Yeməkdən sonra yuxunuz gəlirsə,buna diqqət etməlisiniz...
29 Sentyabr 2026, 23:23
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1413
28.06.2023, 17:59
Qafqazlıların tarix boyu daha uzun yaşaması və sağlam olmağın sirlərindən biri də yaşıl qoz olub. Qafqaz viaqrası olaraq da bilinən yaşıl qozun faydaları bununla kifayətlənmir. Xalq təbabətində yaşıl qoz bir sıra xəstəliklərin müalicəsi zamanı istifadə edilir. Zobun müalicəsi, qaraciyər və bağırsaqların təmizlənməsi, həmçinin xərçəng əleyhinə yaşıl qoz çox güclü effektə malikdir. Qədimdə insanlar bu cür təbii vasitələrdən çox istifadə edirdilər. İndi isə onların yerini bahalı kimyavi dərmanlar alıb.
Bu gün sizə yaşıl qozun xalq təbabətində istifadə qaydaları barədə məlumat verəcəm. Diqqətiniz məndə olsun!
Kal qozun tərkibindəki faydalı maddələr yetişmiş qozla müqayisədə daha çoxdur. Yetişmiş qoz omega yağlarının mənbəyi sayılırsa, yaşıl qoz da bir çox vitaminlərin (C, B qrupu, E, PP, karotin), mineralların (xüsusilə yod), antioksidantların, orqanik və yağ turşularının mənbəyi hesab olunur. Yaşıl qozun balla qarışığı xalq təbabətində "min bir dərdin dərmanı" sayılır. Bu qarışıq bir çox xəstəliklərin müalicəsində istifadə olunur, orqanizmin müxtəlif pozulmaları zamanı simptonların aradan qaldırılmasına yaxşı kömək edir.
Bu qarışıq qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təsir edir, qanı təmizləyir, qurdqovucu təsir göstərir, qara ciyəri və bağırsaqları təmizləyir, artıq çəkidən azad olmağa kömək edir, orqanizmi cavanlaşdırır, immun sistemini möhkəmləndirir, orqanizmə xərçəng əleyhinə təsir edir.
Yaşıl qozun dəmləməsi xərçəngin bir çox növlərində xərçəng hüceyrələrinə öldürücü təsir göstərir. Yaşıl qozun dəmləməsindən, balla qarışığından və mürəbbəsindən boğaz ağrılarında, boğaz xərçəngində, zob xəstəliklərində geniş istifadə olunur. Tərkibi yodla zəngin olduğundan, zob xəstəliyindən, boğulmalardan əziyyət çəkənlər yaşıl qozdan və təqdim etdiyimiz bu qarışıqdan gen-bol istifadə edə bilərlər.
Yaşıl qoz müxtəlif xərçəng növləri ilə yanaşı, ağciyər xəstəliklərinə qarşı da çox təsirlidir. Digər tərəfdən, ürək sağlamlığını qoruyur və ürək xəstəliklərinin və xolesteroldan qaynaqlana biləcək xəstəliklərin qarşısını alır.
Beyin və ürək sağlamlığını qorumaq baxımından çox təsirli olan yaşıl qoz xüsusilə mədəaltı vəzi, prostat və döş xərçənginə qarşı qoruma təmin edir. O, həmçinin vuruş riskini aradan qaldırır və ya əhəmiyyətli dərəcədə keçməsini təmin edir.
Beyin hüceyrələrini yaxşılaşdırır, maksimum enerji verir, qocalmanı gecikdirir, xolesterini azaldır, qəbizliyi aradan qaldırır, astma və bronxit xəstəliyinə xeyirlidir. Sümük və zəkanın inkişafı üçün faydalıdır. Yaşıl qoz fərqli ləzzəti ilə xüsusilə vitamin baxımından zəngindir.
Yaşıl qozla balın qarışığını hazırlamaq üçün 1 kq yaşıl goz və 1 kq bal götürülür. Qoz yuyulur, qurudulur, ətçəkən maşınından keçirilir və ya blenderdə əzilir. Əzilmiş qoz hissə-hissə balla qarışdırılır və bankalara yığılır. Qarışıq 2 ay müddətində quru, qaranlıq və sərin yerdə (soyuducuda və ya zirzəmidə) saxlanılır. Onu vaxtaşırı qarışdırmaq lazımdır ki, bircinsli kütlə alınsın. Bu qarışıq gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qarışıq qurtarana kimi qəbul olunur.
Yaşıl qozdan hazırlanan mürəbbə də faydalılıq dərəcəsinə görə qozun özündən heç də geri qalmır. Qoz mürəbbəsi digər mürəbbələrlə müqayisə fərqli bir dada sahib olduğundan, bəzi insanlar onu sevmirlər. Əminəm ki, bu videodan sonra onlar da qoz müarəbbəsini sevməyə başlayacaqlar.
Qoz mürəbbəsinin faydaları nələrdir?
Yaşıl qoz mürəbbəsi faydaları baxımından bir çox mütəxəssisin tövsiyələri sırasındadır. Qoz mürəbbəsi C vitamini ilə çox zəngindir. Tərkibində B2, B1 və PP vitaminləri var. O, həzm sistemini sürətləndirir və nizamlı işləməsini təmin edir. O, maddələr mübadiləsini sürətləndirən təsirə malikdir. Xolesterolu tarazlaşdırır. Enerji baxımından cinsi istəksizlik kimi problemlərin həllində əsas qidalar arasında tövsiyə edilir. Sümük inkişafı üçün vacib bir qidadır.
00:16 / 30 Sentyabr 2026
17
00:02 / 30 Sentyabr 2026
36
23:55 / 29 Sentyabr 2026
920
23:47 / 29 Sentyabr 2026
41
23:43 / 29 Sentyabr 2026
46
23:34 / 29 Sentyabr 2026
41
23:23 / 29 Sentyabr 2026
100
23:12 / 29 Sentyabr 2026
57
23:08 / 29 Sentyabr 2026
55
23:07 / 29 Sentyabr 2026
43
22:50 / 29 Sentyabr 2026
54
22:39 / 29 Sentyabr 2026
58
22:28 / 29 Sentyabr 2026
73
22:28 / 29 Sentyabr 2026
623
22:24 / 29 Sentyabr 2026
119
22:09 / 29 Sentyabr 2026
59
22:09 / 29 Sentyabr 2026
141
21:58 / 29 Sentyabr 2026
210
21:45 / 29 Sentyabr 2026
62
21:36 / 29 Sentyabr 2026
84
21:26 / 29 Sentyabr 2026
65
20:56 / 29 Sentyabr 2026
405
20:53 / 29 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.