Peyğəmbərin dediyi təsdiq olundu: Ayaq üstə su içmək...
11 Oktyabr 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1079
02.01.2023, 19:19
Çox az adam tapılar ki, xurmanı sevməsin. Hətta, zadəganlar üçün xurma yemək xüsusi incəlikdir. İsti ölkələrdə xurma “səhra çörəyi” adlanır. Tarixən bir çox ölkələrdə xurma sağlamlığın qeydinə qalmaq və həyatı uzatmaq üçün ideal vasitə hesab olunub.
Çinlilər xurma yeməyin uzunömürlülüyə səbəb olduğunu deyir. Hazırda bir çox dietoloqlar adi şəkər əvəzinə xurma yeməyi məsləhət görür.
Qədim zamanlarda xurmadan xərçəng, vərəm, müxtəlif şişkinliklər və iltihabi xəstəliklərin müalicəsində geniş istifadə edilib.
Mütəxəssislər sübut edib ki, quru xurmalar insan beyninə daha yaxşı təsir edir; beyinin işləmə qabiliyyəti 20% daha yaxşılaşır, diqqətin yayınması və halsızlıq yoxa çıxır.
Xurma insanlar tərəfindən becərilən ən qədim meyvələrdən biridir. Müasir dünyada xurma əsas pəhriz elementi kimi məhşurdur. Alimlər güman edir ki, ilk yabanı xurmalar 5-7 min il əvvəl ərəblər tərəfindən istifadə edilib. İsraildə aparılan bir arxeoloji qazıntı zamanı tapılan xurma çiyidinin yaşı 2 min il hesablanıb. Ehtimal olunur ki, xurmanın tibbi məqsədlə istifadə olunmasına dair xüsusi bilgilər də mövcud olub. Lakin, bu bilgilərin izi 500 il əvvəl itib.
Maraqlıdır ki, qədim Misir sərdabələri üzərində xurma şəkillərinə rast gəlinir. Mənbələrdə qədim Babildə xurmadan şərab və sirkə hazırlandığı barədə qeydlər var. Xüsusi minerallarla və şəkərlə zəngin olan bu meyvə bədəvi pəhrizinin əsasını təşkil edirdi. Bir ərəb uzun səhra yolçuluğuna çıxanda mütləq xurcunun iki gözünü də xurma ilə doldurardı. Səyahət zamanı xurma onun əzələlərinin gücünü itməyə qoymurdu. Eyni zamanda, isti səhra günəşinin yandırıcı şüaları altında zehni bayğınlıq da keçirmirdi.
Bu gün xurma ağaclarının yayılma arealı ərəb ölkələrini əhatə edir. İstehsal və satış üzrə siyahıya Səudiyyə Ərəbistanı liderlik edir. Əlcəzair, Bəhreyn, Misir, İraq, İran, Yəmən, Liviya, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Sudan, Suriya və Tunis siyahını tamamlayır. Tarixən dənizçilər və səyahətçilər tərəfindən xurma toxumları başqa ölkələrə də aparılıb. Ona görə də indi ABŞ-ın Kaliforniya ştatında, Meksikada, Avstraliyada, Cənubi Afrikada və digər bir neçə ölkədə də xurma ağaclarına rast gəlmək mümkündür.
Mütəxəssislər gün ərzində 10 xurma yeməyin sağlamlığa faydalı olduğunu deyir. Beləcə, gün ərzində orqanizmin mis və kükürdə olan ehtiyacı tamamlanar.
Xurmanın tərkibində insan səhhəti üçün faydalı sayılan dəmir, maqnezium, fosfor, mineral duzlar, A və B vitaminləri, amin turşuları, proteinlər də mövcuddur. Gündəlik 10 xurma yeməklə bədənimizin dəmirə olan ehtiyacının 50%-ni, kalsium ehtiyacının 25%-ni ödəyə bilərik.
Həzm prosesində yaranan narahatlıqları aradan qaldırmaq üçün bir stəkan südü bir xurma ilə içmək də mütəxəssislərin məsləhətlərinə daxildir.
Xurma yeganə meyvədir ki, tərkibində 23 növ amin turşuları var. Bu göstərici heç bir başqa meyvədə yoxdur. Quru xurmanın tərkibində 60-65% şəkər mövcuddur.
Xurmada olan şəkər qlyükoza və fruktozadır ki, onlar da saxarozadan fərqli olaraq insan orqanizminə mənfi təsir göstərmir. Buna görə də xurmanı hər yaşda olan insanlar-uşaqlar, yaşlılar, hətta hamilə qadınlar da ürəklə yeyə bilər.
Xurma mətbəxdə kreativlik eləməyi sevənlərin də ləziz məmulatıdır. Dünya mətbəxində müxtəlif şirniyyatların, salatların, ev üsulu ilə hazırlanan çərəzlərin, hətta, çörəklərin də hazırlanmasında xurmadan istifadə olunur. Xurmanın şirəsindən bal, ağacının gövdəsindən un istehsal edilir. Təzə xurmalar soyuducuda saxlanılsa daha uzun müddət təravətli qalır.
09:36 / 11 Oktyabr 2026
1
09:25 / 11 Oktyabr 2026
29
09:10 / 11 Oktyabr 2026
116
09:10 / 11 Oktyabr 2026
57
08:56 / 11 Oktyabr 2026
295
08:51 / 11 Oktyabr 2026
69
08:28 / 11 Oktyabr 2026
52
08:27 / 11 Oktyabr 2026
123
08:24 / 11 Oktyabr 2026
174
08:15 / 11 Oktyabr 2026
99
07:37 / 11 Oktyabr 2026
72
06:55 / 11 Oktyabr 2026
131
01:41 / 11 Oktyabr 2026
3967
01:28 / 11 Oktyabr 2026
8332
01:15 / 11 Oktyabr 2026
215
01:11 / 11 Oktyabr 2026
572
00:59 / 11 Oktyabr 2026
1829
00:56 / 11 Oktyabr 2026
315
00:39 / 11 Oktyabr 2026
434
00:21 / 11 Oktyabr 2026
647
00:19 / 11 Oktyabr 2026
209
00:17 / 11 Oktyabr 2026
104
00:11 / 11 Oktyabr 2026
1457
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.