Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84439
az

Böyrəkləri  təmizləyən 12 qida - VİDEO

19:3211 Mart, 2023
697
TİBB
  • A

Hər gün orqanizmdə 3-5 litr qan dövr edir. Onun filtrlənməsinə böyrəklər cavabdehdir. Qanın təmizlənməsi və zərərli maddələrin qandan atılması böyrəklərin işidir. Buna görə də, rasionumuza elə qidalar daxil etməliyik ki, vacib orqanımızı dəstəkləyə bilək. Həmçinin, böyrəklərin sağlamlığını qoruyan, onun işinə kömək edən qidalar da rasionumuzun bir hissəsi olmalıdır. 

 Hansı qidalar böyrəklər üçün faydalıdır? 
 

Siyahının “lider”ləri göyərtilər, meyvə və tərəvəzlərdir.  Onların mineral və vitaminlərlə zəngin olmasını bildiyimizə görə, bu hal təəccüb doğurmur.  Üstəlik, əksəriyyəti sidikqovucu xüsusiyyətə malikdir və sidik yollarını təmizləməyə qadirdir.  Böyrək üçün ən faydalı göyərti cəfəri və kərəvizdir. Onlar böyrəkdə və sidik yollarında yaranmış daşı əridən efir yağı ilə zəngindir. 
 Tərəvəzlərdən isə ən faydalıları yerkökü, bolqar bibəridir ki, bu xüsusiliyi onlar malik olduqları bol A vitamini sayəsində qazanıblar. Ayaqlardakı şişkinlikdən yaxa qurtarmaq və  artıq mayenin orqanizmdən sürətlə xaric  edilməsinə nail olmaq istəyənlər isə bacardıqca çox balqabaq və qarpız yeməlidir. 
 Alma da “böyrək dostu” sayılır. Çünki alma böyrək hüceyrələrinin məhvinin qarşısını alan antioksidantlarla zəngindir.  Böyrəyə dəstək olmaq üçün meyvələri təzə-təzə, yaxud püre halında yemək olar. İtburnu da böyrəyə faydalıdır. C vitamini ilə zəngin olan itburnu infeksiyalarla mübarizə aparmaqda böyrəyə və sidik yollarına kömək edir. 
 Zülalla zəngin yeməklər böyrəyi gücə salır. Ona görə də, çalışın ki, bu cür qidaları ölçülü şəkildə qəbul edəsiniz.  Zülallı qidalardan tamamilə imtina etməyi isə ağlınıza da gətirməyin. Çünki zülal orqanizmdə, bir növ, “tikinti materialı” rolunu oynayır. Məsələn; balığı qızartma yox, buğda, yaxud sobada bişirin və bu zaman ona acılı, duzlu ədviyyatlar vurmaqdan çəkinin. 
 Böyrəklərin sağlamlığını dəstəkləmək üçün orqanizmin maye balansının da qeydinə qalmaq lazımdır. Konkret olaraq, “filan qədər su içilməlidir” demirəm, çünki hər orqanizmin özünəməxsus maye balansı var. Orta ölçüdə desəm, orqanizmin hər 1 kilosu gün ərzində 30 ml su tələb edir. 

 Böyrəyin bərpasına kömək edən qidalar. 
 Böyrəklər dayanmadan işləyir: qanımızı təmizləyir, sidik ifraz edir və s. Amma bir məsələni etiraf etməliyik ki, narahatlıqlar başlamasa, kimsə böyrəyin sağlamlığı haqda düşünmür. Ən sadə 3 məqamı qeyd etmək istəyirəm ki, böyrəyin sağlamlığına faydalıdır. 
1. Alkoqol qəbulundan imtina etmək; 
2. Lazımi qədər su içmək; 
3. Faydalı qidaları rasiona əlavə etmək; 

Bu 3 sadə addımla böyrəyin uzun müddət sağlam fəaliyyət göstərməsinə nail olmaq mümkündür. Bir məsələ də var ki, heç kim böyrəkdə hər hansı problemin baş qaldırmayacağına zəmanət verə bilməz. Xalq təbabəti bu zaman yada düşür. 
“Böyrək çayı”nın qəbulu. Bu çay böyrəyə faydalı olan bitkilərin qarışımından ibarətdir.  Bura tozağacı, ayıqulağı, gicitkən daxildir. Bu bitkilər böyrəyin təmizlənməsinə  və işinin asanlaşmasına xidmət edir. 
İtburnu çayı C vitamini ilə zəngindir və sidik yollarındakı istənilən infeksiyaya qarşı savaşa bilir.  Yumurta, süd və bal ilə hazırlanan “yumurtalı qarışım” da böyrəklər üçün faydalıdır. Düzdür, indi heç kim qayğanağı bu cür yemir, amma “dərman acı olur” sözünü unutmamalıyıq.  Böyrəkləri zərərli maddələrdən təmizləmək üçün “may atpıtrağı” şirəsi də köməyə çatır. 
 Bayaq da qeyd etdiyim kimi, alkoqol qəbulu böyrəklərin sağlamlığı üçün təhlükəlidir. Etil spirti orqanı zədələyir və funksiyasına mənfi təsir edir. Bu da böyrəkdə iltihablanmaya səbəb olur. Nəticədə isə, xroniki böyrək çatışmazlığı yaranır.  Xəstəlik böyrəyin iş qabiliyyətinin aşağı düşməsi, qanda toksin miqdarının artması ilə xarakterizə olunur. Amma vəziyyət kəskinləşmədən böyrəyi bərpa etmək mümkündür. Bunun üçün rasiona soğan, yerkökü, balqabaq, alma, qarpız və balıq daxil etmək lazımdır. 

 Böyrəyi təmizləyən qidalar. 
 Bir çox qidaların qəbulu böyrəkləri toksinlərdən təmizləyir və daş əmələ gəlməsinin qarşısını alır.  Həmin qidaların köməyilə 1 sm həcmində olan daşlar və qumlar asanca orqanizmdən xaric olunur. Əvvəlcə, ultrasəs müayinəsindən keçərək böyrəyin vəziyyəti ilə tanış olmaq lazımdır. Daşın həcminə görə qərar verilməlidir ki, evdə bu daşı salmaq olar, yoxsa mütəxəssis müdaxiləsi mütləqdir? Xırda daşların salınması üçün “isti vanna” üsulu da köməyə çatır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
TƏBİB-in 131    əməkdaşı    cəzalandırılıb

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi