Miqren ağrılarının təkrarlanmaması üçün nə etmək lazımdır? – Nevroloqdan AÇIQLAMA
02 Oktyabr 2026, 13:32
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
605
16.04.2023, 19:33
Alimlər müəyyən edib ki, səhər yeməyini buraxan və şam yeməyini yatmazdan əvvəl yeyən insanların infarkt olmaq riski yüksəkdir.
Oxu24.com xarici mətbuata istinadən xəbər verir ki, ekspertlər səhər saatlarında qəbul edilən qidaların bədəni daha sürətlə yandırdığını və hormonları sağlam bir balansa gətirib çıxardığını deyib.
Araşdırma Braziliyanın Sao Paulo Dövlət Universitetinin tədqiqatçıları tərəfindən infarkt keçirən 113 nəfər üzərində aparılıb. 57 faizi səhər yeməyini həftədə ən az üç dəfə buraxıb, 51 faizi həftədə üç dəfə gec şam edib, 41 faizi isə həm səhər yeməyini buraxıb, həm də gec şam edib.
Məlum olub ki, səhər yeməyini mütəmadi olaraq buraxan və yatmazdan bir-iki saat əvvəl yemək yeyənlərin infarktdan ölmək riski 4-5 dəfə daha yüksəkdir və ya ürək tutmaları yenidən baş verir.
Araşdırma rəhbəri həkim Markos Minikuççi “Qidalanma diaqnozu yaxşılaşdırmağın ən ucuz və sadə yoludur. Yaxşı səhər yeməyi süd və tam taxıl məhsullarından, həmçinin nə qədər qəribə olsa da, meyvələrdən ibarətdir. Səhər yeməyi gündəlik qida kalorinin 15-35 faizini təşkil etməlidir”, - deyə qeyd edib.
Alimlərinin sözlərinə görə, səhər yeməyini buraxan və gec şam edən insanların qeyri-sağlam və pis vərdişlərə sahib olma şansı yüksəkdir. Bundan başqa, onlarda fiziki fəaliyyətlər də aşağı səviyyədədir.
"Biz də inanırıq ki, iltihablı reaksiya, oksidativ stress və endotelial funksiya qeyri-sağlam qidalanma ilə bağlı ola bilər. Bu isə ürək-damar problemlərinə yol açır”.
İnfarkt nədir?
Tibbi olaraq miyokard infarktı kimi bilinən infarkt qan dövranın ürəyə verilməsi qəflətən bloklanması zamanı baş verir. Simptomlar sinədə ağrı, təngənəfəslik, zəiflik və narahatlıq hissi şəklində özünü göstərir. İnfarkt siqaret, yüksək təzyiq və diabet xəstəlikləri nəticəsində meydana gələ bilər. Riskləri azaldın, siqaret çəkməyin, mütəmadi olaraq məşq edin və alkoqolu orta səviyyədə için.
19:39 / 02 Oktyabr 2026
32
19:36 / 02 Oktyabr 2026
2
19:29 / 02 Oktyabr 2026
41
19:27 / 02 Oktyabr 2026
39
19:22 / 02 Oktyabr 2026
41
19:08 / 02 Oktyabr 2026
80
19:00 / 02 Oktyabr 2026
53
18:59 / 02 Oktyabr 2026
66
18:42 / 02 Oktyabr 2026
53
18:39 / 02 Oktyabr 2026
68
18:36 / 02 Oktyabr 2026
55
18:25 / 02 Oktyabr 2026
98
18:10 / 02 Oktyabr 2026
141
18:10 / 02 Oktyabr 2026
517
17:59 / 02 Oktyabr 2026
62
17:57 / 02 Oktyabr 2026
79
17:50 / 02 Oktyabr 2026
92
17:36 / 02 Oktyabr 2026
67
17:05 / 02 Oktyabr 2026
375
16:56 / 02 Oktyabr 2026
77
16:39 / 02 Oktyabr 2026
508
16:34 / 02 Oktyabr 2026
74
16:21 / 02 Oktyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.