Peyğəmbərin dediyi təsdiq olundu: Ayaq üstə su içmək...
11 Oktyabr 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
431
02.11.2022, 20:25
Hazırda yaşadığımız dövrdə insanların iş yükü əvvəlki dövrlərə nisbətən daha çox və fərqlidir.
Artan iş tempi isə insanlarda fiziki problemlərlə yanaşı psixoloji narahatlıqlara da yol açır.
Hətta mediada da məşhur aktrisaların, modellərin öz işlərindən, belə deyək, təngə gələrək ayrılmaları barədə xəbərlər vaxtaşırı olaraq yer alır. Mütəxəssislər isə bütün bu əlamətləri tükənmişlik sindromu adlandırırlar.
Məlumat üçün bildirək ki, bu sindrom zamanı ən çox rastlanan şikayətlər unutqanlıq, diqqət əskikliyi, öyrənmə, əzbərləmə çətinlikləri, beyində ağırlıq hissi, biganəlik, dözümsüzlük və tez əsəbiləşməkdir.
Ümumdünya Sağlamlıq Təşkilatı isə hazırladığı hesabatda tükənmişlik sindromunu çox işləməklə bağlı ortaya çıxan həddindən artıq duyğusal yorğunluq və bunun nəticəsində iş və öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirib.
Tükənmişlik sindromunu depressiya ilə qarışdırmayın
Bəs depressiya ilə tükənmişlik sindromunun fərqi varmı? Bu, bir xəstəlikdirmi? Ümumiyyətlə tükənmişlik adlandırılan bu sindromdan yaxa qurtarmaq mümkündürmü? Ailem.az mövzu ilə bağlı psixoloq Orxan Orucun fikirlərini öyrənib. Psixoloq deyib ki, tükənmişlik sindromu, başqa sözlə “burn out” və ya yanma sindromu 5 ildən artıq eyni işdə işləyən insanların 70%-dən çoxunda rast gəlinə biləcək psixoloji vəziyyətdir. Əsas əlamətləri depressiya ilə oxşar olsa da, depressiyadan fərqli olaraq tükənmişlik sindromu sırf iş həyatı ilə bağlı ümidlərin tükənməsi, motivasiyanın aşağı düşməsi ilə əlaqədar yaranır: “Yəni insanın normal həyatı davam edir, şəxsi həyatında münasibətləri qaydasında olur, həyatdan zövq ala bilir, amma iş mühitində bu göstəriciləri aşağı düşür”.
İşdə ədalətsizlik “burn out”-u qaçılmaz edir
Psixoloq bildirdi ki, tükənmişlik sindromunun əsas yaranma səbəbi dəyişiklik olmayan eyni mühitdə uzun müddət işləməkdir: “Yəni vəzifə artımı, əmək haqqı artımı olmadan işləmək, gözləntiləri ilə reallıqların üst-üstə düşməməsi, məzuniyyətsiz və istirahətsiz işləmək, rəhbər şəxs tərəfindən düzgün qiymətləndirirlməmək və ya motivasiya edilməmək, komanda ruhunun zəifliyi, iş yükünün düzgün bölünməməsi, ədalətsizlik, aşırı məsuliyyət və bənzər səbəblər “burn out”-u qaçılmaz edir”.
İş yerinin dəyişdirilməsi də sindromu aradan qaldırmır…
Sindromun insan psixologiyasına, orqanizminə fəsadları ilə bağlı məlumat verən O.Oruc söylədi ki, əksər vaxt tükənmişlik sindromunun olması hər hansı fizioloji problemlərlə bağlı həkimə müraciət zamanı aşkarlanır: “Davamlı baş ağrıları, mədə-bağırsaq problemləri, əzələ və sinir ağrıları, iştahın pozulması kimi əlamətlər tükənmişlik sindromunun göstəricisi ola bilər. Bu kimi ağrıları özü müalicə etməyə çalışan şəxslər daha sonra tükənmişlik sindromunun qarşısının alınması prosesinin bir qədər ləngiməsinə səbəb olurlar. Davamlı olaraq bu sindromla yaşamaq iş keyfiyyətinin tamamilə aşağı düşməsinə və əvvəllər zövq ala bildiyi işdən heç bir zövq ala bilməməyə səbəb olur. Bəzən iş yerinin dəyişdirilməsi belə, sindromun əlamətlərinin aradan qalxmasına kömək etmir. Bu, xüsusilə, mütəxəssis yardımı almadan uzun müddət bu vəziyyətin davam etdiyi hallarda baş verir”.
İşdən sonra telefonu bir kənara qoyun
Orxan Oruc deyir ki, “Burn out” xəstəliklərin beynəlxalq təsnifatında xəstəlik kimi qeydə alınmayıb. Yəni rəsmi olaraq bu, xəstəlik deyil. Ancaq yenə də tükənmişlik sindromuna ciddi yanaşılmalı, mümkün olan bütün profilaktik tədbirlər həyata keçirilməlidir: “Bəzən “burn out”un depressiyaya bənzər əlamətlərini gizlətmək üçün daha çox iş görməklə, daha çox məsuliyyətin altına girməklə başlarını qatmağa çalışırlar. Lakin bu, təbii olaraq tükənmişlik sindromuna məruz qalma prosesini və onun ağır nəticələrinin yaşanılmasını daha da sürətləndirir”.
Mütəxəssis məsləhət verdi ki, tükənmişlik sindromunun daha öncə sadaladığımız əlamətlərini hiss etdikdə iş yükünü azaltmalı, işdən sonra işlə bağlı düşünməməli, e-mail və telefonlar bir kənara qoyulmalıdır: “Əlamətlər davamlı olarsa, mütləq psixoloji xidmət göstərən mütəxəssisə müraciət etmək lazımdır. Ümumiyyətlə, rəhbər şəxslər də, işçilərinin psixi vəziyyətinin iş keyfiyyətinə təsirini və korporativ hədəflərə çatılmasında vacib olduğunu nəzərə alıb, iş mühitində komanda ruhunun formalaşmasına, ədalət və şəffaflıq prinsipinin qorunmasına əməl etməli, adi təşəkkürü işçilərdən əsirgəməməli, tez-tez korporativ işdən kənar tədbirlər həyata keçirməlidir. Bunları etməklə işçilərin psixi sağlamlığı qorunur ki, bu da şirkət və ya qurumun iş fəaliyyətinin daha da uğurlu olmasına stimul verir”.
19:50 / 17 Oktyabr 2026
22
19:38 / 17 Oktyabr 2026
50
19:38 / 17 Oktyabr 2026
53
19:32 / 17 Oktyabr 2026
83
19:26 / 17 Oktyabr 2026
51
19:25 / 17 Oktyabr 2026
54
19:15 / 17 Oktyabr 2026
70
19:06 / 17 Oktyabr 2026
92
18:56 / 17 Oktyabr 2026
551
18:51 / 17 Oktyabr 2026
77
18:49 / 17 Oktyabr 2026
100
18:46 / 17 Oktyabr 2026
86
18:45 / 17 Oktyabr 2026
77
18:36 / 17 Oktyabr 2026
69
18:36 / 17 Oktyabr 2026
523
18:21 / 17 Oktyabr 2026
83
18:09 / 17 Oktyabr 2026
67
17:58 / 17 Oktyabr 2026
70
16:45 / 17 Oktyabr 2026
247
16:10 / 17 Oktyabr 2026
172
15:50 / 17 Oktyabr 2026
133
15:41 / 17 Oktyabr 2026
106
15:32 / 17 Oktyabr 2026
1385
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.