Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75101
az

Hər gün bir dilim pendir ye, nəticəsi səni şoka salacaq!

21:5117 Oktyabr, 2022
389
TİBB
  • A

Tədqiqatların nəticələri göstərir ki, hər gün pendir yemək infarktın əmələgəlmə riskini azaldır.

Redinq Universitetindən olan alimlərin “European Journal of Nutrition” jurnalında dərc edilən məlumatlarına görə, hər gün bir dilim pendir orqanizmin infarktdan müdafiəsini gücləndirir.

Oxu24.com  xəbər verir ki, əksər hallarda bu vərdiş ürək tutmaları ehtimalını 14 faiz azaldır.

Aparılan eksperiment zamanı iştirakçılar iki qrupa bölünüb. Alimlərin tapşırığı ilə hər gün az miqdarda pendir yeyən adamlar bir qrupa, öz tərzində qidalananlar isə digər qrupa salınıb. Nəticədə, hər gün 40 qram pendir qəbul edən könüllülərdə tibbi müayinə zamanı orqanizmin damar patologiyalarından daha yaxşı müdafiəsi müşahidə olunub.

Alimlər izah ediblər ki, “pendir” qrupunda olan insanların orqanizmində “müsbət” xolesterinin miqdarı artıb və eyni zamanda, “mənfi” xolesterinin miqdarı azalıb. Bu xüsusiyyəti şərh edən tədqiqatçılar bildiriblər ki, pendirin tərkibi vitaminlərlə, minerallarla və zülallarla zəngindir. Bu, ürək-damar xəstəliklərindən müdafiə olunmağa kömək edir. Pendir, həmçinin maddələr mübadiləsini yaxşılaşdıran yüksək dozalı kalsiumla da zəngindir.

Pendirin orqanizmin damar sisteminə müsbət təsiri barədə oxşar nəticəyə MakMaster Universitetindən olan elmi mütəxəssislər də gəliblər. Onlar dünyanın 21 ölkəsindən yaşı 35-dən 70-dək olan 130 min insanın sağlamlığı və həyat tərzi barədə məlumatları təhlil ediblər. Bu alimlər müəyyən ediblər ki, emal olunmuş süddən yoqurt şəklində hazırlanmış məhsulun hər gün iki porsiya qəbulu ürək-damar xəstəlikləri və erkən ölüm riskinin azalmasına kömək edir.

Pensiyaların artım faizi qaldırılır: VACİB XƏBƏR+VİDEO

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı