətlə bağlı olsaq, o qədər xəstəliklərdən uzaq olarıq.
Bu mənada, gərək biz təbiəti də sağlam saxlayaq, ekologiyanı qoruyaq. Bu gün şəhərə fikir verin, əhalinin böyük əksəriyyəti siqareti çəkib yerə atır. Bu həm zibillikdir, həm mədəniyyətsizlikdir, həm də oksigeni udur və karbon qazı çoxalır. Karbon qazı çoxaldıqca da xəstəliklər artır. Bu da onkoloji xəstəliklərin yaranmasına gətirib çıxaran amillərdən biridir.
Bundan əlavə, belə bir durumda kim bilə-bilə ölkəyə keyfiyyətsiz dərman, qida gətirirsə, bizim düşmənimizdir. Belə insanlar olan yerdə bizim düşmənə ehtiyacımız yoxdur".
15:10 / 29 Sentyabr 2026
33
14:56 / 29 Sentyabr 2026
58
14:40 / 29 Sentyabr 2026
47
14:21 / 29 Sentyabr 2026
102
14:18 / 29 Sentyabr 2026
12
14:15 / 29 Sentyabr 2026
60
14:08 / 29 Sentyabr 2026
74
14:00 / 29 Sentyabr 2026
56
13:58 / 29 Sentyabr 2026
56
13:45 / 29 Sentyabr 2026
172
13:40 / 29 Sentyabr 2026
59
13:36 / 29 Sentyabr 2026
50
13:25 / 29 Sentyabr 2026
250
13:24 / 29 Sentyabr 2026
181
13:22 / 29 Sentyabr 2026
132
13:18 / 29 Sentyabr 2026
66
13:10 / 29 Sentyabr 2026
53
13:04 / 29 Sentyabr 2026
236
12:52 / 29 Sentyabr 2026
86
12:48 / 29 Sentyabr 2026
124
12:42 / 29 Sentyabr 2026
78
12:35 / 29 Sentyabr 2026
62
12:29 / 29 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.