Kardioloqdan arıqlama iynələri ilə bağlı AÇIQLAMA
30 Sentyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
411
21.04.2023, 12:00
D vitamini çatışmazlığını göstərən 10 əlamət
Hamımızın özümüzü yorğun və enerjisiz hiss etdiyimiz günlər olub. Tez-tez soyuqdəyməyə yaxalanırsınızsa, özünüzü daim depressiyada hiss edirsinizsə, hətta saçlarınız tökülürsə, bu, D vitamini çatışmazlığının işarəti ola bilər. Videoda orqanizmin D vitamininə ehtiyacı olduğunu göstərən 10 əlamətdən bəhs edəcəyəm.
D vitamini çatışmazlığının əlamətləri nələrdir?
Qeyd edim ki, D vitamini çatışmazlığı ilkin mərhələdə özünü biruzə vermir. Yəni, orqanizmə böyük zərər vurulandan sonra D vitamini çatışmazlığının fərqinə varmaq mümkündür. Lakin bütün problemlərdə olduğu kimi, D vitamini çatışmazlığında da orqanizm xəbərdarlıq etməkdə gecikmir. Həmin xəbərdarlıqlar sizdən diqqət və aradan qaldırılması üçün tədbirlər gözləyir.
10. Tez –tez xəstələnmək. D vitamini immunitetin möhkəmlənməsi üçün lazım olan əsas elementlərdəndir. D vitamini lazımi qədərdirsə, orqanizm virus və infeksiyalara qarşı mübarizə apara bilir. Əgər özünüzü daim kefsiz hiss edirsinizsə, orqanizminizdə D vitamini qıtlığı yaşanması ehtimalı böyükdür. Son illərdə aparılan araşdırmalar sübut edib ki, D vitamini çatışmazlığı ilə bronxit, sətəlcəm, soyuqdəymə kimi tənəffüs yolları infeksiyaları arasında əlaqə mövcuddur. Digər araşdırmalar isə onu göstərir ki, qida əlavəsi kimi, gündəlik D vitamini qəbul etmək bu xəstəliklərin əmələ gəlməsinin qarşısını alır.
9. Daim yorğunluq hissi. Yorğunluğun səbəbi çoxdur. D vitamini çatışmazlığı da bu səbəblərdəndir. Bir qadının tez-tez başı ağrıyırdı və xroniki yorğunluqdan şikayət edirdi. Qan analizi verdi. Məlum oldu ki, orqanizmindəki D vitamini səviyyəsi 1 ml-də 5,9 nanogramdır (NG/ML). Bu, D vitamini qıtlığı demək idi. Çünki normal bir insan orqanizmində D vitamininin səviyyəsi 20 nanogram`dan az olmamalıdır. Qadına D vitamini qəbul etmək tövsiyə edildi. Bir müddət sonra o, yenidən qan analizi verdi. Bu dəfə orqanizmindəki D vitamini səviyyəsi 39 nanogram`a yüksəlmişdi. Yoğrunluğu və baş ağrıları isə artıq keçmişdə qalmışdı.
8. Xroniki bel ağrıları və sümüklərdə göynəmə. D vitamini kalsiumun orqanizm tərəfindən mənimsənilməsinin təminatçılarındandır. Kalsiumun sümük sağlamlığı üçün faydasını bilməyən yoxdur. Sümüklərdəki səbəbsiz sızıldamalarla bərabər, bel ağrıları da D vitamini çatışmazlığından xəbər verə bilər. Bel ağrıları olan, həyat keyfiyyətləri aşağı düşmüş 9 min qadının iştirakı ilə bir tədqiqat aparılıb. Araşdırmaçılar aşkarlayıb ki, problemlərin qaynağı D vitamini çatışmazlığıdır. Başqa bir araşdırmada isə məlum olub ki, orqanizmində D vitamini qıtlığı yaşananlar digər insanlardan iki dəfə çox ağrı çəkirlər. Bu ağrılar oynaqlarda, qabırğalarda və ayaqlarda daha çox baş qaldırır.
7. Sümük sıxlığının azalması. Lazımi qədər D vitamini qəbul etməmək, sümük sıxlığının azalmasına da səbəb ola bilir. Unutmayın, “günəş işığı vitamini” sümüklərin kalsiumu mənimsəməsinin təminatçısıdır. Kalsium sümükləri möhkəmləndirir. Sümük sıxlığında azalma olan insanlar inanır ki, onların kalsiuma ehtiyacları var. Lakin əsas problem D vitamini çatışmazlığı ola bilər. “Journal of Mid-life Health” dərgisində dərc olunan məqalə bir araşdırmanın nəticələrindən bəhs edir. Sözügedən araşdırmaya 1100 qadın qatılıb. Onlar klimaks keçirən və ya klimakssonrası dönəmi yaşayan qadınlar olub. Mütəxəssislər bu qadınların orqanizmindəki D vitamini çatışmazlığı ilə sümük sıxlığının azalması arasında bağlantı olduğunu aşkarlayıblar.
6. Dəri problemləri. D vitamini qıtlığı immunitetin zəifləmə səbəblərindəndir. Zəifləyən immun sisteminin əsas əlamətlərindən biri dəri hüceyrələrinin həddən artıq yağ ifraz etməsidir. Bu, dəri məsamələrinin tıxanmasına və sızanaqlara yol aça bilir. D vitamini çatışmazlığından qaynaqlanan digər bir dəri problemi isə pullu dəmrovdur. Bu narahatlıqları yaşayan insanlar D vitamini qəbul etdikdən sonra, vəziyyətləri günbəgün yaxşılaşır.
14:24 / 01 Oktyabr 2026
1
14:07 / 01 Oktyabr 2026
50
14:05 / 01 Oktyabr 2026
46
13:57 / 01 Oktyabr 2026
53
13:39 / 01 Oktyabr 2026
61
12:48 / 01 Oktyabr 2026
68
12:46 / 01 Oktyabr 2026
63
12:14 / 01 Oktyabr 2026
92
11:44 / 01 Oktyabr 2026
66
11:34 / 01 Oktyabr 2026
87
11:22 / 01 Oktyabr 2026
69
11:12 / 01 Oktyabr 2026
75
10:54 / 01 Oktyabr 2026
72
10:49 / 01 Oktyabr 2026
117
10:43 / 01 Oktyabr 2026
84
10:41 / 01 Oktyabr 2026
599
10:39 / 01 Oktyabr 2026
73
10:31 / 01 Oktyabr 2026
80
10:25 / 01 Oktyabr 2026
87
10:18 / 01 Oktyabr 2026
64
10:09 / 01 Oktyabr 2026
81
10:05 / 01 Oktyabr 2026
311
09:51 / 01 Oktyabr 2026
1208
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.