Qaynar xətt:

(+99450) 247 90 86

SPİD-ə yoluxanlar evlənə bilərmi - İcazə varmı?

SPİD-ə yoluxanlar evlənə bilərmi - İcazə varmı?

TİBB

540

30.11.2022, 22:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“QİÇS-ə yoluxanların ailə qurması ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Bu, könüllü izdivacdır”.

Oxu24.com  xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsindəki canlı yayımın qonağı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

“Bu günə qədər HİV-ə yoluxan qadınlardan xəstə övlad dünyaya gəlməyib. Qeyd edirik ki, HİV-ə yoluxan qadınlar bunu gizlətməsinlər. Hamilə qalmaqdan da qorxmasınlar. Bu gün tibb inkişaf edib və onlar da sağlam övlad sahibi ola bilərlər”.

Həkim onu da qeyd edib ki, QİÇS, HİV xəstəliyinə şəxs və ya şəxslərin qəsdən yoluxdurulmasına görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulur.