Qaynar xətt:

(+99450) 247 90 86

Revmatizm hansı xəstəliklərin yaranmasına səbəb olur?

Revmatizm hansı xəstəliklərin yaranmasına səbəb olur?

TİBB

1017

12.04.2023, 23:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Uşaqlarda revmatizm böyüklərə nisbətən daha şiddətli keçir. Əsasən, revmokardit formasında rast gəlinir, uşaqlarda ürək qüsurları daha tez-tez və daha sürətli formalaşır.

Oxu24.com  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis - eksperti Günay İsmayılova KİV-ə müsahibəsində deyib.


Müsahibəni təqdim edirik:

- Günay xanım, revmatizm və xəstəliyin əlamətləri haqqında məlumat verərdiniz.

- Revmatizm (revmatik qızdırma, Sokolski-Buyo xəstəliyi) – birləşdirici toxumaların iltihabı xəstəliyidir. Xəstəliyin klinik mənzərəsi mərhələsindən, formasından, prosesin kəskinliyindən, orqan və sistemlərin zədələnmə dərəcəsindən asılı olaraq müxtəlifdir. Tədricən oynaqlarda ağrı, şişkinlik, hərəkət məhdudluğu, ürək-damar (miokardit, endokardit) və başqa orqan sistemlərinin zədələnməsi ilə özünü büruzə verir.

- Revmatizmin səbəbləri nədir?

- Revmatizmin törədicisi A tipli β-hemolitik streptokokkdur. Mikroorqanizm angina, faringit, kəskin respirator infeksiyalar, qızıl yel, skarlatina və s. kimi xəstəliklərə səbəb olur. Adətən revmatizmin klinikası bu xəstəliklərin kəskinləşməsindən 1-2 həftə sonra başlayır. İnsan orqanizminin immun sistemi infeksiyaya cavab reaksiyası olaraq xüsusi antitellər əmələ gətirir. Məlumdur ki, streptokokkların ifraz etdiyi fermentlər ürək əzələsinə toksik təsir göstərir. Bundan əlavə, həmin fermentlər insan orqanizminin zülallarına bənzər bir quruluşa malikdirlər. Buna görə də əmələ gələn antitellər təkcə mikroblara deyil, həm də öz toxumalarına hücum etməyə başlayırlar. Beləliklə də revmatik ürək xəstəliyi, artrit, glomerulonefrit inkişaf edir. Bu səbəblərdən revmatizm infeksion allergik xəstəlik hesab olunur. Bir çoxumuz angina ilə xəstə olmuşuq, lakin revmatizm insanların yalnız 1-3 faizində inkişaf edir. Buna bəzi amillər səbəb olur:
• streptokok infeksiyasının yanlış müalicəsi;
• genetik meyl;
• vitamin və mikroelementlərin çatışmazlığı;
• autoimmun xəstəliklərin olması (lupus, sklerodermiya və s.).

- Revmatizm daha çox hansı yaşlarda müşahidə edilir?

- Xəstəliyə əsasən uşaq və yeniyetmə yaşlarında (7-15 yaş) rast gəlinir. Birincili revmatizm yaşlı və qocalarda nadir hallarda rast gəlinir. Qadınlar kişilərə nisbətən 2.5-3 dəfə çox xəstələnirlər.

- Revmatizm hansı xəstəliklərin yaranmasına səbəb olur?

- Revmatizmin bir neçə klinik forması var: poliartrit (oynaqların zədələnməsi), revmokardit (ürəyin zədələnməsi), annulyar eritema (dəridə halqavari səpkilər), revmatik xoreya, ağır nevroloji simptomlar (əllərin titrəməsi, əzələ zəifliyi, qeyri-iradi hərəkətlər), dərialtı düyünlər (oynaqlarda dəri altında bərk düyünlər) və s.
Əksər hallarda revmatizm ilkin olaraq oynaqların zədələnməsinə səbəb olur. Bu əsasən diz, topuq, dirsək, çiyin, az hallarda mil-bilək oynaqlarında inkişaf edir. Zədələnmiş oynaqlarda ağrı, şişkinlik, dəri örtüyünün qızarması müşahidə olunur. İkinci olaraq ürəyin revmatik mənşəli zədələnməsidir. Bu zaman prosesə ürəyin hər 3 qatı cəlb oluna bilir. Bu özünü döş sümüyü arxası ağrı, təngnəfəslik, ürək döyüntüsünün tezləşməsi, ritm pozulmaları, qapaq çatışmazlığı əlamətləri ilə göstərir. Bundan başqa, ağciyərlərin, böyrəklərin, mərkəzi sinir sisteminin revmatizm mənşəli zədələnmələri də inkişaf edə bilər.

- Uşaqlarda revmatizmin gedişatının xüsusiyyətləri necədi?

