Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88236
az

Bağırsağınızda polip olduğunu göstərən əlamət

23:3201 May, 2023
461
TİBB
  • A

Bağırsaqlarda poliplərin qeyri-spesifik simptomları ola bilər. Nadir halda olsa da, bəzi poliplər kolon xərçənginə çevrilir və bu ölümcül ola bilər.

“Medicina” xəbər verir ki, həkim – cərrah Yevqeniy Şiryayevin sözlərinə görə, yoğun bağırsaq polipləri bağırsağın daxili səthində bir neçə millimetrdən bir neçə santimetrə qədər olan kiçik törəmələrdir.

Poliplər müxtəlif formalarda olur: bəziləri göbələk formalı, bəziləri isə demək olar ki, düz, yastıdır.
Poliplərin əksəriyyəti zərərsizdir, lakin zaman keçdikcə bəziləri kolon xərçənginə çevrilə və ölümcül ola bilər.


“Hər kəsdə yoğun bağırsaq polipləri inkişaf edə bilər, heç kəs bundan sığortalanmayıb. Lakin 50 yaşdan yuxarı, artıq çəkisi olan, yağlı qidalar qəbul edən, siqaret çəkən, ailəsində yoğun bağırsaq polipləri və ya xərçəngi olan insanlarda onların inkişaf riski daha yüksəkdir”.


Həkim qeyd edib ki, polipin simptomları qeyri-spesifikdir, çünki digər xəstəliklərdə də eyni əlamətlər ola bilər.

• Düz bağırsaq, anusdan qanaxma

• Nəcisin rənginin dəyişməsi. Qan nəcisdə qırmızı zolaqlar kimi görünə bilər və ya çox tünd, tünd qırmızı rəng verə bilər.

• Bağırsaq vərdişlərində dəyişikliklər: məsələn, bir neçə gündən çox davam edən qəbizlik və ya ishal baş verir.

• Ağrı. Böyük bir yoğun bağırsaq polipi bağırsağı qismən bağlaya bilər.

• Dəmir çatışmazlığı anemiyası. Polip qanama verdiyi üçün bədəndə dəmir səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər.Yoğun bağırsaq polipi olan insanların əksəriyyətində heç bir simptom yoxdur. Cərrahın sözlərinə görə, skrininq 50 yaşında, ailəsində kolorektal xərçəngi olan şəxslər üçün isə 45 yaşından başlayır, gecikmək olmaz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü