Metabolizmi sürətləndirmək üçün bunları BİLMƏLİSİNİZ
30 Oktyabr 2026, 22:42
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
3722
28.03.2022, 18:40
"Beyin qan dövranı pozğunluqları
Beyin qan dövranı pozğunluğu beyin damarlarında blok, anomaliya və qanaxma nəticəsində neyronların ölümünə səbəb olan qan təchizatının pozulmasıdır. Beyin qan dövranı pozğunluğu kəskin və xroniki ola bilər. Bu xəstəliklər ümumi serebrovaskulyar xəstəliklər adı ilə birləşir.
Kəskin beyin qan dövranı pozğunluğuna insultlar (işemik və hemmoragik), TİA (tranzitor işemik ataklar (həmlələr)) və SAQ (subaraxnoidal qansızmalar) aiddir."
Ümumi etioloji səbələr və risk faktorları
İdarə oluna bilinməyən risk faktorları:
- Yaş. Yaş artıqca insult yaranma riski artır.
- İrq. Milliyyət. Qaradərililərdə insult riski daha çoxdur.
- Cins. Kişilər qadınlardan çox insulta meyillidirlər.
- Xəstəlik tarixində miqren tipli baş ağrılarının mövcud olması
- Angiopatiyalar
- İrsi meyillilik: ailəvi xəstəlik tarixində ürək tutmaları, insult və TİA mövcudluğu"
Birbaşa səbəblər
Ən əsas səbəblər: damarların stenozu (daralması), emboliyası (tutulması yad cismlə və ya trombla) və damarların təzyiq və travmatik zədələnməsi nəticəsində qanaxmasıdır."
*Amerika İnsult Asssosiasiyası ictimaiyyəti insultu tez qiymətləndirmək üçün xəbərdar edici FAST akronimini bilməyə çağırır: *
- Face drooping - Üzün sallanması. asimmetriyası
- Arm weakness - Əlin zəifliyi
- Speech difficulty - Nitq çətinliyi, anlaşılmayan danışıq
- Time to call - Təcili yardıma zəng etmək üçün vaxt (STROKE UNİT üçün “qızıl zaman”). Yuxarıda göstәrilәn 3 әlamәtdәn biri ya bir necәsi varsa, təcili yardıma zəng etmək vaxtıdır.
"İdarəoluna bilinən risk faktorları:_
- Hipertenziya (ən əsas)
- Şəkərli diabet
- Ürək xəstəlikləri: qulaqcıqların fibrillyasiyası, klapan xəstəliyi, ürək çatmamazlığı, mitral stenoz, quruluş anomaliyaları, və ürək qulaqcıqlarının genişlənməsi
- Hiperxolisterinemiya
- Tranzitor işemik ataklar (həmlələr) (ТИА)
- Karotid stenoz
- Hiperhomosisteinemia
- Serebral amiloidoz
- Koaqulopatiyalar
- Yatrogen səbəblər (antokoaqulyant və antitrombolotik terapiyanın nəticələri)
- Anevrizma və malformasiyalar(AVM, venoz və kavernoz angiomalar)
- Beyindaxili şişlər
- Həyat obrazı problemləri: aşırı alkoqol qəbulu, siqaretçəkmə, qadağan edilmiş narkotiklərin qəbulu(kokain), fiziki passivlik
- Piylənmə
- Peroral kontraseptivlərin qəbulu/postmenopauzal hormonların istifadəsi
- Oraqvari-hüceyrə anemiyası
"Simptomlar:_
- Güclü və kəskin başağrı
- Birtərəfli ya ikitərəfli parez (hemiparez, monoparez, qvadriparez) (Parez əl və/vә ya ayaqın zəifliyi demәkdir)
- Üzün asimmetriyası (birtərəfli ağız bucağının və burun-dodaq büküşünün enməsi)
- Konfuziya(dezoriyentasiya, özünüitirmə)
