Bu işlərdə çalışanların ödündə daş yaranır
10 Oktyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
929
05.01.2023, 23:24
Mövsümi dəyişikliklər səbəbi ilə saçların tökülməsi hər kəsin yaşadığı bir haldır.
Stress, vitamin əskikliyi və hormon pozuntuları da əlavə olunduqda saç tökülməsi daha da artır. Lakin evdə 10 dəqiqənizi ayıraraq hazırlayacağınız təbii maskalarla bu problemin qarşısını ala bilərsiniz. Ailem.az saçlarınız üçün təbii maskalar təqdim edir.
Tərkibində olan D, B6, B12, C vitaminləri, kalsium və proteinlər qatığı saçlarınız üçün təbii bir maskaya çevirir. Vəsaitləri və hazırlanması baxımından da asan olan qatıq maskası üçün 1 stəkan qatığı, 1 xörək qaşığı alma sirkəsi və bir xörək qaşığı balı kasada qarışdırın. Əldə etdiyiniz qarışımı saçlarınıza dibdən uclara doğru sürtün.
Qeyd edək ki, saç maskalarını təmiz saçlara vurmaq daha yaxşı nəticə verir. Qatıq maskasını saçınızda 15 dəqiqə saxladıqdan sonra soyuq su ilə durulamalısınız.
Qatığın içindəki proteinlər saçlarınıza nəm qazandırarkən, vitaminlər və kalsium saç qüvvətinizi artıracaq və daha sağlam saçlara qovuşacaqsınız.
Yumurta maskası
Yumurta protein və amin turşusu baxımından çox zəngin bir qidadır. Proteinlərlə bərabər yağ turşuları, A, D, E vitaminləri də yumurtanın digər qidalandırıcı maddələridir. Saçların tökülməsinin qarşısını alır, sürətli uzanmasını da təmin edir.
1 stəkan süd, 2 xörək qaşığı limon suyu və 2 xörək qaşığı zeytun yağını 1 ədəd çırpılmış yumurtaya əlavə edin və qarışdırın. Hazırlanan qarışımı təmiz saçlarınıza və saç dərinizə masaj edərək vurun. 20 dəqiqə boyunca bu maskanı saxlayın və soyuq su ilə durulayın. Burada diqqət edilməsi lazım olan ən önəmli nöqtə saçlarınızı durulayarkən soyuq su istifadə etməyinizdir. Çünki isti su yumurtanın bişməsinə və saçlarınızın təmizlənməsində çətinliyə səbəb ola bilər.
23:34 / 10 Oktyabr 2026
1
23:24 / 10 Oktyabr 2026
38
23:24 / 10 Oktyabr 2026
41
23:11 / 10 Oktyabr 2026
45
22:55 / 10 Oktyabr 2026
54
22:49 / 10 Oktyabr 2026
87
22:39 / 10 Oktyabr 2026
60
22:35 / 10 Oktyabr 2026
117
22:28 / 10 Oktyabr 2026
63
22:06 / 10 Oktyabr 2026
71
21:36 / 10 Oktyabr 2026
1086
21:20 / 10 Oktyabr 2026
392
21:10 / 10 Oktyabr 2026
92
21:02 / 10 Oktyabr 2026
157
20:50 / 10 Oktyabr 2026
109
20:37 / 10 Oktyabr 2026
80
20:26 / 10 Oktyabr 2026
122
20:04 / 10 Oktyabr 2026
125
19:53 / 10 Oktyabr 2026
199
19:42 / 10 Oktyabr 2026
425
19:32 / 10 Oktyabr 2026
108
19:25 / 10 Oktyabr 2026
199
19:16 / 10 Oktyabr 2026
435
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.