Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74515
az

Ayaqların Altına Baxın! - 10 Saniyədə Xəstəliyinizi Biləcəksiz

20:5101 Oktyabr, 2022
1002
TİBB
  • A

Ayaqlarımızın altı daxili orqanlarımızın sağlamlığı barədə çox şey deyir. Bəli, düz eşitdiniz. Hələ qədim zamanlarda insanlar ayaqların altının əsasən də, pəncə hissəsindəki bəzi nöqtələrin müxtəlif xəstəliklərin işarətləri olduğuna inanırdılar. Onlar hər gün ayaqlarının altına baxır, öz xəstəlikləri haqqında məlumat ala bilirdilər. Bəs biz bunu necə edə bilərik? Sizə çox işinizə yarayacaq bir məlumat verəcəm. 

Ayaqlar bizim həyat keyfiyyətimizin ən bariz göstəricisidir. Ayağımızın altını diqqətdə saxlamaqla müəyyən xəstəlik yaranmasından xəbərdar ola bilərik. Beləcə, yüngül profilaktika ilə kəskin xəstəliklərin yaranmasının qarşısını almaq şansımız olar.

Soyuq ayaqlar… Ən birinci səbəb odur ki, qan dövranı zəifləyib. İlk baxışdan o qədər də təhlükəli hal kimi görünməyə bilər. Amma həyat keyfiyyətini aşağı salmaq qabiliyyəti var. Qan dövranının zəifləməsi bir neçə saat belə, davam edərsə trombların yaranması ehtimalı artır. Damarların daralması, bədənin müxtəlif nahiyələrində spazmlar, hətta zəifləyən qan dövranının nəticələridir. Əgər ayaqlarınız daimi soyuqdursa həkimə müraciət etməyiniz mütləqdir. Qan dövranının pisləşməsi ayaqlardakı kapillyarların tündləşməsinə, dərinin bəzi yerlərinin göyərməsinə də səbəb ola bilir. Bu, o deməkdir ki, həmin nahiyəyə, yaxud kapillyarlara lazımi qədər qan çatmır.

Əgər ayaqda daimi qıcıqlanmalar varsa, bu, hipotireozun əlamətidir. Qalxanabənzər vəzinin funksiyasının zəifləməsi ilə xarakterizə olunan bu xəstəliyin yaranma səbəblərindən biri də passiv həyat tərzidir. Hipotireoz, adətən, yaşla əlaqəli olur və 40 yaşdan sonra meydana çıxır.  Saçların tökülməsi, xroniki yorğunluq, çəkinin qəfildən artıb-azalması və səbəbsiz depressiyalar da hipotireozun əlamətlərindəndir.

Ayağın altında qırmızı və ya qəhvəyi rəngli ləkələr varsa, deməli, problem qaraciyərdədir. Əgər ayağın altındakı ləkələr nəzərə alınmasa, sonradan onları bədənin müxtəlif yerlərində də görmək mümkündür. Üstəlik, get-gedə ləkələrin ölçüsü də artır.  Qırmızı ləkələr damarlardakı qanın təmiz olmadığının, başqa sözlə, qanyaranma prosesinin olduqca zəif və qeyri-düzgün getməsinin işarətidir. Bu da o deməkdir ki, qaraciyər öhdəsinə düşən işi  lazımi şəkildə yerinə yetirə bilmir və damarlarda yığıntılar əmələ gəlməkdə davam edir.

Gicişmə və uyuşma. Pəncə hissəsində, xüsusilə, gecələr baş qaldıran gicişmələr vitamin çatışmazlığından xəbər verir. Məsələn; B12 və fol turşusu ehtiyacı yaranan orqanizm məhz bu cür “üsyan edir”.  Gicişmə, həmçinin, qanda şəkərin miqdarının yüksəlməsinin,  hətta diabetin də əlaməti ola bilər. Gecələr yatmağa qoymayacaq qədər artan gicişmələr və uyuşmalar isə o deməkdir ki, orqanizmdə diqqətə dəyər ölçüdə dəmir əksikliyi var. Bu halda tibbi analizlər vermək vacibdir.

Ayaqlarda ağrılar. Bəzən onurğanın lap aşağısından-bel nahiyəsindən başlayan ağrı ayaqlara qədər uzanır. Bu, bel-kürək nahiyəsindəki sinirlərin zədələnməsinin əlamətidir. Bağırsaqlardakı sinirlərin zədələnməsi, əzələlərdəki vətərlərin həddən artıq sərtləşməsi də ayaqlardakı izaholunmaz ağrılarla özünü büruzə verə bilir. Tibbdə “S1 sindromu” da adlanan onurğanın radikulyar sindromu zamanı ayağımızın altındakı ağrı mərkəzdə yaranır və getdikcə pəncə, yaxud daban tərəfə yayılır. “S1 sindromu”nun özü də müxtəlif səbəblərdən qaynaqlanır. Disk yırtığı, disklərarası iltihablanma, geniş yayılmış fəqərə sütunu xəstəliyi olan osteoxondroz buna misaldır.

Damarların hörümçək toruna bənzəməsi. Bəzən dərinin altında hörümçək toruna bənzər qırmızı, göy, bənövşəyi görüntülər peyda olur. Daha çox qaraciyərdəki problemlərin xəbərçisi kimi meydana çıxan bu “hörümçək torları”  venadakı varikozların da əlaməti ola bilir. Qadınlarda isə estrogen hormonlarının miqdarının artması zamanı bu hal müşahidə edilir.  Estrogenlərin artmasının yalnız iki səbəbi ola bilər:

Hamiləlik;

Qaraciyərdə xroniki problemlər;

 Estrogen çoxluğu damar sisteminin işinə mənfi təsir göstərir. Kapillyarlar şişməyə, bəzən partlamağa başlayır.

Qıcolmalar və spazmlar. Mütəmadi olaraq baş verən spazmlar zamanı adama elə gəlir ki, ayağı ağırlaşıb. Bu da  əzələlərin lazımi qədər oksigenlə, elektrolitlərlə və qidalandırıcı maddələrlə təmin olunmamasına işarət edir. Bu situasiyada qidalandırıcı maddələr siyahısına natrium, kalsium, kalium və maqnium daxildir.  Daimi spazmlar sidikqovucu vasitələrin qəbulundan sonra meydana çıxan “kəpənək effekti” də ola bilər.  Əgər  hərəkətsiz halda olduğunuz zaman spazmlar başlayırsa, bu, qan dövranının pozulmasının əlamətidir.  Uzunmüddətli fiziki gərginlik və ya fasiləsiz ayaqüstə durmaq da spazmların səbəblərindəndir.  Spazmlarla müşayiət edilən qıcolmalar isə qan dövranındakı istənilən problemin, yaxud tarıma çəkilən sinirlərin işarətidir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