Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74986
az

Spermanın Faizi Neçə Olmalıdır? - ATA Olmaq İstəyən MÜTLƏQ Baxsın!

21:5214 Oktyabr, 2022
1104
TİBB
  • A

Analizin götürülmə qaydası
Spermoqrammaya hazırlıq 2-3 günlük, amma bir həftədən çox olmayan cinsi pəhriz tələb edir. Sperma masturbasiya ilə alınır. Bu üsul daha fiziolojidir, nəinki yarımçıq dayandırılmış cinsi əlaqə. Yağlı və digər kimyəvi maddələri olmayan xüsusi tibbi prezervativdən istifadə etməyə icazə verilir. Sonuncunu laboratoriyada verməlidirlər. Spermanı həm laboratoriyada, həm də ev şəraitində yığmaq olar.

Material yığılandan 1 saatdan gec olmayaraq laboratoriyaya çatdırılmalıdır. Bu vaxt ərzində o bədən hərarətinə yaxın temperaturda qalmalıdır. Xüsusi konteynerdən – termostatdan istifadə etmək daha məqsədəuyğundur. Amma material olan qabı qoltuqalti çuxurda yerləşdirərək, bədənin təbii temperaturundan da istifadə etmək olar.
Spermanın normal göstəriciləri
Müayinə həcminə görə spermoqrammanın aşağıdakı növləri var:

baza, ÜST-ün standartları əsasında aparılır, bütün əsas göstəriciləri əhatə edir;
MAR-test, spermatozoidləri parçalayan antispermal antitellərin müxtəlif sinifləri təyin edilir;
morfoloji analiz və ya Krüqer spermoqramması.
Bu üç növ bir yerdə – geniş spermoqrammadır.  O, adətən bazada dəyişiklik aşkarlandıqda təyin edilir.

Bəzi hallarda həkim spermanın biokimyəvi analizini — onun tərkibində fruktoza, L-karnitin, sink, alfa-qlükozidazanı təyin edə bilər.

Spermatozoidlərin struktur və funksiyalarını qiymətləndirmək üçün faza-kontrast mikroskopiyası və xüsusi rəngləyici maddələr istifadə edilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb