Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82753
az

Öd Kisəsinin Məhv Olduğunu Göstərən 7 VACİB ƏLAMƏT

11:1515 Fevral, 2023
709
TİBB
  • A

İnsanlar bilir ki, bəzi qidalar şişkinliyə səbəb olur.

Məsələn; -lobya və digər paxlalılar; -meyvələr; -şəkər (xüsusilə, süddəki laktoza); -liflər (xüsusilə, dənli bitkilərdəki); Şişkinlikdən əziyyət çəkən insanlar kəpəkli çörək kimi, kəpəkli un məmulatlarından uzaq durmalıdır.

Tutaq ki, siz bütün bu ərzaqlardan uzaq durdunuz, amma şişkinlik yenə sizə əziyyət verir. Səbəbi nədir?

Anlamalı olduğumuz bir əsas prinsip var. Mən hazırda öd suyundan bəhs edirəm. Öd suyu qaraciyərdə istehsal olunur və öd kisəsində toplanır. Onun 3 əsas funksiyası var. Öd suyunu qabyuyan mayeyə bənzətmək olar. Bu şüşədə isə az miqdarda yağ var. Biz qabyuyan maye ilə yağı qarışdırsaq, köpüklənmə yaranır. Yəni, kiçik hava qabarcıqları peyda olur. Baxın, öd suyuna da yağ qarışanda eynilə bu proses təkrarlanır. Mədəaltı vəzi lipaza fermenti ifraz edir ki, məhz bu ferment yağı tam parçalayır.

Bununla da, parçalanmış yağlar yoğun bağırsaq tərəfindən mənimsənilə bilir. Öd suyunun birinci funksiyası yağın tərkibindəki müəyyən maddələrin mənimsənilməsinə kömək etməkdir. Bunlar yağda həll olan maddələrdir, məsələn: A, D, E, K1, K2 vitaminləri, Omega-3 və digər yağ turşuları. İkinci funksiyası isə xolesterinin səviyyəsini nizamlamaqdır. Bəli, öd suyu xolesterinin səviyyəsini nəzarətdə saxlayan ən önəmli faktordur. Qida ilə gələn xolesterindən əlavə, orqanizmin özü tərəfindən istehsal edilən xolesterin də var. Öd suyu mənşəyindən asılı olmayaraq, xolesterinin orqanizmdə depolanmasının qarşısını alır. Xolesterinin və lipidlərin səviyyələrinin yüksəlməsi öd suyunun miqdarının azlığından xəbər verir. Öd suyunun üçüncü vəzifəsi antibakterial kimi çıxış etməkdir. Digər deyimlə, o, yoğun bağırsaqdakı mənfi bakteriyaları öldürür. Yoğun bağırsaqdakı mikroorqanizmlərin də öz normaları var. Xüsusilə də, hidrogen və metan qazı yaradan mikroorqanizmlərin sayının çoxluğu bu qazların bağırsaqda yığılmasına, nəticədə, şişkinliyə səbəb olur. Bu sindrom qısaca olaraq SİBO (small intestinal bacterial overgrowth), yəni, incə bağırsaq bakteriyalarının çoxalması sindromu adlanır. Araşdırmalar sübut edib ki, əməliyyatla öd kisəsi götürülən insanların SİBO riski yüksəlir. Öd suyunun çatışmazlığı daha bir problemə səbəb olur. Belə ki, incə bağırsaqda həzm olunmayan yağların toplanması baş verir. Bu isə bağırsaqları məcbur edir ki, onları emal etməkçün var gücüylə işləsin. Nəticədə, qidanın həzm sistemindən keçid vaxtı uzanır, həzm prosesi çətinləşir, bu da sonra şişkinlik yaradır. Çünki fermentasiya uzun çəkir. Ümumi desək, öd suyu bağırsağı sürüşkən edir. Öd suyunun çatışmazlığı şişkinlik, artıqlığı isə ishal səbəbidir. Adətən, şişkinlik zamanı insanlar dərman içirlər. Bunlara probiotiklər, spazm əleyhinə preparatlar daxildir. Amma orqanizmə lazım olan öd duzudur. Əgər yalnız öd duzundan ibarət olmayan, fermentlərlə zəngin, mədə turşusunun ifrazını artıran, öd suyunu duruldan, bitkilərdən hazırlanmış qida əlavəsi axtarırsınızsa, müasir tibbin nailiyyətləri sırasında tapa bilərsiniz. Hərdən deyirlər: “Öd kisəsi o qədər də vacib orqan deyil.” Bu, yalandır. Əgər öd kisəsi çıxarılsa, yaxud öd suyunun miqdarı yetəri qədər olmasa, problem təkcə şişkinlikdən ibarət olmur. Orqanizmdə müxtəlif narahatlıqlar meydana çıxır. Öd suyunun çatışmazlığı aşağıdakı simptomların meydana çıxmasına səbəb olur: 1. Hipotireoz. Çünki öd suyu qalxanabənzər vəzi hormonları olan T3 və T4-ün yaranmasında əhəmiyyətlidir. Əgər qaraciyərdə yağlanma və ya toxumaların xəsarət alması varsa, demək, T3 və T4-ün yaranmasında çətinliklər meydana çıxacaq. Prosesin əksi, yəni, qalxanabənzər vəzinin T3 və T4 hormonlarını həddən artıq ifraz etməsi Qraves xəstəliyinə səbəb olur. Bu, öd duzunun qəbulunun əks təsiri kimi də özünü göstərə bilər. Öd duzunun qəbulu qalxanabənzər vəzinin işini sürətləndirir. 2. Steatorreya. Hansı ki, unitazda belə, bu problemin izlərini görə bilərsiniz. Çünki bu zaman nəcisdə həzm olunmamış yağ qalır. Bu da öd suyunun çatışmazlığı deməkdir. Nəcisin rənginin boz, yaxud tünd olması da öd suyundan asılıdır. 3. Daimi aclıq hissi. Çünki orqanizm toxluq hissi verən yağları və yağda həll olan faydalı maddələri mənimsəmir. Hətta qidanız zülallarla zəngin olsa belə, qida mənimsənilməsə, daimi aclıq hissi keçməyəcək. 4. Yeməkdən sonra diskomfort. Adətən, ağırlıq sağ tərəfdə, boyunda hiss edilir. Yaxud sağ tərəfdəki kürək əzələlərinin təzyiqə məruz qalması kimi bir hal yaranır. Çünki öd kisəsindən üzüyuxarıya doğru uzanan sinir vardır. 5. Öd kisəsində daş. Bu, yüksək miqdardakı xolestrinin kristallaşmasıdır. Səbəb isə yenə öd suyu çatışmazlığıdır. Bayaq da qeyd etdiyim kimi, xolestrinin miqdarının nizamlanması öd suyunun nəzarətindədir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