Kardioloqdan arıqlama iynələri ilə bağlı AÇIQLAMA
30 Sentyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
912
24.04.2023, 11:52
Gözümüzdəki simptomların əksəriyyəti bizə bədənimizdəki digər xəstəliklər haqqında işarələr verir. Bununla bağlı türkiyəli oftalmologiya Mütəxəssisi Prof. Dr. Nur Acar Göçgil məlumat verib.
Onun sözlərinə görə, diabetdən hipertoniyaya, damar xəstəliklərindən, qan laxtalanmasına qədər bir çox xəstəliyin qarşısını almaq üçün erkən diaqnozun əhəmiyyəti böyükdür. Gözlərin altının şişməsi ürək xəstəliklərinin də əlaməti ola bilər.
Hər iki gözdə və ya bir gözdə görmə dəyişikliklərinin diabet və hipertoniya əlaməti ola biləcəyini vurğulayan mütəxəssis qeyd edib ki, gözə əhəmiyyətli və qalıcı zərər verə bilən şəkər xəstəliyinə göz dibi müayinəsi ilə erkən diaqnoz qoyula bilər.
“Ürək xəstəliklərinin əsas səbəbi aterosklerozun inkişafıdır. Bu ateroskleroz bədənimizin bütün damarlarında baş verə bilər. Göz damarlarında sərtlik və ya göz damarlarında laxtalanma müvəqqəti görmə pozğunluğuna səbəb ola bilər. Ürək ritmindəki pozğunluqlar da göz damarlarında laxtalanma kimi nəticələrə səbəb ola bilər. Ürək-damar xəstəlikləri və ürək ritminin pozulma riski olduğundan müvəqqəti görmə qabiliyyətini itirmiş insanların yoxlanılması vacibdir”, deyə oftalmoloq əlavə edib.
Onun sözlərinə görə, nəzarət olunmayan yüksək qan təzyiqi göz damarlarında tıxanma yaradır, nəticədə mərkəzi görmə və ya bir nahiyədə görmə pozğunluğu yarana bilər. Tıxanmış damar nahiyəsində retinada qanaxmalar və sarı ləkədə ödem inkişaf edə bilər. Daimi görmə zədəsi yaxından izləmə və vaxtında müalicə ilə minimuma endirilir. Əsas sistemik xəstəliyin müalicəsi də çox vacibdir. Müalicə və yaxından izləmə ilə tor qişada anormal qan damarlarının inkişafının qarşısı alınır. Xəstəliyin şiddəti göz müayinəsi ilə müəyyən edilə bilər.
08:03 / 01 Oktyabr 2026
43
23:02 / 30 Sentyabr 2026
101
22:17 / 30 Sentyabr 2026
4866
22:16 / 30 Sentyabr 2026
117
21:40 / 30 Sentyabr 2026
524
21:12 / 30 Sentyabr 2026
1215
21:10 / 30 Sentyabr 2026
78
20:44 / 30 Sentyabr 2026
81
20:38 / 30 Sentyabr 2026
448
20:33 / 30 Sentyabr 2026
84
20:10 / 30 Sentyabr 2026
182
20:10 / 30 Sentyabr 2026
99
19:50 / 30 Sentyabr 2026
92
19:35 / 30 Sentyabr 2026
836
19:26 / 30 Sentyabr 2026
268
19:26 / 30 Sentyabr 2026
97
19:23 / 30 Sentyabr 2026
84
19:21 / 30 Sentyabr 2026
101
19:15 / 30 Sentyabr 2026
84
19:12 / 30 Sentyabr 2026
103
19:01 / 30 Sentyabr 2026
116
18:53 / 30 Sentyabr 2026
179
18:45 / 30 Sentyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.