- Uşaqlarda revmatizm böyüklərə nisbətən daha şiddətli keçir. Əsasən revmokardit formasında rast gəlinir, uşaqlarda ürək qüsurları daha tez-tez və daha sürətli formalaşır. Poliartrit isə uşaqlar üçün çox xarakterik deyil. Digər ekstrakardial əlamətlər (halqavari səpgilər, dərialtı düyünlər, xoreya) nisbətən çox görülür. Lakin, böyüklərlə müqayisədə daha ağır gedişata baxmayaraq uşaqlarda xəstəlik dərman müalicəsinə daha yaxşı cavab verir, ağırlaşmaların qarşısını almaq mümkün olur.

- Revmatizmin ilkin mərhələsində müalicəsi varmı?

- Müalicəyə xəstəliyin erkən vaxtında, aktiv fazasında başlanılması daha məqsədəuyğundur. Çünki bu mərhələdə birləşdirici toxumada, ürəkdə və başqa orqanlarda gedən dəyişikliklər geriyə dönən olur. Əks halda proses müalicəyə çətin tabe olaraq oynaqlarda yaranan dəyişikliklər səbəbindən hərəkət məhdudluğu, mitral və digər ürək qapaqlarının qüsurları, ürək çatışmazlığı, böyrək və sinir sistemində ağırlaşmalar kimi ciddi patalogiyalara səbəb olur.

- Xəstəliklə bağlı insanlara məsləhətiniz nə olardı?

- Revmatizm bir çox ciddi ağırlaşmalara səbəb olan bir xəstəlikdir. Əlbəttə ki, xəstəliyin inkişafının qarşısını almaq üçün profilaktik tədbirlər görmək daha məqsədəuyğundur.
Əsas profilaktik tədbirlərə aiddir:
• streptokok infeksiyalarının vaxtında müalicəsi;
• antibiotik terapiyasının tam kursunun aparılması (həkim məsləhəti olmadan antibiotikoterapiyanı dayandırmamaq);
• kəskin respirator infeksiyalı, anginalı, kəskin faringitli xəstələrlə təmasdan qaçmaq;
• immun sistemi gücləndirmək məqsədilə ümumi tədbirlər aparmaq (balanslaşdırılmış pəhriz, fiziki fəaliyyət, təmiz havada gəzinti).
Xəstəliyin əlamətləri varsa dərhal həkimə müraciət olunmalı və bütün tövsiyələrə əməl edilməlidir./trend.az

Zəfərdən yeni mərhələyə: YAP-ın VIII Qurultayında hansı mesajlar verildi? — ŞƏRH  

20:28 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Zəfərdən yeni mərhələyə: YAP-ın VIII Qurultayında hansı mesajlar verildi? — ŞƏRH  

64

0
"Yeni Azərbaycan Partiyasının qarşısında da yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərmək vəzifəsi dayanır"

20:24 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Yeni Azərbaycan Partiyasının qarşısında da yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərmək vəzifəsi dayanır"

58

0
DTX  xəbərdarlıq etdi - VİDEO

20:18 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

DTX  xəbərdarlıq etdi - VİDEO

202

0
"Heydər Əliyev irsinə bağlılıq YAP-ın siyasi inkişaf xəttinin əsaslarından biri kimi müəyyənləşdirilir"

20:16 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Heydər Əliyev irsinə bağlılıq YAP-ın siyasi inkişaf xəttinin əsaslarından biri kimi müəyyənləşdirilir"

57

0
"Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixinin mühüm hadisələrindən biridir"

20:10 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixinin mühüm hadisələrindən biridir"

60

0
"Partiyanın VIII qurultayı, əlbəttə ki, ictimai-siyasi hadisə kimi dəyərlidir"   —  Deputat Tahir Rzayev

19:59 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Partiyanın VIII qurultayı, əlbəttə ki, ictimai-siyasi hadisə kimi dəyərlidir"   —  Deputat Tahir Rzayev

60

0
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü 

19:57 / 02 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda kişi pilləkənlərdən yıxılıb öldü 

162

0
YAP-da mühüm dəyişiklik - Yeni nizamnamə 

19:47 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

YAP-da mühüm dəyişiklik - Yeni nizamnamə 

79

0
"Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var" - İlham Əliyev 

19:39 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var" - İlham Əliyev 

97

0
İranın ilan sifəti —  Rezainin Mustafayevlə salamlaşmasının arxasında duran SƏBƏB

19:36 / 02 Oktyabr 2026

DÜNYA DÜNYA

İranın ilan sifəti —  Rezainin Mustafayevlə salamlaşmasının arxasında duran SƏBƏB

93

0
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı

19:29 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı

79

0
Yenidən Mərkəzi Aparatın rəhbəri seçildi 

19:27 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yenidən Mərkəzi Aparatın rəhbəri seçildi 

76

0