Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88681
az

Dəfnə yarpağını qaynadıb,için  - BU XƏSTƏLİKLƏR SAĞALACAQ!

23:0409 May, 2023
1152
  • A

Dəfnə yarpağı istifadə etdiyiniz zaman nə baş verir?  
 

Əgər sizin  sümüklərinizdə ağrı, qarnınızda köp, qaz kimi problemləriniz, anormal həssaslığınız, öskürəyiniz, burun tutulmanız  varsa, bu video sizin üçündür. Bu dəfə sizə dəfnə yarpağının nəyə qadir olduğundan danışacağam. 

Yeməklərinizə dəfnə yarpağı əlavə etmək üçün səbəblər: 

Dəfnə yarpağının tərkibində zülal, yağ və karbohidratlar çox azdır. Kalsium, kalium, sink, maqnezium, C, B6 və A vitaminləri ilə zəngindir.  Müntəzəm şəkildə istifadə edilən dəfnə yarpağı orqanizmin dəstəkçisinə çevrilməkdə gecikmir.  Onun iltihab önləyici və antioksidant xüsusiyyətləri var. 
Elmi araşdırmalarla müəyyən olunub ki, dəfnə yarpağı bəlğəmgətirici və burunaçıcıdır. Həmçinin, antibakterial və virus əleyhinə xüsusiyyətləri də elmi laboratoriyalarda təsdiqlənib. Yarpaq bağırsaqlarda hərəkətliliyi sürətləndirir, qanda pis xolesterinin, triqliseridlərin və şəkərin  səviyyələrini  aşağı salır, immuniteti möhkəmləndirir. 
Mədə-bağırsağın işini asanlaşdırmaq da yarpağın hünərlərindəndir. Hər gün 1 fincan dəfnə yarpağı dəmləməsi içsəniz, həzm sisteminə kömək edəcək və yeməkdən sonrakı diskomfort hissini aradan qaldıracaq. Dəfnə yarpağı çayı şişkinliyin  və həddən artıq qaz ifrazının əmələ gəlməsinə mane olur, bağırsaqlarda spazmları yox edir, ağrıları xəfiflədir, ishalı kəsir. Mədə-bağırsaq traktatının soyuqdəyməsində qarındakı ağrını azaldır. Dəfnə çayı hazırlamaq üçün 1 litr suya 3 -4 yarpaq gərək olur. 
Nəfəs yoluna təsirləri. Təcrübələr göstərir ki, dəfnə yarpağının ekstraktı antibakterial və virus əleyhinə xüsusiyyətlərə malikdir. Bundan əlavə, selik ifrazını azaldır. Bu da soyuqdəymədə, qripdə  həyat keyfiyyətini yaxşılaşdırmağa  kömək edir. Dəfnə yarpağı əsaslı mazı və ya ekstraktı sinənizə sürtün və gecəni yatın. Uğurlu nəticəni ertəsi səhər hiss edəcəksiniz. 
Ev şəraitində inqalyasiya etmək üçün dəfnə yarpağı məhlulunun buxarı ilə nəfəs alın. Bu, bronxit və soyuqdəymədə kömək edəcək. Dəfnə yarpağı ağrıkəsici olduğundan xroniki ağrılar, xüsusən də, sümük soyuqlaması ağrılarında effektivdir. Daimi olaraq, dəfnə yarpağı çayı için və yeməklərinizə  ondan  əlavə edin. Maksimal nəticə əldə etmək üçün  ağrıyan sümüklərinizin üzərinə dəfnə yarpağından hazırlanan   maz və ekstrakt vurun. Bir elmi araşdırmada müəyyən edilib ki,  dəfnə yarpağında partenolid adlı, sümüklərə müalicəvi təsir edən komponent var. Dəfnə yarpağı mazını şişmiş sümüklərə sürtdükdə ağrı və iltihab azalır. 
Xərçəng əleyhinə vasitə kimi. Dəfnə yarpağı ekstraktının tərkibindəki antioksidant xassəli maddələr sərbəst radikallarla mübarizə aparmaqda mahirdirlər. Antioksidantlar xərçəngin düşmənləridir. Təcrübələr göstərir ki, onlar xərçəng hüceyrələrinin yaranmasının, inkişafının qarşısını ala bilir. Xüsusən də, süd vəzinin və yoğun bağırsağın xərçəngində effektivdirlər.  Xərçəng elə xəstəlikdir ki, diaqnoz qoyulanda, artıq onun mövcudluğunun neçə ili tamamlanmış olur.  İlk simptomlar  o zaman üzə çıxır ki, orqanizmdə xərçəngli hüceyrələrin sayı  müəyyən həddi keçərək, artmağa doğru getsin.  Və bu müddət ərzində insan xərçəngin varlığından belə, bixəbər olaraq, qalır.  Rasiona dəfnə yarpağı əlavə etmək  adi həyat şəraitində profilaktik tədbir sayılır.  Bununla belə,  əmin olarsınız ki, orqanizminizdə xərçəng yaranma riski günbəgün aşağı düşür. 
Ürək-damar sisteminə faydalıdır. Dəfnə yarpağının tərkibindəki laurik  turşusu qanda pis xolesterinin səviyyəsini azaldır, yaxşı xolesterinin səviyyəsini yüksəldir. Sidikqovucu xüsusiyyəti ilə orqanizmdəki artıq mayeni xaric edir. Bununla da, orqanlarda su yığılmasının və arterial təzyiqin  yüksəlməsinin qarşısını alır. 
Dəfnə yarpağından, sadəcə, ədviyyat kimi istifadə edib, sonda atmayın. Quru dəfnə yarpağını bütövlükdə istifadə etmək lazımdır ki, maksimal dərəcədə faydalana biləsiniz. Yarpağı  üyüdün və yeməklərinizə toz halında qatın. Yaxud 3-4 yarpağı 1 litr suda qaynadın, süzmədən, azca soyuyan kimi, soyuducuya qoyun.  Haçan istəsəniz ilıq halda, yaxud elə soyuq-soyuq için. 
 Təzə yarpaqlar da qurudulmuş yarpaqlar kimi, faydalıdır. Xüsusən, şəkər xəstələri təzə yarpaqlar  vasitəsilə qanlarının təmizliyinə nail ola bilərlər. 
Həyəcan, stress və yuxusuzluqda da dəfnə yarpağı müsbət təsir edir.  Onu aromaterapiya və ya dəmləmə kimi istifadə etmək olar. Tərkibindəki efir yağı kortizolun səviyyəsini aşağı salır. Linalool əsəb sisteminə sakitləşdirici kimi təsir edir.  Tarixdən məlumdur ki, romalı senatorlar hirslənərkən, başlarındakı dəfnə yarpağı çələngindən yarpaq qoparır, çeynəməyə başlayırdılar. 
Kəpəkli saçlar, dəri zədələnmələri və saç köklərinin möhkəmlənməsində də dəfnə yarpağı köməyə çatır. Yarpaqdan hazırlanan yağı baş dərisinə sürtün, 5 dəq gözləyin. Sonra adi şampunla yuyun.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fil xəstəliyi nədir?
Camış ətinin bizə bu faydaları var imiş - Mütəxəssis rəyi
Təkrar burun əməliyyatı necə həyata keçirilməlidir? - Lor Sənan Mehdiyevdən AÇIQLAMA

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu