Qaynar xətt:

(+99450) 247 90 86

Yüksək təzyiqin əsas səbəbi ürək yox, böyrəklərdir - Həkim

Yüksək təzyiqin əsas səbəbi ürək yox, böyrəklərdir - Həkim

TİBB

663

26.06.2022, 21:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hipertoniyanın ürəkdən də öncə səbəbi üzdə görünməsə də böyrəklərlə bağlı olur.

Bakupost.az xəbər verir ki, bu barədə həkim aparıcı Yelena Malışeva bildirib.

“Əgər təzyiq dərmanı təzyiqi salmırsa, təsiri yoxdursa, deməli böyrəklər yoxlanmalıdır. Böyrək problemləri təzyiqə təsir edən, amma ikinci planda qalan nəzərəçarpmayan səbəbdir. Xəstənin böyrəyi ağrımır, sidiyə gedir, amma təzyiqi var. UZİ-də böyrəklərdə elə də problem görünmür. Amma böyrəyə gedən qan damarlarının daralması, tıxanması birbaşa təzyiqi qaldırır.

Əgər böyrək az qan alırsa, o zaman beyin elə düşünür ki, qan itirilir, ona görə təzyiqi qaldırır ki, orqanizmi xilas edə bilsin. Halbuki heç bir qan itkisi yoxdur, sadəcə böyrəyə qan az gedir. Böyrəyin qan dövranının pozulması da onun işinə mənfi təsir edir.


Bu problemin həlli var, bunun üçün invaziv cərrahlar böyrək damarlarını genişləndirir. Stent qoyur. Nəticədə problem çözülür. Böyrək mənşəli təzyiqi olanlar da fiziki aktiv olmalı, duzu azaltmalıdır”.