Qaynar xətt:

(+99450) 247 90 86

Qarın böyüməsinin əsas səbəbi bunlar imiş  - Həkim açıqladı

Qarın böyüməsinin əsas səbəbi bunlar imiş  - Həkim açıqladı

TİBB

1882

05.07.2023, 10:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir çox insanların əziyyət çəkdiyi qarın böyüməsi əslində bu xəstəliklərin nəticəsində baş verir.

Böyük bir qarın, yalnız piylənmədən deyil, həm də bağırsaqda kistanın görünüşündən, həmçinin astsit və aşağı arxanın hiperlordozundan da baş verə bilər.

Oxu24.com xəbər  verir  ki, bunu Gazeta.ru-ya osteopat,  fizioterapiya və idman təbabəti üzrə həkim   Yuliya Tolmaçova deyib.

Onun sözlərinə görə, qarın yağlanmasının ilk səbəbi zəif əzələlər ola bilər.

Bu, adətən qeyri-idman həyat tərzinə görə baş verir.

Problemi həll etmək üçün bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır.

Xəstəliyin ikinci səbəbi bel sütununun hiperlordozudur. Çox vaxt qadınlar hamiləlik zamanı və hamiləlikdən sonra bundan təsirlənirlər. Müalicə olaraq masaj və gimnastika tövsiyə olunur, deyə həkim bildirib.

Böyük qarının üçüncü mümkün səbəbi qarın boşluğunda böyük bir kütlədir: Bu şiş və ya kista ola bilər. Ultrasəs müyinəsi ilə bunu aydın etmək mümkündür.

Dördüncüsü - qarın boşluğunda maye yığıldıqda astsit və ya qarın damcısı zamanı  qarın böyüməsi  baş  verə  bilər. Çox vaxt qaraciyər sirozu, xərçəng və ya ürək problemləri bu vəziyyətə gətirib çıxarır.

 

Tərcümə:Aynurə Məcidova