Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74517
az

Rəhim Rəhimlini öldürən xəstəlik - Qaraciyər sirrozu nədir?

21:3301 Oktyabr, 2022
522
TİBB
  • A

Dünən gecə vəfat edən Rəhim Rəhimlinin ölüm səbəbi barədə İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.


R.Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən sentyabrın 30-da saat 01:30 radələrində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çarığış daxil olub.

Onun sözlərinə görə, həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib. Z.Ədilova qeyd edib ki, ifaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.


Medicina.az müğənninin ölüm səbəblərindən biri kimi qeyd olunan qaraciyər sirrozu xəstəliyi bərədə məlumatı təqdim edir.


Qaraciyərdə sirrozun ilk başda təyini və diaqnoz olunması çox çətindir, qaraciyərdə fibroz çapıqlar əmələ gələndə isə artıq gec olur, qiymətli vaxt itirilib.

Amma orqanizm sirroz zamanı ilkin simptomları bildirir, sadəcə onlara diqqət yetirilmir.

İlk növbədə daim yorğunluq hissi, əzginlik, pis iştaha, yata bilməmək, əzələ kütləsinin zəifləməsi, arıqlama, ürəkbulanma, qaytarmaq hissi, eləcə sağ qabırğaaltında birdən tutmaşəkilli sancı, ağrı kimi əlamətlərə diqqət yetirin.

Sirozu dəridə də görmək olar. Qarından yuxarı hissədə qırmızı angiomalar, qırmızı xallar, eləcə də ovucların içinin qırmızı rəng alması narahatedici məqamlardır.

Sirroz çox dərinləşərsə xəstədə qanama, ürək dayanması ola bilər.

Prezident sərəncam imzaladı: Bu şəxslər orduya çağırıldı

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evinizdəki ÖLÜM TƏHLÜKƏSİ - Onlardan XƏBƏRDARSINIZMI?
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Xərçəngin 10 ƏSAS SİMPTOMU:  Bunu hamı bilməlidir!