Orqan transplantasiyasında əsas çatışmazlıq nədir? –Ekspert DANIŞDI
23 Oktyabr 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1180
27.06.2022, 17:07
Yeni doğulmuş körpələrin cərrahiyyəsi və qazanılmış uşaq cərrahi xəstəlikləri
Yeni doğulmuşlarda anadangəlmə qüsurlara bunlar daxildir:
Məşğul olduğumuz problem anadangəlmə qida borusu, ağcıyər qüsurlarıdır;
Qeyd eliyim ki, uşaqlarda qaraciyərin exinokokk mənşəli kistaları olur ki, bunlar da ev heyvanları, xüsusən itlərin saxlandığı evlərdə, məkanlarda yaşayan uşaqlarda rast gəinə bilir. Exinokokkun parazit törədən hüceyrələri itlərin gəzdiyi yerlərdə əmələ gələ bilir, laparaskapik əməliyyatla bütün növ kistalar aradan qaldırılır. Həmçinin ağciyər kistalarını da daha mütərəqqi üsullarla müalicə edirik, torakoskopik əməliyyatı edirik.
Qarın boşluğunda appendisitlər, öd kisəsi, öd yollarında problemləri, qız uşaqlarında yetkinlik yaşlarında əmələ gələn kistaların götürülməsi və bu kimi qazanılmış xəstəlikləri laporaskopik əməliyyatlarla müalicə edirik.
Uşaq cərrahi xəstəliklərinə misal olaraq, üz nahiyəsində damar mənşəli hemangiomaları da qeyd etmək istərdim. Artıq dərmanla hemangiomaları yox edə bilirik. Dərmanla bunlar 3-4 aya yox olub gedir. Hətta uşağın üzünü tamamilə əhatə edən böyük şişləri belə.
Körpə uşaqlarda rast gəlinən kriptorxizm probleminin üzərində daha geniş durmaq istərdim. Çünki bu kimi hallar vaxtında müalicə edilmədikdə nəticə etibarilə təkcə uşağın doğulduğu ailənin deyil, ümumən cəmiyyətimizin sosial probleminə çevrilir.Yəni həmin uşaq gələcəkdə böyüyüb ailə qurduqdan sonra sonsuz ola bilər. Kriptorxizm körpələrdə xayanın aşağıya, xayalığa düşməməsidir.
Bundan başqa uşaqlarda anarxizm, yəni xayanın heç olmaması kimi patologiyaya da rast gəlinir. Ümumiyyətlə ana bətnindəykən körpədə xaya ümiumiyyətlə böyrəyin yanında inkişaf etməyə başlayır. Hamiləliyin 6-7-ci aylarında artıq kanala düşüb xaya torbasına doğru irəliləyir. 7-8 aylığında artıq torbada olmuş olur. Bəzən kanal dar olur və ya damar problemi və ya hormonlar ilə bağlı və sairə səbəbdən xaya xayalığa düşmür. Uşağın xayalığına əllə toxunduqda baxırıq ki, xayalar qarın boşluğundadır, öz yerində deyil. Uşaq dünyaya gələndən sonra belə hal göründükdə biz 6 ayına qədər öz-özünə enmə prosesini gözləyirik. Uşağın 6 aylığından başlayaraq laporaskopik ve mini invaziv mikrocerrahi usulla ilə xayanı xayalığa endiririk.
Bəzən xayanın xayalıqda olmaması ikitərəfli olur. Bu ciddi bir nəticələrə səbəb olur. Xayaların qarın boşluğunda uzun illər qalmasına imkan vermək olmaz. Bu ən ağır patologiyalardan biridir.Yox əgər bir tərəfli olarsa uşaq yenə də gələcəkdə sonsuzluq problıemi ilə üzləşməz. Hormon sintezi normal olar, uşağı ola bilər. İkitərəfli olanda çalışırıq bir tərəfi əvvəlcə aşağı salaq, sonra digər tərəfi. Əməliyyatı sırf peşəkarların icra etməsi vacibdir. Çünki burda uşağın gələcək taleyi həll edilmiş olur. Ona görə də valideynlərə tövsiyyəm odur ki, çox erkən yaşlarda oğlan uşaqlarını peşəkar uşaq cərrahlarında, uşaq uroloqlarında yoxlatdırsınlar. Düzgün diaqnoz qoyulsun və belə bir problem aşkarlanarsa vaxtında düzgün əməliyyat olunması lazımdır.
Uşaqlarda qəbizliklər də aktual mövzudur.
00:16 / 26 Oktyabr 2026
65
23:59 / 25 Oktyabr 2026
71
23:18 / 25 Oktyabr 2026
79
22:59 / 25 Oktyabr 2026
76
22:45 / 25 Oktyabr 2026
79
22:21 / 25 Oktyabr 2026
544
22:18 / 25 Oktyabr 2026
163
22:00 / 25 Oktyabr 2026
91
20:35 / 25 Oktyabr 2026
78
20:15 / 25 Oktyabr 2026
526
19:30 / 25 Oktyabr 2026
1777
19:02 / 25 Oktyabr 2026
258
16:35 / 25 Oktyabr 2026
95
16:05 / 25 Oktyabr 2026
152
15:37 / 25 Oktyabr 2026
1596
15:34 / 25 Oktyabr 2026
99
15:19 / 25 Oktyabr 2026
131
15:08 / 25 Oktyabr 2026
125
15:05 / 25 Oktyabr 2026
158
14:36 / 25 Oktyabr 2026
108
14:15 / 25 Oktyabr 2026
806
14:00 / 25 Oktyabr 2026
328
13:50 / 25 Oktyabr 2026
515
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.