Qaynar xətt:

(+99450) 247 90 86

Yayda burun əməliyyat etdirmək olmaz? — Həkimdən açıqlama

Yayda burun əməliyyat etdirmək olmaz? — Həkimdən açıqlama

TİBB

1600

03.06.2023, 16:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bəzi vətəndaşlar yay aylarında burun,boğaz əməliyyatlarının edilməsinin təhlükəli olduğunu düşünür.

 

Onlar belə düşünürlər ki, yay aylarında hava isti olduğundan qanın laxtalanması prosesi zəif gedə bilər.

 

Bu fikirlər nə dərəcədə doğrudur?

 

Oxu24.com mövzu ilə bağlı Lor-plastik cərrah Kamran  İbrahimovla əlaqə saxlayıb.

 

Həkim bu fikirlərin həqiqətə uyğun olmadığını bildirdi.

"Əksinə yay aylarında insanların immun sistemi qış aylarına nisbətən daha möhkəm olur.Çünki yay aylarında günəş enerjisi ilə təbii vitamin,həmçinin meyvələrlə vitamin qəbul edən orqanizm qışa nisbətən güclü olur.Həmçinin qanın laxtalanmasının isti hava ilə bağlı heç bir əlaqəsi yoxdur.İnsanlar yay aylarında da əməliyyat etdirə bilərlər.Tibbi cəhətdən burada heç bir qadağa yoxdur", -deyə həkim açıqlamasında  bildirib.

 

Hazırladı: Aynurə Məcidova