Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68952
az

Şəkər Xəstələrinin Yeməməli Olduğu Şeylər! - DƏRMAN LAZIM DEYİL

23:4829 Aprel, 2022
6197
TİBB
  • A

Xalq arasında “Şəkər xəstəliyi” kimi tanınan Şəkərli diabet xəstəliyinin müalicəsi birbaşa qidalanma ilə bağlıdır. Yəni siz sağalmaq istəyirsinizsə, bəzi yeməkləri qətiyyən yeməməlisiniz. Budur, şəkər xəstələrinin gündəlik olaraq qidalanma siyahısında olan və olmayan yeməklər.

Videoya keçməzdən əvvəl kanalımıza abunə olub, vieomuzu bəyənib və şərh yazmağı unutmayın. Hazırsınızsa, videoya keçək.

Dünyada 300 milyondan çox insan onunla mübarizə aparır. Bu xəstəliklə yaşamaq o qədər də asan deyil, çünki pəhriz saxlamaq lazımdır.  Pəhriz şəkərli diabet xəstələrin müalicəsində ən önəmli rollardan birini oynayır. Hətta ən bahalı dərmanları qəbul etsəniz belə, pəhriz saxlamadığınız halda, qanda şəkərin səviyyəsi sürətlə artır. Bu da göz, sinir, infarkt və böyrək xəstəlikləri ilə yanaşı bir çox xəstəliklərin yaranma riskini artırır.  Əgər xəstə qanda şəkərin miqdarını idarə edə bilirsə, normal insanlar kimi həyatını yaşaya bilir. Qandakı şəkərin artması isə yediyimi qidalardan asılıdır.  Budur, diabet xəstələrinin yeməli və yeməməli olduqları qidalar:

Bu xəstələrə ilk növbədə ac qalmaq olmaz. Bu qanda şəkərin kəskin enməsinə səbəb ola bilər ki, bunun nəticəsində xəstə koma vəziyyətinə düşə bilər. Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır.

Adi şəkər və fruktoza qidalanmadan tam çıxarılmalıdır. Tərkibində şəkər və fruktoza olan qənnadı məmulatları da belə xəstələr üçün əks-göstərişdir. Nəzərinizə çatdıraq ki, dükanlarda satılan xüsusi diabetik məhsulları arasında belə tərkibində fruktoza olan mallar var. Hazırda fruktoza da diabet xəstələri üçün uyğun məhsul sayılmır. Tərkibində xüsusi şəkər əvəzediciləri olan məhsulları da şəkər xəstələri üçün tam ziyansız adlandırmaq olmaz. Bu məhsullar kiçik miqdarlarda və yalnız nadir hallarda qəbul edilə bilər.

Konfetlər, peçenye, mürəbbə, cem, şokolad, dondurma qidalanmadan çıxarılmalıdır. Bal çox faydalı məhsuldur. Lakin diabet xəstələri bu məhsuldan imtina etməlidir.

Yağlı və qat-qat xəmirdən hazırlanmış un məmulatları (bulka, pirojki) yağlı kremlərlə olan tortlar və pirojnalar, milli şirniyyatlarımız qəti şəkildə əks-göstərişdir.

Təbii meyvə şirələri qidalanmadan tam çıxarılmalıdır. Dükanlarda satılan və hətta bağlamada "şəkərsiz" yazısı olan şirələri də qəbul etmək olmaz.

Meyvələri gün ərzində 200-300 qr olmaqla qəbul etmək olar. Bunu bütün meyvələri aid etməyin. Sizə yalnız şirin olmayan alma, portağal, narıngi, nar, heyva, qarağat, albalı kimi meyvələr olar. Meyvə və giləmeyvələri əsas qida qəbullardan ayrı, qida qəbulları arasında yemək olar. Banan, üzüm, əncir, xurma, yemiş, quru meyvələr qidalanmadan çıxarılır.

Makaron, sıyıqları qəbul etmək olar. Makaron yalnız buğdanın bərk növlərindən  ola bilər. Sıyıqların arasında qarabaşaq və yulaf yarmasından hazırlanmış sıyıqlar xüsusilə xeyirlidir. Lakin mannı sıyığı qətiyyən olmaz.

Ət, toyuq, balıq şəkərli diabet xəstənin pəhrizində mütləq olmalıdır. Lakin onlar yağsız olmalıdır. Yağlı ət bulyonları qidalanmadan çıxarılmalıdır. Həmçinin toyuğun dərisini yemək olmaz. Bu, nəinki şəkər xəstələri, tam sağlam olan insana belə çox zərərlidir.

Həftədə 2 yumurta qəbul etmək olar. Bu bişmiş və ya omlet şəklində qəbul edilə bilər.

Kolbasa, sosiska və s. bu kimi məhsullar, hətta ən az yağsız növləri belə qidalanmadan tam çıxarılır.

Süd məhsulları - süd, kəsmik, kefir, qatıq, pendir arasında yalnız yağlılığı az olanları seçmək lazımdır. Xama, qaymaq, mayonez, marqarin kimi məhsullar qidalanmadan çıxarılır. Kərə yağı yalnız çox kiçik miqdarlarda qəbul etmək olar.

Bitki yağları (zeytun, qarğıdalı, günəbaxan) qəbul etmək olar. Lakin onların qəbulu da gündə bir neçə xörək qaşığına kimi məhdudlaşdırılır.

Bütün qidalar suda bişmiş və ya buğda hazırlanmış şəkildə olmalıdır. Qızarmış qidaları qəbul etmək olmaz.

Duzlu, acı, konservləşdirilmiş, hisə verilmiş qidalar qidalanmadan çıxarılır.

Tərəvəzləri hər qida qəbulunda yemək olar. Kartofun qəbulunu kəskin məhdudlaşdırmaq lazımdır. Xiyar, yunan qabağı, badımcan, kələm, göbələk, soğan, pomidor, göyərti xeyirlidir.

- Spirtli içkilər şəkərli diabet xəstələri üçün əks-göstərişdir. Sirr deyil ki, bu içkilərdə çoxlu miqdarda şəkər var. Ona görə, diabet xəstələri üçün qəti şəkildə yolverilməzdir. Bəzən alkoqollu içkilərdə şəkər olmadığı deyilir. Çünki dadı şrin deyil, turş və ya acıdır. Ancaq bir qayda olaraq, bu səhv bir təsəvvürdür - spirtdə kifayət qədər şəkər var.

- Qara çörək qəbul etmək olar. Ağ çörək əks-göstərişdir.

Bəs bu xəstəliyin simptomları hansılardır?
-susuzluq və aclıq hissi
-tez-tez sidiyə çıxma
-süstlük və yorğunluq
-sürətli arıqlama və ya kökəlmə
-görmənin zəifləməsi
-dəridə quruluğun və qaşınmanın olması
-əl və ayaqda uyuşmalar
-səhər acqarına yoxlama zamanı qanda şəkərin normadan artıq olması.

Bütün bu əlamətlər sizdə varsa, mütləq həkimə müraciət edin.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
COVID virusu xərçəngin müalicəsində  istifadə  olunacaq

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR