Gecələr qıcqırmanız olursa, belə yatın – Reflükslə bağlı MÜHÜM MƏSLƏHƏT
02 Oktyabr 2026, 21:52
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1117
04.04.2023, 13:46
Xolesterol problemi bütün dünyada yaş həddinin artması, hərəkətsiz həyat tərzi ilə paralel olaraq artmaqdadır… Səviyyəsi çox olan xolesterol qaraciyəri məhv edir, infarkt, iflic kimi bir çox xəstəliyə zəmin hazırlayır. Pis xolesterolun səviyyəsini aşağı salmaq sağlam həyat tərzi və düzgün qidalanmaya əməl etməklə mümkündür.
Aparılan araşdırmalara görə, doymuş yağdan kasad, amma lif, antioksidant, təkli doymamış yağ və balıqla zəngin rasion ürək-damar sisteminin sağlamlığını dəstəkləyir. Gün ərzində 7 qr liflə zəngin qida qəbul etmək iflic riskini 7% aşağı salır. Bir sözlə, ürəyimizi qorumaq bir az da özümüzdən asılıdır.
Ürək-damar sisteminə faydalı olan qidalar.
Liflə zəngin qidalar öd turşularının ifrazını azaldır. Beləcə, pəhrizə daxil olan yağ və xolesterol qəbulunun azaldılmasına təsir edir. Səbəb isə liflərin doyumluluq hissi yaratmasıdır. Nəticədə, qida qəbulu azalır, xüsusilə, pis xolesterolun səviyyəsi aşağı düşür. Xolesterol problemi olamasa belə, lifli qidalar ürək-damar sisteminin sağlamlığı və qaraciyərin nizamlı işləməsi üçün faydalıdır. Bəs, pis xolesterolun səviyyəsini aşağı salan qidalar hansılardır? Sualın cavabı videonun davamındadır…
Ürək-damar sisteminə faydalı olan qidalar bunlardır:
1. Pomidor. Pomidora qırmızı rəngi verən likopen güclü antioksidantdır. Məhz likopen sayəsində pomidor ürək-damar xəstəlikləri riskini aşağı salır, qanda xolesterol səviyyəsini nizamlayır. Pomidoru təzə-təzə, yaxud bişmiş halda yeyə bilərsiniz. 2016-cı ildə siqaret çəkməyən və hər hansı bir dərman preparatı qəbul etməyən 40 könüllü üzərində bir təcrübə aparıldı. Məlum oldu ki, zeytun yağı əlavə edilmiş pomidor çiy pomidora nisbətən xəstəlik riskini daha sürətlə azaldır.
2. Qulançar. Yaz aylarının şəfalı bitkilərindən olan qulançar beta-karoten, B6 vitamini, fol turşusu və liflə zəngindir. 1 kasa soyutma bişmiş qulançar orqanizmin gündəlik B vitamini ehtiyacının 66%-ni ödəyir. Qulançarın kalori dəyəri, təxminən, 25-dir. Bu tərkib sayəsində qulançar ürəyin əsas damarlarını təmizləyir, qan axınını stabilləşdirir.
3. Şirin kartof. Tərkibində A, C, B və B6 vitamini olan şirin kartof, eyni zamanda, lif mənbəyidir. Bundan əlavə, tərəvəzdə fosfor, mis, kalium, manqan da var. Bu xüsusiyyəti ilə şirin kartof orqanizmdə toxluq hissi yaradır, qəfil baş qaldıran aclıq hissinin qarşısını alır. Malik olduğu liflər pis xolesterolun səviyyəsinin aşağı düşməsini təmin edir, ürək-damar sistemi xəstəliklərinə tutulma riskini azaldır. Qaraciyər yağlanmasına mane olmaq, infarktı yaradacaq səbəbləri aradan qaldırmaq da şirin kartofun hünərləri sırasındadır. Bununla yanaşı, tərəvəz həzm sisteminin işini nizamlayır.
4. Sarımsaq. Güclü antioksidant olan sarımsaq tərkibindəki kversetin sayəsində damar tıxanıqlığını önləyir, qan təzyiqini stabilləşdirir, qanda yağların miqdarını azaldır. Beləcə, xolesterolun damarlara zərər vurmasına imkan vermir. Gün ərzində 1 diş sarımsaq yemək mütləqdir. Amma qeyd edim ki, qan durulducu, yüksək təzyiq əleyhinə dərman içənlər sarımsaq qəbulundan öncə öz həkimi ilə məsləhətləşsə, yaxşı olar.
5. Paxlalılar. Malik olduqları lif, sterol və yağ kimi elementlər sayəsində paxlalılar xolesterolun orqanizm tərəfindən mənimsənilməsini yavaşladır, ürək-damar sistemi xəstəlikləri zamanı müalicəvi effekt verir. Mütəxəssislər tövsiyə edir ki, həftədə 3 dəfə paxlalılardan hazırlanan yemək yeyilməlidir. Xüsusilə, dən lobyanın bu baxımdan əhəmiyyəti daha çoxdur. Dən lobyanın 100 qramında, təqribən, 76 qr bitki mənşəli sterol var.
00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.