Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89996
az

Saçlar buna görə tökülürmüş — Həkimdən mühüm açıqlama (VİDEO)

11:1731 May, 2023
673
  • A

Günümüzün ən çox rast gəlinən sağlamlıq problemlərindən biri də saç tökülməsidir. Saç tökülməsində bir çox faktor rol oynayır. Bu problemin ən geniş yayılmış səbəblərindən biri genetik faktordur.

Ailədə saç tökülməsi olan insanlar genetik meyl səbəbindən daha çox risk altındadırlar. Digər səbəb isə hormonal dəyişikliklərdir. Bu kimi hallarda həkim ilə məsləhətləşmək, qanı yoxlatmaq və tibbi müayinədən keçmək tövsiyə olunur.
Gün ərzində saçınızdan 100-150 qədər tük tökülürsə, normal qəbul edilir. Çox tökülürsə, demək ki, problem var.

Dermatoloq onu da dedi ki, son dövrdə pasientlər Biotinə üz tuturlar. Biotin isə sadəcə B qrupuna aid vitamindir. Buna görə də, birbaşa saç tökülməsinin qarşısını alması mümükün deyil.  


Cəvahir Abdiyeva müalicə üsulu kimi tanıdılan nikotin turşusunun istifadəsinin də tam olaraq faydalı sayılmadığını deyir. 

Dermatoloq onu da söylədi ki, hamiləlikdə yaranan hormonal dəyişikliklər də saç itkisinə səbəb ola bilər. Doğumun 4-cü ayından 10-cu aya qədər olan saç tökülməsi normal sayılır. Çünki hormonlarda kəskin disbalans yaranır. Bu müddətdən sonrakı dövrlərdə saç tökülməsi davam edirsə, mütləq müalicəyə başlanmalıdır. 
 
Onun sözlərinə görə, nə sarmısaq, nə də soğan suyu saçın tökülməsinin qarşısını ala bilməz. Əksinə, bu üsullar dərini qıcıqlandıra bilər. 

Saç tökülməsinə fenlər, kremlər, saç boyaları da səbəb olur. Buna görə də, belə məhsullardan istifadə zamanı diqqətli olmaq lazımdır.
Saçınızın tökülməməsini istəyirsinizsə, stressdən uzaq durmalı, sağlam həyat tərzi sürməli, qulluq zamanı təbii və doğru vasitələrindən istifadə etməlisiniz. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fil xəstəliyi nədir?
Camış ətinin bizə bu faydaları var imiş - Mütəxəssis rəyi
Təkrar burun əməliyyatı necə həyata keçirilməlidir? - Lor Sənan Mehdiyevdən AÇIQLAMA

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü