Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87493
az

Bədəni 1 Həftəyə İltihabdan Təmizləyir - VİDEO

13:4920 Aprel, 2023
430
TİBB
  • A

İltihab  orqanizmin mikrobları, zərərli maddələri və ölü hüceyrələri yox etmək üçün istifadə etdiyi “müdafiə mexanizmi”dir. Bakteriya və virusların səbəb olduğu infeksiyalar, kimyəvi maddələr, orqanizmə daxil olan cisimlər iltihablanmanın qaynaqları sırasındadır.  Sürətlə başlayan və qısa müddətdə  yox olan iltihab  “kəskin”,  az-az irəliləyən, uzun müddət davam edən iltihab isə “xroniki” deyə dəyərləndirilir.  Qızarma, şişmə, ağrı, qızdırma, nahiyədə funksiyanın pozulması iltihabın əsas  əlamətləridir. İltihabın səbəbi infeksiyadırsa, antibiotik və antifunqal dərmanlar, mazlar istifadə edilir.  Əgər iltihab uzunmüddətlidirsə, iltihab əleyhinə dərmanlara müraciət edilməlidir. Bu istiqamətdə alternativ tibbin də faydasını danmaq olmaz.  
İltihab nədən yaranır?  

Kəskin və ya xroniki iltihablanmanın səbəbləri çoxdur.  Bakteriya, virus, göbələk, kimyəvi maddələr, avtoimmun xəstəliklər bu səbəblərdən bir neçəsidir.  Dəridəki sıyrıqlar, cızıqlar, barmağa tikan batması kimi,  adi görünən hallar da, iltihablanmaya gətirib çıxara bilir.   
İltihablanmanın nəticəsi kimi meydana çıxan xəstəliklər bunlardır: 
1. Sinusit; 
2. Kəskin appendisit;
3. Revmatoid artrit; 
4. Psoriaz xəstəliyinə bağlı artrit; 
5. Podaqra; 
6. Ekzema; 
7. Bronxial astma; 
8. KOAH (Ağciyərlərin Xroniki Obstruktiv xəstəliyi); 
9. Vərəm; 
10. Diş əti iltihablanması; 
11. Xroniki mədə xorası; 

Gördüyünüz kimi, irəliləyən iltihab orqanizmin çox yerində narahatlıqlar yaradır.  

Qanda iltihablanma nədən yaranır? 
Orqanizmdə dövr edən mayenin adı “qan”dır.  Qana bakterial maddələr, yaxud viruslar daxil olduqda,  qanda iltihablanma meydana gəlir.  Bunun da öz səbəbləri var: 
1) Mövsümi və ya bəzi qidaların qəbulu;  İltihablanma irəliləmişsə, onun zamanla öz-özünə azalacağına ümid etmək olmaz. Tibbi müalicə labüddür.  
2) Yoluxucu xəstəliklər; Bəli, qanda iltihablanma insandan insana keçən xəstəliklər səbəbilə də meydana çıxır. 
3) İntizamsız yemək vərdişi və gərgin fiziki iş; 

Qanda iltihablanmın olduğunu göstərən əlamətlər: 
-qızdırma; 
-ürəkbulanma və qusma; 
-halsızlıq və zəiflik; 
-ishal;
-bədən temperaturunun anidən dəyişməsi səbəbiylə soyuqdəymə; 

Bütün bunlar da, öz növbəsində, “zəncirvari reaksiya”nı davam etdirir: 
 bədəndə daşlaşma prosesi başlayır; 
 xərçəngə “dəvətnamə” çıxır; 
 bağırsaqda iltihablanma yaranır; 
 oynaq xəstəlikləri meydana çıxır; 

Çox adam prosesi sepsis ilə qarışdırır. Ona görə də, sepsis  haqda qısa məlumat vermək istəyirəm.  “Sepsis” yunan sözü olub, mənası “çürümə” deməkdir. Qədim yunanlar iltihablanma zamanı qanın çürüdüyünü düşünürdülər. Onlar üçün istənilən irinli yara “sepsis” idi.  Tibbi baxımından isə sepsis`i belə izah etmək olar:  mikroorqanizmlər və onların toksinlərinin törətdiyi infeksiyaya qarşı bədənin adekvat  cavab  reaksiyası.   Yəni, sepsis iltihablanmanı başladır, iltihablanma da qanda laxtalanmanı.  Bu da, oksigenin həyati orqanlara çatmasına mane olur.  Böyrək və ürək çatışmazlığının əsas səbəbləri sırasında bu iki orqanın oksigensiz qalması da var.  Diaqnoz erkən qoyulmasa,  septik şok qaçınılmaz olur.  Ona görə də, əlamətlərə biganə yanaşmayın, vaxtında həkimə müraciət edin. 
“İltihablanma” diaqnozu qoyulan insanların müalicəsi aparılır.  Bu əsnada, təzyiqi normada saxlamaq üçün dərmanlar, antibiotiklər, qanda şəkəri nizamlayan dərmanlarla yanaşı, iltihab əleyhinə vasitə sayılan bitkilərdən də istifadə edilir. 
Bəs, hansı təbii qidalar sayəsində orqanizmdəki iltihablanmadan yaxa qurtara bilərsiniz? 
1. Reyhan.  İltihaba qarşı mübarizə aparan bitkilərdən biri reyhandır.  Bitkiyə xüsusi dadı və qoxunu verən maddə eugenol`dur.  Reyhanı rasiona daxil etmək orqanizmin iltihablanmaya qarşı güclənməsini təmin etməkdir. 
2. Qoz. Aparılan araşdırmalara görə, gündə 50 qr qoz yeyən insanın bədənindəki mövcud iltihablanma anbaan azalır. 
3. Gicitkən.  Orqanizmdəki toksinlərin böyrəklər tərəfindən atılmasını sürətləndirir. Eyni zamanda, mövcud iltihablanmanın həcmini azaldır, ağrıkəsici kimi təsir edir. 
4. İspanaq. Bitkinin tərkibində iltihabı qurudan antioksidantlar və bol miqdarda E vitamini var.  İspanaq alfa-linolenik turşusuna (ALA) da malikdir.  Bu turşu iltihablanmadan qaynaqlanan ağrıları kəsir. 
5. Zəncəfil. İltihabı yox edən bitkilərdən biri də zəncəfildir.  Tərkibindəki gingerol adlı maddə sayəsində “təbii iltihab quruducu”dur. 
6. Sarıkök. Hindistanın yemək mədəniyyətinin önəmli bir parçası olan sarıkök  tərkibindəki kurkumin maddəsi sayəsində iltihab əleyhinə təbii antioksidant kimi çıxış edir.  Son illərdə aparılan araşdırmalar sübut edib ki, kurkumin iltihablanmaya səbəb olan fərqli molekulyar quruluşların hərəkətini məhdudlaşdırır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Xərçəngin 10 ƏSAS SİMPTOMU:  Bunu hamı bilməlidir!
Göbələk xəstəlikləri

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı