Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71631
az

Qəfil ölüm sindromu... - Cavanlarda ürək niyə birdən dayanır?

22:2303 İyul, 2022
351
TİBB
  • A

Son zamanlar epidemiya halını almış gənc insanlarda qəfil ürəyin dayanmasına artıq tibdə yeni ad verilib: qəfil ölüm sindromu.

Oxu24.com  medicina.az-a istinadla xəbər verir ki, 35-45 yaş arası insanlarda ürəyin infakrtı halları həkimləri də şoka salır. SADS sindrom pandemiya fonunda formalaşdı. Ondan öncə bu qədər gənc ölmürdü. Həkimlərin fikrincə, bunun birincili səbəbi kovid deyil. Çox güman ki, koronavirus infeksiyası, xəstəlik və peyvəndlər ürəkdə olan problem üçün açar rolunu oynayıb. Problem var idi, amma yatmışdı, o uzun illər sonra biruzə verəcəkdi, kovid onu sürətləndirib.


 
Artıq qərbdə qəfil ürək dayanmasından ölənlərin ekspertizası ölümün hər hansı görünən səbəbini tapmayanda, ona SADS diaqnozu qoyulur.

Ürəyin qəfildən dayanmasının səbəbini heç bir tibbi ekspertiza təyin edə bilmir.

Kral kollecinin həkimlərinin məlumatına görə risk qrupunda 35 yaşdan sonra hər kəs fiziki forması, həyat tərzi və sağlamlıq vəziyyətindən asılı olmayaraq hər kəs var.

SADS sindromu insanı qəfil yaxalayır, ondan öncəki günlər xəstə heç bir şikayət etmir, normal işləyir, gəzir, heç bir müalicə almır, ölüm ani baş verir. Həkim müdaxiləsi belə kömək etmir.

Bununla yanaşı, Amerikan SADS fondu 4000 nəfər qəfil ölən insanın tibbi məlumatlarını araşdıraraq 2 əlamətə rast gəliblər:

- Bu adamlarda fiziki idman, oyanıqlıq, qorxu və ağır fiziki iş zamanı qıcolamalar və ya bayılmalar olub.

- Ailə hekayəsində eyni ölümdən kimsə vəfat edib.

- SADS sindromu genetik aritmiya, taxikardiyanı qəfildən işə salır və ürək sistemi laızm olduğu kimi işləyə bilmir.

Ona görə də qəfil ölümlərdə genetik amillər əsas rol oynayır. Ona görə də ailədə, nəsildə kimsə qəfildən ölübsə, kiminsə ölümü gözlənilməz olubsa, yatıb ayılmayıbsa və ölümü ilə həkimləri də şoka salıbsa, sizin də kardioloqda tez-tez yoxlanmağınız ciddi tövsiyə olunur. Bu məqamı gözdən qaçırmaq olmaz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA