Qaynar xətt:

(+99450) 247 90 86

Diyetoloqdan XƏBƏRDARLIQ: “Dəriyə yod sürtmək...”

Diyetoloqdan XƏBƏRDARLIQ: “Dəriyə yod sürtmək...”

TİBB

527

22.03.2023, 13:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyalı diyetoloq Natalya Kruqlova bildirib ki, bədəndəki yod çatışmazlığını dəriyə yod sürtməklə aradan qaldırmaq cəhdi faydasızdır.

O, bu üsulun bir sıra səbəblərdən, o cümlədən apteklərdə satılan yodla qidalarda və məhlullarda olan yod birləşmələrinin fərqli quruluşuna görə işləmədiyini izah edib.

Natalya Kruqlovanın sözlərinə görə, bəzən dəriyə yod şəbəkəsi çəkməklə orqanizmdə bu maddəyə ehtiyacın olub-olmadığını müəyyən etməyə çalışırlar.

“Hesab olunur ki, maddə dəriyə tez hoparsa, deməli bədən yod çatışmazlığı yaşayır. Lakin bu, mifdir” - ekspert bildirib.

Diyetoloq əlavə edib ki, yod çatışmazlığından xilas olmaq çətin deyil. Bunun üçün müntəzəm olaraq yodlaşdırılmış duz, həmçinin balıq və digər dəniz məhsulları yemək kifayətdir. (Oxu.az)