Yeməkdən sonra yuxunuz gəlirsə,buna diqqət etməlisiniz...
29 Sentyabr 2026, 23:23
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1492
21.05.2023, 09:13
Mədəaltı vəzi qidanın həzm olunmasında iştirak edir və maddələr mübadiləsini tənzimləyir. Yağ turşularının ürək, böyrək və əzələlər üçün vacib olduğunu artıq hamımız bilirik. Mədəaltı vəzi məhz yağ turşularının parçalanmasında iştirak edən xüsusi ferment istehsal edir.
Bundan əlavə, mədəaltı vəzi qanda şəkərin miqdarını tənzimləyən insulin istehsalına da cavabdehdir. Mədəaltı vəzi qrelin ifraz edir. Qrelin insanda aclıq hissi yaradır, həmçinin, qidanın həzminə kömək edən əsas fermentlərdəndir: işi karbohidratların, zülalların, yağların mübadiləsidir.
Mədəaltı vəzinin funksiyasının pozulması zamanı bir çox ciddi xəstəliklər meydana çıxır. Bunlara pankreatiti, şəkərli diabeti, pankreonekrozu, orqanlarda daş əmələ gəlməsini, yaxud şişləri misal göstərmək olar. Mədəaltı vəzinin xəstəliklərinin ilkin simptomları bəzən ümumi səciyyələndirilir. Bunlar qarının yuxarı hissəsində və sol qabırğa altında qəfildən meydana gələn ağrılardır. Bəzən diskomfort sol kürəkdə də hiss oluna bilir. Mədəaltı vəzinin axım qabiliyyəti aşağı düşəndə onun istehsal etdiyi fermentlər daxildə depolanır. Bu da sancı verir.
Bəs, necə etmək olar ki, orqanın sağlamlığına nəzarət etmək mümkün olsun?
Orqanın sağlamlığı üçün təbii reseptlər.
Yediyimiz qidalar sağlamlığımıza və əhval-ruhiyyəmizə təsir edir, bir çox xəstəliklərin profilaktikasında mühüm rol oynayır. Mədəaltı vəzinin xəstəliklərindən danışırıqsa, xroniki pankreatiti xüsusi qeyd etməliyik. Əgər sizin rasionunuzda yağlar üstünlük təşkil edirsə, əvəzində, zülal az miqdardadırsa, bu, mədəaltı vəzinin fəaliyyətinə mənfi təsir edə bilər və onu gücə salar. Orqan məcbur olar ki, daha çox ferment istehsal etsin. Balanslaşdırılmamış qidalanma artıq çəki və yağlanma ilə, əksər hallarda da, qanda triqliseridlərin səviyyələrinin artımı ilə nəticələnir. Baş verənlər isə mədəaltı vəzidə yağların toplanmasının, pankreatitin inkişafının səbəblərindəndir.
Sizinlə xalq təbabətinin sınanmış vasitələrinin reseptini paylaşıram.
1. Müalicəvi bitki qarışımı. Mədəaltı vəzinin iltihabının aradan qaldırılması və işinin stimullaşdırılması üçün istifadə olunan bu qarışım ənənəvi tibbdə çox məşhurdur. Bərabər miqdarda üyüdülmüş nanə yarpağı, uca andız kökü, şüyüd toxumu, dazı otunun qurusu, keşniş qurusu götürün. 2 xörək qaşığı bitki yağını bu bitki qarışımına əlavə edin. Üstünə 2 stəkan qaynar su tökün. Ağzını örtün, 1-2 saat dəmlənməyini gözləyin. Hazır olanda, gündə 4 dəfə, hər dəfə ½ stəkan olmaqla için. Hər gün təzə-təzə hazırlayıb, içməyiniz tövsiyə olunur. Dəmləməni pankreatitin istənilən formasında istifadə etmək mümkündür. Ancaq öd kisəsində daş varsa, əvvəlcədən həkimlə məsləhətləşməlisiniz.
2. Uca andız və adi dəvədabanı. 1 çay qaşığı uca andız kökünü 1 çay qaşığı adi dəvəbanı ilə qarışdırın. Üzərinə 250 ml qaynar su tökün. Qabı isti şala bükün ki, yaxşı dəmlənsin. 30 dəq sonra cuna ilə süzün. Hazır məhlulu 3 hissəyə bölün və gündə 3 dəfə için. Bu müalicə kursu 1 ay davam etməlidir.
3. Əsməqovaq qabığı ilə məhlul. Mədəaltı vəzini təmizləmək və funksiyalarını bərpa etmək üçün, həmçinin, qaraciyər və mədənin işini normallaşdırılmaq məqsədilə qədim zamanlardan bəri, əsməqovaq ağacının qabığından istifadə edirlər. Qazana 300 qr əsməqovaq qabığı qoyun. Qabıqların üstünə çıxanadək su əlavə edin. Qazanı vam odun üzərinə qoyun və 30 dəq qaynadın. Sonra 12-14 saat gözlədin. Cuna ilə süzün. Hazır məhlulu gündə 2 dəfə- səhər və axşam, hər dəfə 50 ml olmaqla qəbul edin.
4. Tibet ödqovucu çayı. Tibet çayı mədəaltı vəzinin problemlərində geniş tətbiq olunur. Buna səbəb onun tərkibindəki komponentlər və unikal xüsusiyyətidir. Çay orqanizmi tamamilə sağaldır. Mütəmadi olaraq, istifadə edilərsə, maddələr mübadiləsini normallaşdırır, bağırsağın və öd kisəsinin fəaliyyətini yaxşılaşdırır. Onun hazırlanması üçün 100 qr qumluq ödotu, 100 qr dazı otu, 100 qr çobanyastığı çiçəyi, 100 qr tozağacı tumurcuğu götürün, bunları yaxşıca qarışdırın. Qarışımı toz halına düşənədək üyüdün, şüşə qaba tökün. Hər axşam bu qarışımdan 1 xörək qaşığı götürün, 1 stəkan qaynar suda dəmləyin. Cuna ilə süzün, üstünə ½ çay qaşığı bal əlavə edin. Axşam yeməyindən sonra xırda udumlarla için. Tibet çayını pankreatitin kəskinləşməsi zamanı, həmçinin, mədəaltı vəzinin işinin bərpası məqsədilə içə bilərsiniz.
21:12 / 30 Sentyabr 2026
31
21:10 / 30 Sentyabr 2026
20
20:44 / 30 Sentyabr 2026
41
20:38 / 30 Sentyabr 2026
93
20:33 / 30 Sentyabr 2026
44
20:10 / 30 Sentyabr 2026
67
20:10 / 30 Sentyabr 2026
61
19:50 / 30 Sentyabr 2026
66
19:35 / 30 Sentyabr 2026
249
19:26 / 30 Sentyabr 2026
150
19:26 / 30 Sentyabr 2026
69
19:23 / 30 Sentyabr 2026
61
19:21 / 30 Sentyabr 2026
68
19:15 / 30 Sentyabr 2026
61
19:12 / 30 Sentyabr 2026
75
19:01 / 30 Sentyabr 2026
77
18:53 / 30 Sentyabr 2026
94
18:45 / 30 Sentyabr 2026
91
18:29 / 30 Sentyabr 2026
74
18:14 / 30 Sentyabr 2026
105
18:06 / 30 Sentyabr 2026
82
17:49 / 30 Sentyabr 2026
87
17:29 / 30 Sentyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.