Peyğəmbərin dediyi təsdiq olundu: Ayaq üstə su içmək...
11 Oktyabr 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
537
20.11.2022, 23:58
Nəyə görə hər kəs öz normal və aktivlik zamanı ürək ritminin neçə olmasını bilməlidir?
“Medicina” xəbər verir ki, ürək vurğusunun tezliyini göstərən nəbz sağlamlıq haqqında vacib məqamdır. O, ürək-damar sistemində ciddi pozulmaları göstərə bilər.
Kardioloq Natakya Dobrosolçeva ürək ritminin qəfil dəyişməsinə diqqətli olmağa çağırıb.
“Ürəyin işində pozulmaların forması təhlükəli və təhlükəsiz ola bilər. Ürək ritminin pozulması ürək yığılmasının həddən artıq sürətli, tez-tez və ya həddən artıq ləng, az yığılmasıdır. Eləcə də yığılmalar arasında intervallar qeyri düzgün və sabit olmaya bilər.
Buna aritmiya və bradikardiya deyilir.
Nə qədər sürətli, güclü ürək atışı olursa, damarlara o qədət çox qan vurulur, amma daxili orqanların oksigenlə təminatı bir o qədər də düşür.
Nəbzin normasını onun dəqiqədə atış sayı və vurğular arasında intervala görə təyin edirlər.
Ürək ritminin pozulmasının bu səbəbləri ola bilər:
- Ürək-damara bağlı konkret xəstəlik, patologiya
- Təzyiq
- Şəkər
- Hormonal pozulma, zob
- Qan azlığı, dəmir defisiti
- İçki, qəhvə, siqaret
- Müxtəlif vitaminlərin, kaliy, maqniyin defisiti
Nəbzi bədəndə iri arterial damarların keçdiyi hissədə toxunub, tutmaqla saymaq olur. Bu adətən boyun və bilək damarlarında olur.
Eləcə də gicgah, diz altı və bud arteriyasında nəbz tutulur.
Sekundomeri qoşaraq, 60 saniyə ərzində vurğuları dəqiq sayırsız.
Xəstə sakit əyləşmiş halda olmalıdır.
Yeməkdən, hərəkətdən sonra ritm sürətli olur.
Əgər vurğular çox kəskin, sürətli, itidirsə və ya çox ləng, gec, zəifdirsə, kardioloqa müraciət edin.
Normadan sakit halda nəbz 70-90 arası olmalıdır. Qaçanda, ağır iş zamanı 110-u keçə bilər. Amma nəbz həmişə 100-dən yuxarıdırsa bu taxikardiya və ya aritmiya ola bilər”.
23:00 / 15 Oktyabr 2026
1
22:40 / 15 Oktyabr 2026
38
22:22 / 15 Oktyabr 2026
53
22:15 / 15 Oktyabr 2026
189
22:10 / 15 Oktyabr 2026
64
22:06 / 15 Oktyabr 2026
43
22:06 / 15 Oktyabr 2026
47
22:06 / 15 Oktyabr 2026
65
21:55 / 15 Oktyabr 2026
80
21:42 / 15 Oktyabr 2026
66
21:23 / 15 Oktyabr 2026
118
21:12 / 15 Oktyabr 2026
92
21:07 / 15 Oktyabr 2026
117
20:56 / 15 Oktyabr 2026
87
20:48 / 15 Oktyabr 2026
92
20:30 / 15 Oktyabr 2026
137
20:21 / 15 Oktyabr 2026
81
20:13 / 15 Oktyabr 2026
84
20:07 / 15 Oktyabr 2026
86
19:58 / 15 Oktyabr 2026
270
19:54 / 15 Oktyabr 2026
114
19:51 / 15 Oktyabr 2026
111
19:37 / 15 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.