Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87659
az

Şabalıd Damarları Necə Təmizləyir? - MÖCÜZƏ TÜRKƏÇARƏ

18:5522 Aprel, 2023
243
TİBB
  • A

Ölkəmizdə şabalıd çərəz və aşqaranın əvəzolunmaz inqridienti kimi məşhurdur. Buna görə də, xüsusən, bayramqabağı şabalıdın faydalarından danışmağı məqsədəuyğun hesab etdim.  

Şabalıd digər növ çərəzlərdən zəngin tərkibi ilə seçilir. C vitamini, karbohidratlar, fol turşusuna malik olsa da, şabalıdın yağ və kalori dəyəri aşağıdır. Şabalıdın faydaları Bunlardır:
Antioksidantdır.  Artıq bilirik ki, sərbəst radikallar  hüceyrələrdə oksidativ stressə səbəb olur.  Oksidativ stress isə xərçəngin, erkən qocalmanın, DNT xəsarətinin, immun xəstəliklərin təməlində dayanan amillərdəndir. Şabalıdın tərkibindəki antioksidantlar sərbəst radikalların orqanizmə xəsarət vurmağına mane olur.  
Şabalıd mislə də zəngindir. Orqanizmdə mis çatışmazlığı hüceyrələrdə sərbəst radikalların daha sürətli hərəkət etmələrinə yol açır.  Eyni zamanda, misin istehsalına kömək edən antioksidantların mənimsənilməsini çətinləşdirir.  Mis çatışmazlığı selen, dəmir kimi elementlərin səviyyələrinə təsir edir; bunların hamısı orqanizmdə antioksidant aktivliyinin artmasında önəmli rol oynayır. 
Şabalıdın tərkibindəki antioksidantlardan biri də sinkdir. Sink qocalmanı ləngidir.  A və C vitaminləri  toxumaları sərbəst radikallardan qoruyur. Meyvə fenol turşuları ilə zəngindir.  Aparılan sınaqlar nəticəsində məlum olub ki, bu turşular aktiv antioksidant kimi çıxış edə bilirlər.  Şabalıdda DNT-dəki mutasiyaların qarşısını alan, mövcud mutasiyaların inkişafına mane olan taninlər də var. DNT mutasiyalarının faciəvi nəticələri haqqında, yəqin ki, çox eşitmisiniz.  Meyvədəki turşular pis xolesterolun səviyyəsini aşağı salır. Qısacası, şabalıdın tərkibindəki antioksidantlar orqanizmin müdafiəsində dayanır... 
Hamilələrin və uşaqların sağlamlığına faydalıdır. Tibbi araşdırmaların birində aşkar edilib ki, şabalıdın tərkibindəki maqnezium düşük ehtimalını azaldır. Belə ki, hamiləlik dönəmində rasiona şabalıd daxil etmək ana ilə bərabər, dölün sağlamlığını da dəstəkləyir.  Hamilə qadınların məruz qaldığı maqnezium çatışmazlığı uşağın orqanizmində metabolik sindromla nəticələnir.  Şabalıddakı mis yeni doğulan uşaqların zehni inkişafında və sümüklərinin böyüməsində olduqca önəmlidir. 
Ürək və qan damar xəstəliklərin yaranmasına izn vermir. Kalsium qaynağı olan şabalıd ürək xəstəliklərin əmələgəlmə riskini azaldır, mövcud  halda isə müalicəvi  təsir göstərir.  Aparılan araşdırmaların biri maraqlı nəticələrlə yadda qalıb. Məlum olub ki, pəhriz  proqramı çərçivəsində kalsium əlavəsi qəbul edən qadınların əksəriyyəti klimaksdan sonrakı dövrdə ürəyin işemik xəstəliyinə tutulmur.  Bundan əlavə, araşdırmalar zamanı o da aşkar edilib ki, kalsiumla zəngin qidaların, xüsusən, şabalıdın  müntəzəm qəbul edilməsi  orta yaşlı qadınlarda, həmçinin, kişilərdə  damar xəstəlikləri ehtimalını sıfıra endirir. 
Şabalıd sümüklərin sağlamlığına dəstək olur. Şabalıd kalsiumla zəngin olmaqla bərabər, digər qidalardakı kalsiumun da mənimsənilməsi, parçalarnması, orqanlara daşınması baxımından orqanizmin köməkçisidir. Səbəb isə onun tərkibindəki digər bir element-maqneziumdur. Yəni, maqnezium olmasaydı, orqanizm kalsiumdan faydalana bilməzdi. 
Şəkərli diabetin nəzarətdə saxlanmasına kömək edir.  Şabalıddakı maqnezium  insulin ifrazında önəmli rol oynayır. Əgər orqanizmdə maqnezium çatışmazlığı olarsa,  nəticədə insulin həssaslığı meydana çıxır. İnsulin həssaslığının ardınca isə orqanizmdə şəkərli diabet müşahidə edilir. 
Tərkibində olan C vitamini və digər antioksidantlar immunitetin gücləndirilməsi üçün mükəmməldir. C vitamini ağ qan hüceyrələrinin yaranmasını dəstəkləməsindən əlavə, bədəndəki sərbəst radikalların təsirsiz hala gətirilməsində də önəmli rol oynayır. Bu da immunitet sisteminin güclənməsinə və xəstəliklərin qarşısının alınmasına yardımçı olur.
Şabalıdın tərkibində bol miqdarda olan lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Bu liflər, həmçinin, yediyimiz qidaların bədən tərəfindən yaxşı əmilməsini təmin edir.
Beyin funksiyalarını yaxşılaşdırır. Tərkibindəki B qrup vitaminləri, nevroloji inkişaf və funksiyalarla birbaşa bağlıdır. Onda olan potasium beyinə qan axımını artırır, sinir sisteminin sağlığını qoruyur, yaddaşı gücləndirir.
Şabalıd varikoz xəstəliyi olan insanlara çox böyük kömək edir. Şabalıd damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir. Adətən bu xüsusiyyət daha çox cır şabalıda aid edilir. Məhz bu səbəbdən cır şabalıdın əsasında varikoz xəstəliyi zamanı istifadə olunan və çox yaxşı müalicəvi effekt verən müxtəlif kremlər, qellər, həblər buraxılır. Şabalıdın qabıqları, yarpaqları, toxumları, şabalıd ağacının qabığı müalicəvi məqsədi ilə istifadə olunur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Xərçəngin 10 ƏSAS SİMPTOMU:  Bunu hamı bilməlidir!
Göbələk xəstəlikləri

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü