Düyü suyu görün nəyə dərman imiş
16 Mart 2025, 09:35
Qaynar xətt:
(+99450) 247 90 86TİBB
1773
06.11.2022, 21:58
Bu gün qaraciyərdəki problemlərdən xəbər verən bir neçə əlamət haqqında danışacağam. İnanıram ki, verdiyim məlumatlar sizə qaraciyərinizi qorumaqda kömək edəcək. Qaraciyərin ən böyük daxili orqan olduğunu artıq hamı bilir. Onun vacib funksiyası haqqında da məlumatlıyıq. Yad maddələri orqanizmdən xaric edən, hormonların tənzimlənməsində böyük rolu olan, enerji ehtiyatımızın və vitaminlərin qorunub saxlanılmasını təmin edən, qan dövranında iştirak edən qaraciyərimizin işi sadaladıqlarımla bitmir. Buna görə də, qaraciyərin xəstələnməsi bütün orqanizmə təsir edir.
Orqandakı problemlər ağrı reseptorlarını həmən aktivləşdirmir. İnsan yalnız o zaman ağrı hiss edir ki, qaraciyərdəki xəsarətlərin həcmi böyük olur. Qaraciyərimizi qorumaq üçün ağrılı mərhələyə çatmamış müəyyən simptomlara diqqət yetirməliyik. Çünki bu orqanın sağlamlığı sağlam yaşamağın açarıdır. Sirr isə problemlər haqqında bəribaşdan bilmək və vaxtında müalicəyə başlamaqdadır.
Qaraciyərdə problem olduğunu göstərən əlamətlər
Orqandakı əksər problemlər gözlə görülmür və hiss edilmədən xroniki şəkildə irəliləyir. Yalnız laboratoriyada aparılan analizlər problemin həcmini dəqiq şəkildə bilməyə imkan verir. Amma mütəmadi olaraq, qaraciyərimizin sağlamlığını yoxlamaq şansımız da var. Bütün digər orqanlarda olduğu kimi, yaxşı olar ki, qaraciyərdəki problemlər böyüməmiş ondan xəbər tutaq. Ən kiçik “xəbərdarlığı” belə, görməzdən gəlməməliyik. Məhz buna görə, bugünkü videonu həmin xəbərdarlıqlara ayırdım.
1. Dəridə qaşınma və soyulma. Bilirik ki, öd suyunu qaraciyər istehsal edir. Öd suyunun həzm prosesindəki önəmli yeri barədə başqa bir videoda daha ətraflı danışacağam. İndi, sadəcə, qeyd etmək istəyirəm ki, öd suyu olmasa, həzm prosesi iflasa uğraya bilir. Öd suyu qaraciyərdə istehsal olunduqdan sonra kanal vasitəsilə öd kisəsinə axır. Qaraciyərin işində hansısa kiçik axsaqlıq olarsa, öd suyunun axması damcı şəklinə keçir, yaxud dayanır. Bu da həzm zamanı öd suyu çatışmazlığına gətirib çıxarır. Dəridə qaşınma və soyulma öd suyu əksikliyinin ilkin əlamətlərindəndir. Hərdən qaşınan və soyulan nahiyədə ağrı da hiss edilir. Bəs, qaraciyərdə nə baş verir ki, bu hallar meydana çıxır? Əlamətlərin “haqqında danışdığı” problemlərdən biri qaraciyərin həddən artıq yüklənməsidir. İkincisi isə, öd suyunun orqanın toxumalarında yığılmasıdır. Qaraciyər səbəbilə yaranan qaşıntılar ayaqların altında, ovucların içində, əlin üstündə, hətta kürəkdə də ola bilər. Profilaktik tədbirlərdən ən əlçatanı axşamlar yemək əvəzinə meyvə-tərəvəz yemək və yatmazdan əvvəl qaynar su ilə duş almaqdır.
2. Dəridəki dəyişikliklər. Qaraciyərin problemindən xəbər verən digər “dəri siqnalı” isə qəfildən peyda olan ləkələr, səbəbsiz hematomalardır. Bundan əlavə, dəridə köpmələr, kiçik, sarı, yaşıl rəngli qabarmalar yaranması da oxşar əlamətlərdir. Ovuc içində qızarmalar və temperaturun artması da qaraciyərin xəstələnməsi haqqında xəbərdarlıqdır. Qaraciyərinizi müalicə etdirsəniz, bütün bu dəyişikliklərin yoxa çıxdığını görəcəksiniz.
