Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75859
az

İnsultu Barmaqla Öncədən Biliblər - Paralicin Əlamətləri

16:1805 Noyabr, 2022
538
TİBB
  • A

İnsult beyin qan dövranının kəskin zədələnməsidir. O, baş beyin toxumalarının xəsarət almasına, sinir hüceyrələrinin ölməsinə səbəb olur. Hətta ürək-damar problemləri arasında ən çox ölümlə nəticələnən xəstəlik hesab olunur. 
Hər il dünyada, təqribən, 60 milyon insan insult keçirir. Çox az adam insultdan sonra ayağa qalxa bilir. Həyatını itirənlər də olur, ömür boyu əlil arabasına məhkum olanlar da... 
İnsultun barmaqla təyin edilməsi haqda heç eşitmisiz? Sən demə çinlilər insultu barmaqla təyin edə bilirmiş. Maraqlıdır, bunu necə edirdilər? Bu videomuza diqqətlə baxın. Bəlkə də sizi xilas edəcək.
--------
Qadın və kişilərdə insultun yaranma səbəbləri fərqlidir. Kişilərdə, daha çox, zərərli vərdişlərdən, psixoloji yüklənmədən, stressdən qaynaqlanır. Qadınlarda isə klimaksdan və digər hormonoloji səbəblərdən baş verir. Bəzən elə adamlar insult keçirir ki, onlar risk qrupunda olduqlarından heç şübhələnmirlər də.  Amma ekspertlər deyir ki, 70-80% insan insultun yaxınlaşdığını əvvəlcədən təyin edə bilərlər.  İnsultun səbəbləri bunlardır:
1. Düzgün qidalanmamaq. Ayaqüstü yeməklər, yağlı yeməklər, şirin, qazlı içkilər, şirələr...Şəkər və yağın  yüksək miqdarda qəbulu köklük yaradır, arterial təzyiqin stabilliyini pozur, şəkərli diabetlə nəticələnir. Qanda yağ miqdarının çoxalması damar tıxanıqlığına səbəb olur. Mütəxəssislər məsləhət görür ki, gün ərzində meyvə-tərəvəzi daha çox qəbul edin. Sutkalıq duz qəbulu isə 1 çay qaşığından artıq olmasın. Həmçinin, dənli və paxlalı bitkilərin, göyərtilərin, balıq ətinin qəbulu da yağ və şəkəri əvəz etməlidir. 
2. Az hərəkətli həyat tərzi. Fiziki aktivlik  damarları elastikləşdirir, ürək əzələlərindəki gərginliyi, bərkliyi yox edir. Gündə, ən azı, 1 saat, həftədə bir neçə dəfə bədəni fiziki gərginliyə məruz qoymaq infarktdan və insultdan qaçmağa kömək edir. Məsləhətdir ki, piyada gəzin, asta sürətlə bir az qaçın, üzgüçülüklə məşğul olun. 
3. Metabolik sindrom. İnsanın qarın hissəsindəki yağlanma qanda şəkərin artmasına və arterial təzyiqin yüksəlməsinə səbəb olur. Nə yesə, necə eləsə də, ən birinci qarından kökələn insanlar şəkərli diabetin, infarktın  və insultun risk qrupundadır. 
4. Ürək-damar sisteminin xroniki xəstəlikləri. 20% insultun səbəbi aritmiyadır. Aritmiya ürəyin ritminin pozulması nəticəsində yaranan xəstəliklərin ümumi adıdır. Bu zaman  damarlara ya yetəri qədər qan çatmır, ya da həddən artıq qan pompalanır ki, hər iki halda da insult baş verə bilir. 
5. İnfarkt və insultun “ailə hekayəsi”. Kiminsə ailəsində, xüsusilə, gənc yaşlarda insult keçirən varsa, bu, o deməkdir ki, həmin insan da risk qrupundadır. 
6. Xroniki stress. Stress beynin qan dövranına digər faktorlardan daha çox təsir göstərir. Tənhalıq hissi, panika, təhlükədə olmaq hissi bütünlükdə orqanizmə mənfi təsir göstərir. Bu halları yaşayanların psixoloq ilə ünsiyyəti vacibdir. 
7. Siqaret çəkmək. Tütün tüstüsünə məruz qalan beyin oksigen çatışmamazlığından əziyyət çəkir. Nəticədə, insulta gətirib çıxarır. Siqaret çəkənlərin damarlarında yığıntılar əmələ gəlir ki, bu da aterosklerozun səbəblərindəndir. 
Bəs, insult necə baş verir? Necə müəyyən etmək olar ki, bir insan isult keçirəcək, ya yox? 
İnsult baş beyinin oksigen aclığından, beyinə ya həddən artıq qan pompalanmasından, ya da lazımi qədər qanın çatışmamazlığından yaranır. İnsultu müəyyən etmək üçün əlamətlər: 
-Səbəbi bilinməyən kəskin baş ağrıları;
-İşığa və səsə qarşı qəfil yaranan həssaslıq; 
-Bədənin hər hansı nahiyəsində, yaxud bütün orqanizmdə yaranan müvəqqəti və ya daimi iflic; 
-Koordinasiyanın itirilməsi, nitqdə baş verən pozğunluqlar; 
-Yaddaşın itməsi; 
-Səbəbi anlaşılmayan yorğunluq, zəiflik, hətta yeriməkdə belə, çətinlik çəkmək;
İnsultun barmaqla təyin edilməsi. 
Ümumiyyətlə, barmaqlar insan sağlamlığının barometri sayılır. Sağlam bədəndə barmaqlar çəhrayı olur və cəld hərəkət edir. Əgər barmaqlar əyilirsə və yaxşı hərəkət etmirsə, üstəlik, bu simptomlar mütəmadi olaraq qarşınıza çıxırsa, narahat olmağa dəyər. İnsultdan əvvəl barmaqlarda gərilmələr, ovuc içində ağrılar peyda olur ki, bunlar artıq qan dövranının zədələnməsinin əlamətidir. 
Əllərdə damarların qabarması psixi gərginliyə, hətta soyuqdəyməyə belə, yozulur. Hipertoniyadan əziyyət çəkənlərin barmaqlarında damarların şişməsi və göyərməsi çox rast gəlinir. Bəzən bu işarətlərə biganə yanaşırlar. Amma unutmayın, bu, o deməkdir ki, damarlar zədələnib və qan dövranında problemlərin sayı günbəgün artmaqdadır. 
Barmaqlardakı uyuşuqluq da insultdan “danışır”. Barmaqlarınız soyuqdan uyuşursa, bu, orqanizmin verdiyi təbii reaksiyadır. Amma durduq yerə uyuşma yaranırsa və uzun müddət keçmirsə,  demək, işemik insult lap yaxındadır. 
Çinlilərdən bütün dünyaya miras qalan “barmaqla insultu təyin etmə” üsulunu sınaqdan çıxardınız və hansısa əlamətlə rastlaşdınızsa, həkimə müraciət etməyə tələsin.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil