Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83237
az

Xalq artistini 2 ilə aramızdan aparan mədə xərçəngi - Səbəbləri, əlamətləri

19:2222 Fevral, 2023
752
TİBB
  • A

Dünən xalq artisti Ramiz Novruz xərçəngin növbəti qurbanı olaraq vəfat edən tanınmışlar siyahısına daxil oldu.

Ümumiyyətlə, diqqət yetirsək, son 3 ildə məşhurların böyük qismini xərçəng, qaraciyər problemlərindən itiririk.

Bakupost.az Azərbaycanda hər il sayı artan mədə xərçənginin yaranma səbəblərini və riskli yaş həddini təqdim edir.

Kimlərdə bu xəstəlik yarana bilər və müalicəsi nə qədər uğurludur?

Bu günə qədər dünyada 20 milyondan çox insanda bu şiş növü aşkarlanıb.

Ölüm riski yüksəkdir, 5 illik yaşama şansı azdır. Çünki mədə əsas qida qəbulu orqanı olduğu üçün xəstə tez üzülür.
Mədə xərçənginin infeksiya mənşəli olması 1926-cı ildə Nobel mükafatçısı Fibiger tərəfindən sübut olunub. Daha sonra 1983-cü ildə Helikobakteri Pylori bakteriyası kəşf edildi.

Bununla da xoraların antibiotik müalicəsi effekt verdi. Hazırda da Helikobakteri müalicə olunmasa, xoralar gələcəkdə xərçəngə çevrilə bilir. Digər infekisya agenti Epşteyn Barr virusudur. Yer üzünün 80% i bu virusu daşıyıcısıdır. Ona görə 80% də mədə xərçənginə yaxın qrupdadır.

Mədə xərçənginin genetik faktoru da var. A(II) qrup qan daşıyıcılarında xəstəlik riski 20% çoxdur. Nəsildə mədə xərçəngi olarsa, xəstəlik E kadxerin geni mutasiyası vasitəsilə ötürülür.

Əlamətləri necə başlayır?

1. Əgər xəstədə gənc yaşlarından mədəsində yara, xora, qastrit, polip varsa, o xəstə düzgün müalicə almalı, 1 ildən bir yoxlanmalı, düzgün qidalanmalı, mədə divarını qorumalıdır.

2. 1-2-3 sm-ə qədər şişlər heç bir kəskin əlamət vermir. Sadəcə həzm pozuntusu, mədədə ağırılıq, iştahsızlıq ola bilər

3. Qan azlığı, anemiya baş verir

4. Çəkinin səbəbsiz itməsi

5. Əvvəllər sevdiyiniz, dadından doymadığınız yeməklərə ikrah hissi

6. Şiş böyudükcə mədə divarı elastikliyini itirir, bərkiyir və qida qəbul edəndə dolanda dartılmır, uzanmır. Buna görə əgər yeməkdən əvvəl və sonra, axşam və səhər acqarına mədənizin yığılmadığını, sanki elə bərkimiş kimi qaldığını, əlinizin altında bərk, dolu hiss etməyiniz artıq şişin içəridən böyüdüyünü göstərə bilər.

7. Mədə yuxarısında şiş udmada, udqunmada çətinlik, sanki qida güclə keçir.

8. Epiqastral nahiyədə ağrı kürəyə vurur

9. Fontan şəklində qəfil qusma

10. Qanama, səhərlər qida borusundan qanlı axıntı, qanla qarşısıq mədə şirəsi gəlməsi və s

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Zəlzələ belə baş verib - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı