Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84552
az

Saçı gec uzanan xanımlara 9 FAYDALI MƏSLƏHƏT

19:5312 Mart, 2023
383
TİBB
  • A

Uzun saç sevənlərin ən çox yaşadıqları problemlərdən biri yavaş və çətin uzanan saçlardır.

Oxu24.com  qısa zamanda saç uzatmağın yollarını təqdim edir.


Mütəmadi olaraq saçlarınızı darayın

Saçları daramaq saç dərisini masaj etdiyindən qan dövranını sürətləndirir. Beləliklə, saçlar qidalanır və daha tez uzanır. Saçlarınızı səhərlər və axşamlar yatarkən darayın. İstifadə etdiyiniz darağın sıx dişli olmasına da diqqət edin. Əks halda saçlarınızda qırıqlar yarana bilər.

Saçlarınızı formaya salan alətlərdən vaz keçin

Fen, maşa, ya da düzləşdiricilər saçlarınızdakı nəmi azaldır və saçınızı qurudur. Bu vəziyyətdə saçlarınız uzanmaz, əksinə, tökülmələr yaranar.

Kimyəvi tərkibli vasitələrdən istifadə etməyin

Kimyəvi tərkibli vasitələr saçdakı nəmi azaldır və saç dərisindəki məsamələri tıxayır. Şampun, krem, saç boyası və ya saç şəkilləndiricisi olaraq istifadə etdiyimiz vasitələrin mümkün olduğu qədər təbii tərkibli olmasına diqqət edin.

Qidalanmaya diqqət yetirin

Saçlarınızın sürətli və sağlam şəkildə uzanması üçün bol protein və vitamin istifadə etməlisiniz. Bunun üçün yumurta, balıq, müxtəlif taxıllar, təzə meyvə və tərəvəz yeməyə çalışın. Yağlı və hazır qidalardan uzaq durun.

Saçlarınızı hər gün yumayın

Hər gün saçlarınızı yuyaraq onları xarab edərsiniz. Yaxşı olar ki, saçınızdakı nəm balansını qorumaq üçün 2-3 gündə bir yumağınız kifayətdir.

Saçlarınız yaş ikən daramayın

Əgər belə etsəniz, yaş ikən daha davamsız olan saçlarınızda qırıqlar meydana gələ bilər və saçlarınız gücsüzləşər. Daramaq üçün saçlarınızın qurumasını gözləyin.

Saçlarınızı yuyarkən saç dərinizi də masaj edin

Bununla saç dərisindəki qan dövranının sürətlənməsinə və saçın qidalanmasına köməkçi olarsınız. Maska və qarışımları tətbiq edərkən də masaj edin.

Stressdən uzaq durun

Stress saç uzanmasını dayandıra və saçların tökülməsinə yol aça bilər.

Müxtəlif qarışım və maskalardan dəstək alın

Kimyəvi baxım vasitələri əvəzinə tamamilə təbii vasitələrlə hazırlanan maska və qarışımlardan istifadə edin. Zeytun yağı saç sağlamlığı üçün istifadə edilən vasitələrin önündə gəlir. Yumurta, qatıq, bal, palma yağı, alma sirkəsi, limon suyu, aloe vera və soğan bu maska, ya da qarışımların hazırlanmasında istifadə edilən vasitələrin digərləridir. Masaj edərək tətbiq etdiyiniz maska və qarışımlar saçlarınızı qidalandıraraq, uzanmasını da asanlaşdırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video