3. Dabandakı çatlar. Qaraciyərin istehsal etdiyi öd suyu orqanizmdə yağ turşularının, E, C, A, B3 vitaminlərinin işlənməsini təmin edir. Bu vitaminlər dərinin qan dövranı və tonusu üçün çox vacibdir. Əgər qaraciyər düzgün işləmirsə, yaxud iş qabiliyyəti aşağı düşübsə, öd suyu lazımi keyfiyyətdə olmur. Və bu da yağ turşularının, vitaminlərin düzgün işlənməməsinə gətirib çıxarır. Orqanizm ehtiyacı olanlardan kəm qalır və quruyur. Zamanla da çatlayır, soyulur. Bu zaman düzgün qidalanmaq və orqanizmi susuz qoymamağa çalışmaq lazımdır. Rasiona göyərtilərin, tərəvəzlərin, giləmeyvələrin və dənli bitkilərin daxil edilməsi də mütləqdir.
4. Şişkinliklər. Qaraciyərdə yaranan problemlər bərabərində böyrək çatışmazlığı və ya qan dövranının pozulmasını da gətirə bilir. Süzülmə prosesinin düzgün getməməsi duzların dərialtı toxumalara yığılmasına səbəb olur. Bu da, xüsusilə, ayaqlarda şişkinliklər yaradır.
5. Saç tökülməsi. Qaraciyərdəki problemlərin saç tökülməsini sürətləndirdiyi qeyri-adi hadisə deyil. Demək olar ki, orqanizmin qidalanması üçün bütün lazımi elementlərin emalına qaraciyər məsuldur. Əgər qaraciyərin işində axsamalar varsa, demək, orqanizm lazımi qədər qidalana bilmir. Bu da yaraların gec sağalması, saçların tökülməsi, dırnaqların qırılması ilə özünü biruzə verir.
Həmçinin oxuyun
01:30 / 17 Mart 2025
Gədəbəyin Qızıl qala meşəliyində yanğın - Video
31
22:49 / 16 Mart 2025
Xalq artisti vəfat etdi - FOTO
821
22:20 / 16 Mart 2025
Mövqelərimiz yenidən atəşə tutuldu
47
21:52 / 16 Mart 2025
17-ci günün duası - İmsak və iftar vaxtı
48
21:39 / 16 Mart 2025
Əməkdar incəsənət xadimi vəfat edib
289
21:26 / 16 Mart 2025
Kəsmiyin FAYDALARI
57
21:00 / 16 Mart 2025
Ən sürətlə inkişaf edən ÖLKƏLƏR
62
20:45 / 16 Mart 2025
Tolik müğənniyə ELÇİ DÜŞDÜ - VİDEO
90
19:28 / 16 Mart 2025
İş saatları dəyişdiriləcək? -AÇIQLAMA
312
19:10 / 16 Mart 2025
Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar - Video
777
19:08 / 16 Mart 2025
Roma Papası müraciət edib
79
19:07 / 16 Mart 2025
Türkiyə və ABŞ prezidentləri telefonla danışıb
82
17:32 / 16 Mart 2025
"Kahı"nın içərisindən narkotik çıxdı
99
17:22 / 16 Mart 2025
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
108
16:40 / 16 Mart 2025
Güllələrlə zarafat edən HƏRBÇİLƏR: Onlar haqqında İNANILMAZ HƏQİQƏTLƏR... - VİDEO
669
16:20 / 16 Mart 2025
Qonaq getdikləri evdə 3 yaşlı uşağı “tok” vurdu
115
16:03 / 16 Mart 2025
"Hizbullah"ın iki üzvünü öldürülüb
137
14:29 / 16 Mart 2025
SON DƏQİQƏ! Rusiyadan yüksək vəzifəli şəxslər Bakıya gəldi
628
14:11 / 16 Mart 2025
XİN başsağlığı verdi
139
14:05 / 16 Mart 2025
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi
481
14:02 / 16 Mart 2025
Husilərdən ABŞ-ın Yəmənə hücumuna reaksiya: "Cavabsız qalmayacaq!"
142
13:59 / 16 Mart 2025
24 yaşlı şəxsin meyiti aşkarlanıb
141
13:34 / 16 Mart 2025
Müdafiə Nazirliyi açıqlama yaydı
529
13:32 / 16 Mart 2025
Sabah isti olacaq
153
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.