Bu gün armudun faydalarından və zərərlərindən danışacam. Həmçinin xalq təbabətində müalicə vasitəsi kimi armuddan hazırlanan bir neçə resepti də sizinlə bölüşəcəm.
Əvvəlcə, armudun özü haqqında məlumat verim. Bizim eradan əvvəl Çində armud mədəni bitki kimi becərilirdi. Qədim Çin şeirlərində belə, armuddan bəhs edilir. Yunanlar da armudu sevirdilər. Hətta, yunanların yaşadığı kiçik yarımadalardan biri “Armud ölkəsi” adlanırdı. Qafqaz xalqları da armudla qədimdən tanış idi. Xalq təbabətində meyvənin müalicəvi məqsədlə işlənməsinin tarixi də qədimdir.
II tip şəkərli diabetin profilaktikasında armuddan istifadə. Armud təbii bioflavonoid mənbəyidir. Alimlər sübut edib ki, təbii flavonoid qəbulu şəkərli diabetə tutulma riskini azaldır. Mövcudluğunda isə vəziyyətin kəskinləşməsinin qarşısını alır. Səbəb digər meyvələrə nisbətən armudun qlikemik indeksinin aşağı olmasıdır. Armud periferik toxumaların insulin həssaslığını azaltmaqla bəabər, qlükozanın hüceyrələr arasında normal və balanslı bölünməsini təmin edir. Buna görə də, şəkərli diabetdən əziyyət çəkənlər digər meyvələrdən imtina etməyə məcbur qaldıqda, armudu ürəklə yeyə bilərlər.
Sümükləri və oynaqları möhkəmlədir. C vitamini, K vitamini və kalsiumla zəngin armud sümük toxumalarının maddələr mübadiləsi üçün vacibdir. Alimlərin sözlərinə görə, osteoparozun, yəni, skeletin metabolik xəstəliyinin profilaktikasında armud faydalıdır. Sümük qırılmaları, zədələnmələri zamanı da armud rasiona daxil edilsə, yaxşı olar. Oynaqlarda baş verən avtoimmun və iltihabi proseslərin azalması, bəzən tam yoxa çıxması da armudun hünərləri sırasındadır. Bundan əlavə, armud oynaqlararası bağ rolunu oynayan toxumaların sağlamlığının da qeydinə qalır.
Xərçəng əleyhinə fəaliyyət göstərir. Tərkibindəki antioksidantlar və liflər sayəsində armud kanserogen maddələrə qarşı savaşa bilir. Beləcə, bədxassəli şişlərin böyüməsinə, xərçəngli hüceyrələrin digər sağlam hüceyrələrə xəsarət yetirməsinə mane olur. Əksər növ xərçəng xəstəliklərində şişlərin ölçülərinin azalmasının səbəbi də rasionda bol miqdarda armud olmasıdır. Koreyalı alimlər aşkarlayıb ki, meyvə melanomanın profilaktikasında əhəmiyyətli rola malikdir. Digər bir elmi araşdırma isə armudun süd vəzilərində xərçəng əleyhinə fəaliyyətini sübut edib.
Prostatit zamanı. Prostatit zamanı istənilən növ armudun yeyilməsi faydalıdır. Hətta mürəbbəsi, kompotu da köməyə çata bilir. Armud orqanın qan dövriyyəsini nizama salır, sidikqovucu kimi çıxış edir.
-Adenomanın profilaktikasında armudu termosda dəmləmək lazımdır. Alınan məhluldan gündə 4 dəfə, hər dəfə 200 ml-lik stəkanın 1⁄4-i qədər içilməlidir.
-Sidik yollarında daş varsa, hər gün acqarına 2 armud yemək faydalıdır. Meyvəni yeyə bilməyənlər ondan şəkərsiz kompot hazırlayaraq içə bilərlər.
-Mədə yanması zamanı səhər menyusuna 2 armud daxil edilməlidir.
-Şəkərli diabetdən əziyyət çəkənlərə tövsiyə edilir ki, hər yeməkdən 30 dəq əvvəl 50-70 ml armud şirəsi içsinlər.
-Sistitin müalicəsində sobada bişmiş armud köməyə çatır.
-Soyuqdəymə, qızdırma və öskürək zamanı quru armuddan hazırlanan məhlulun qəbulu effektivdir. Bunun üçün 100 qr quru armudu 1 litr qaynar suya əlavə edin. Yarım saat qaynadın. Sonra ocaqdan götürün və daha 2 saat dəmlənməsini gözləyin. Gün ərzində 3 dəfə, hər dəfə yarım stəkan olmaqla qəbul edin.
Zərərləri və əks təsirləri:
Yağlı və ya hisə verilmiş qidaların həmən ardından armudun yeyilməsi məsləhət deyil. Bu halda həzm prosesi çətinləşir. Yaxşı olar ki, bu cür qidaların qəbulunun ardından 2-3 saat fasilə verəsiniz, sonra armud yeyəsiniz.
Geni dəyişdirilmiş meyvələrin qəbulu qida həssaslığı və həzmsizlik yarada bilər. Bunun üçün, yaxşı olar ki, aldığınız meyvənin təbii olmasına diqqət edəsiniz.
Mədə xorası, qastrit, kolit zamanı meyvəni təzə-təzə yemək narahatlıq yarada bilər.
Köpdən əziyyət çəkənlər isə, əksinə meyvəni təzə-təzə yeməlidirlər. Çünki kompotu və şirəsi köp yaratmaq qabiliyyətinə malikdir.
Oxu24.com
ŞƏRHLƏR