Qaynar xətt:

(+99450) 247 90 86

Abort zamanı spiral qoydurmaq olarmı? – Ginekoloqdan açıqlama

Abort zamanı spiral qoydurmaq olarmı? – Ginekoloqdan açıqlama

TİBB

988

05.03.2023, 08:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir çox ginekoloqlar abort edərkən, qadınlara “gəlmişkən, spiral da qoyaq, məsələ bitsin” deyə təklif edir. Və qadınlar bunu həkim dediyi üçün razılaşır.

OXU24.COM  xəbər verir ki, cərrah mama - ginekoloq Natavan Nəbiyeva abort zamanı spiral qoydurmaq qətiyyən yolverilməz olduğunu deyib.

Doğrudur, həmin vaxt spiral qoymaq daha asandır. Amma həkim bunu etməyi qətiyyən məsləhət görmür.

Abort sonrası uşaqlıq içərisində böyük bir yara əmələ gəlir. Qan damarları açıq olur. Uşaqlıq səthinin sağalmasına ehtiyac var.

Əgər abort sonrası dərhal spiral yerlədirilirsə, uşaqlığın iç qışasının sağalmasına mane olur.

Uzun müddətli spiral qoyulduqdan sonra sarı rəngdə axıntılar,ağrılar da olur, uşaqlıq içərisində yapışıqlıqlar əmələ gəlir. Həmin bu yapışıq gələcəkdə spiralı çıxardıqdan sonra dünyaya uşaq gətirməkdə problem yaradır.

Digər səbəblərin də olduğunu qeyd edən ginekoloq bildirdi ki, abortdan dərhal sonra spiral qoymağın qəti əleyhinədir.