- Nitqin pozulması, aydın olmayan nitq (afaziya, dizartriya)
- Birtərəfli/ikitərəfli görmənin pozulması (diplopiya- ikigörmə, görmə sahələrinin daralması, hemianopsiya)
- Müvazinətin pozulması (ataksiya)
- Birtərəfli vətər reflekslərinin artması - hiperrefleksiya
- Spastika-hipertonus (əzələ tonusunun birtərəfli artması)
- Huşun və yaddaşın pozulması (afaziya-nitqi, sualları anlamama, nitqin çətinləşməsi, itməsi; aqnoziya-tanımama, amneziya- baş verənləri hadisələri və sair unutma, sopor-huşun azalması/itməsi, koma)
- İlk dəfə əmələ gələn güclü başgicəllənmə (vertigo)
- Ürəkbulanma, qusma, udmanın pozulması
- Hərarət
- Tənəffüs pozğunluqları
Laborator analizlər_
Əsas:
- Qanın və sidiyin ümumi analizi
- Qanın və sidiyin biokimyəvi analizi
- Koaquloqramma
Əlavə:
- Kardiobiomarkerlər
- Toksikoloji skrininq
- Acqarına lipid spektri
- Hamiləlik testi
- Antinuklear anticismlər(ANA)
- Revmatoid faktor (RF)
- Homosistein səviyyəsi
Bunların xәstәyә konkret hansının lazım olduğunu hәkim müәyyәn edir.
- Kompyuter tomoqrafiya və angioqrafiya (KT/ KT angioqrafiya)
- Maqnit-rezonans tomoqrafiya (MRT)
- Maqnit-rezonans angioqrafiya (MRA)
- Serebral angioqrafiya
- Lumbal punksiya (LP)
- Yuxu arteriyalarının dupleks müayinəsi (Karotid USM)
- Damarların Doppler USM
- Elektroensefaloqrafiya (EEQ)
- Kardioloji müayinələr(ExoKQ, EKQ)
- Oftalmoloji müayinə
İnsultun birincili profilaktikası heç bir zaman insult keçirməmiş pasiyentlərdə aparılır. Bu profilaktika serebrovaskulyar xəstəlikləri risk qruplarında olan şəxslərdə aparılır.
Profilaktik tədbirlərə aşağıdakılar aiddir:
- Trombositlərin antiaqreqant preparatların qəbulu
- Statin preparatların qəbulu
- İdman
- Diyeta
- Həyat obrazı korreksiyası (məsələn, siqaretçəkmənin kəsilməsi, alkoqolol qəbulunun tənzimlənməsi)
- Yuxunun tənzimlənməsi (yuxu rejimi, yuxu gigyenası)"
TİA 24 saat ərzində nevroloji defisitin reqressi ilə müşahidə olunan beyin qan dövranının kəskin pozulmasıdır.
Qeyd olunan xəstəliklərlə bağlı nevroloq İlqar Mustafayevə müraciət edə bilər
əlaqə nömrəsi: 050 531 23 69
18:57 / 01 Noyabr 2026
1
18:27 / 01 Noyabr 2026
28
18:24 / 01 Noyabr 2026
43
17:00 / 01 Noyabr 2026
79
16:37 / 01 Noyabr 2026
383
16:29 / 01 Noyabr 2026
379
16:23 / 01 Noyabr 2026
100
16:18 / 01 Noyabr 2026
470
16:14 / 01 Noyabr 2026
572
16:10 / 01 Noyabr 2026
111
15:58 / 01 Noyabr 2026
666
14:19 / 01 Noyabr 2026
102
12:12 / 01 Noyabr 2026
148
12:03 / 01 Noyabr 2026
680
11:35 / 01 Noyabr 2026
151
11:09 / 01 Noyabr 2026
3430
11:03 / 01 Noyabr 2026
359
11:01 / 01 Noyabr 2026
135
11:00 / 01 Noyabr 2026
109
10:07 / 01 Noyabr 2026
1589
09:05 / 01 Noyabr 2026
151
23:55 / 31 Oktyabr 2026
5682
23:52 / 31 Oktyabr 2026
513
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.