Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84472
az

Bağırsaqların Çürüdüyü Göstərən 10 Əlamət! - İnsanların 90%i Bilmir

00:2812 Mart, 2023
963
TİBB
  • A

Yoğun bağırsaqda problem olduğunu göstərən əlamətlər. 
Yoğun bağırsaq xərçəngi və yaxud kolorektal xərçəng.  Onkoloji xəstəliklərin bu bədxassəli növü bağırsağın məhvi deməkdir.  Yaranma səbəbləri sırasında balanssız qidalanma, genetik miras, zərərli vərdişlər, bağırsağın xroniki iltihabi xəstəliyi də var. Mədə-bağırsaq  traktatındakı bütün onkoloji xəstəliklərdən ən bədxassəlisi, dolayısı ilə, ən ağırı məhz kolorektal xərçəng sayılır. Onkoloji xəstəliklərin ümumi siyahısında isə  kolorektal xərçəng ikinci yerdədir. Hər il 600 mindən çox insana “bağırsaqda bədxassəli şiş” diaqnozu qoyulur. Və bu xəstələrin 60-70%-i həkimə müraciət edəndə artıq gecikmiş sayılır; məlum olur ki, xəstəlik irəliləmiş mərhələdədir.  
 Yoğun bağırsaq xərçəngi daha çox 50 yaşını  geridə qoymuş insanlarda rast gəlinir. Xəstələr arasında kişilər üstünlük yəşkil edir. 
 Yoğun bağırsaq xərçənginin əlamətləri. 
 Bağırsaq xərçənginin əlamətləri kişilərdə və qadınlarda eynidir. Amma şişin həcmi və yayılma dərəcəsi həmişə individual olur. Yoğun bağırsaq xərçəngi uzun müddət heç bir kliniki əlamət olmadan irəliləyə bilir.  Belə demək olarsa, xəstəliyin mövcudluğunu və  inkişafını insan hiss etmir. Var olduğuna dair işarətlər o zaman meydana çıxır ki , artıq şiş nəzərə çarpacaq dərəcədə böyümüş olur. Amma bununla belə, bəzi əlamətlər var ki, patalogiyanın “xəbərçiləri” sayılır. Əgər bu işarətlər vaxtında  bilinsə, xəstənin müalicə şansı daha yüksək olur. 
1. Xroniki yorğunluq. Bağırsaq xərçəngi insanın  bütün orqanizminə təsir edir. Belə ki, insan  daim özünü yorğun, halsız hiss edir.  Gücünün qalmadığını zənn edən insanın iştahı azalır, “çölə çıxmağında” da problemlər yaranır.  Patalogiyanın mövcudluğu zamanı lazımi müddətdə və şəraitdə istirahət etmək də yoğunluq sindromunu aradan qaldıra bilmir.  Hətta səhər açılan kimi, insan özünü yorğun  hiss edir. Bu da o deməkdir ki, həmin insan günə gümrah başlaya bilmir və iş qabiliyyətinə malik olmur.  Xroniki yorğunluq bir müddət sonra yuxu  problemləri, əhval-ruhiyyənin pis olması və daimi mürgüləmə ilə müşayiət olunur. Burda “yuxu problemləri” dedikdə, yuxuya gedə bilməmək, gecə dəfələrlə  yuxudan oyanmaq, hətta yuxusuzluq da nəzərdə tutulur.  Bu hallar  isə, öz növbəsində, başqa  narahatlıqlar üçün zəmin yaradır.  Yuxusuzluğun düşünmə və yaratma qabiliyyətinin aşağı düşməsinə, yaddaşın zəifləməsinə, baş gicəllənməsinə, baş və əzələ ağrılarına, oynaq göynəmələrinə, qripə bənzər simptomlara, boğaz ağrılarına  səbəb olduğu elmə çoxdan məlumdur. 
2. “Çölə çıxmaq”da problemlər.  Təbii ki, bağırsaqdakı hər hansı problem  zaman içərisində “çölə çıxmaq”dakı çətinliklərlə özünü biruzə verir.  Əslində, “çölə çıxmaq”dakı hər hansı problemin mədə-bağırsaq traktatının işinin pozulmasından qaynaqlandığını hamımız bilirik. Amma məsələ burasındadır ki,  yoğun bağırsaq xərçənginin episentri birbaşa bağırsaqlarda olur.  Xroniki qəbizlik, ardınca səbəbsiz ishal varsa, mütəxəssislə məsləhətləşməkdə gecikməməlisiniz. Hələ bu əlamətləri eyni zamanda, mədə yanması, qidanın  mədədən geriyə-qida borusuna qayıtmağı müşayiət edirsə, yoğun bağırsaq xərçəngindən şübhələnməyə dəyər. Düzdür, insanların çoxu indiki zamanda qəbizlikdən şikayətçidir.  Və hamı da əmindir ki, səbəbi bağırsaqlarındadır. Amma çox az adam var ki,  “çölə çıxmağı” 3 gün ləngiyir. Bu günlər ərzində insan mədədə diskomfort və spazm, qarında ağrılar hiss edirsə, “çölə çıxanda” nəcisin miqdarının həddən artıq az olduğunu görürsə, bütün bunlarla yanaşı,   ac olsa da, sanki, “bir quzunu bütöv yemiş” hissinə qapılırsa, 3 gündən sonra “çölə çıxır”, 4-cü gün kəskin ishalla qarşılaşırsa, mütləq həkimə müraciət etməlidir.  24 saat içərisində 3 dəfə “çölə çıxmaq” ishal hesab edilir. Bu zaman nəcisin duruluğu təbii haldır. Bu durumda mədədə yanma və rektumda ağrı varsa,  bunları orqanizmin “həyəcan siqnalı” kimi dəyərləndirməkdə gecikmək olmaz. Ümumiyyətlə, davam edən ishal insan həyatı üçün təhlükəlidir. Çünki bu zaman bədən maye və elektrolitlər itirir, bağırsaqda orqanizmi qidalandıracaq maddələr qalmır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video