Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65559
az

Qaraciyəri 3 günə tər-təmiz edən qarışım - MÜTLƏQ İZLƏYİN

11:0319 Fevral, 2022
556
TİBB
  • A

Qaraciyər toksinlərin yığıldığı və bütün vücuddan zərərli birləşmələri yox edən orqandır. Qaraciyərin düzgün işləməməsi orqanizmdəki zəhərin yaxşı təmizlənməməsinə səbəb olur ki, bu da orqanizmin xroniki xəstəliklərlə savaş gücünü azaldır. Ona görə də,  gündəlik rasionumuza qaraciyərin zəhəri təmizləməsinə kömək edən qidalar daxil etməliyik. 
 Bəli, qaraciyəri  təbii yolla təmizləmək mümkündür. Yorulmuş və yüklənmiş qaraciyəri yeniləmək öz əlimizdədir. 

 Qaraciyəri təmizləmək gücünə malik  bitkilərdən biri Hindistan tamarindasıdır.  Bu bitki, eyni zamanda, sinir sistemini qoruyur və öd kisəsi ilə bağlı  problemlərin həllinə kömək edir. Yağlanmış və içi zəhərlə dolmuş qaraciyəri Hindistan tamarindası ilə əvvəlki sağlamlığına qaytara bilərsiniz. Necə? Hindistan tamarindası çayı ilə… 
 Bu çayı hazırlamaq üçün 1 litr suyu qaynamağa qoyun. Elə ki, su lazımi qədər isindi, buğlandı, 20 qr Hindistan tamarindası meyvəsini əlavə edin. Qarışımı yaxşıca qaynadın. Sonra gözləyin soyusun. Ev temperaturunda olan çayı səhər və axşam –gündə 2 dəfə için. Qeyd edim ki, çayı ac və ya tox qarına içməyin fərqi yoxdur. Yetər ki, qaraciyərinizə köməyə tələsin.  Əgər dadı xoşunuza gəlməsə, hər  stəkana 1 çay qaşığı bal da əlavə edə bilərsiniz.   Vurğulayım ki, yan təsirləri olmasın deyə, bu çayı  içməzdən qabaq, həkimlə məsləhətləşə də bilərsiniz. 
 Qaraciyərin sağlamlığı düzgün və sağlam qidalanmaya bağlıdır. Orqanizmdən toksinlərin atılmasına kömək edən qidalar qaraciyərin “təcili yardımı”dır.   Ən yaxşı antioksidantlardan biri də sarımsaqdır. O, qaraciyərin yenilənməsində mühüm rol oynayır, qaraciyər toxumalarını hərəkətə keçirir, toksinlərin atılma prosesini sürətləndirir.  Allicin (allisin) və vitaminlərlə zəngin olan sarımsağın tərkibindəki kükürd qaraciyər ifrazatlarının istehsalına kömək edir. Amma burda önəmli  bir məqama diqqət etməlisiniz: qaraciyəri tmizləmək üçün yalnız çiy sarımsaq yeyilməlidir. 
 Orqanizmdəki artıq yağlardan sağlam şəkildə qurtulmağın ən uyğun yollarından biri də avokado yeməkdir. Bu meyvənin tərkibindəki Omega-6 qaraciyərin yenilənməsini və hüceyrələrin sağlamlığını təmin edir.  Heç nəyə qatmadan, üstünə limon sıxaraq da avokado yeyə bilərsiniz. Ən uzağı, ağız dadına uyğun meyvə və tərəvəz salatlarına qataraq qida rasionunuza daxil etmək olar. Amma bununla yanaşı, deməliyəm ki, gün ərzində yalnız 1 avokado yeyilməsi tövsiyə  olunur. 
 Sağlam qaraciyər üçün əvəzedilməz qidalardan biri də üzümdür. Həm özü, həm də çəyirdəyi qaraciyərin dostudur.  Elmi araşdırmaların nəticələrinə əsasən, üzüm çəyirdəyinin qaraciyərdəki xəsarətləri aradan qaldırdığı məlum olub. Qaraciyərin öz-özünü yenilənməsində də üzüm ən yaxın köməkçidir. 
 Zəncirotu qaraciyərin dostu və müdafiəçisidir. Zəncirotu yarpaqlarını çay kimi dəmləyərək, yaxud salatlara qataraq  qəbul edə bilərsiniz. Vitaminlərlə zəngin olan zəncirotunun tərkibində natrium, kalium və kalsium da var. Qaraciyərdə meydana gələn xəsarətlərə qarşı  faydalıdır, qaraciyər funksiyalarını dəstəkləyir. Bununla bərabər, həzmi də asanlaşdırır. Zəncirotunun kökü də qaraciyəri qoruyur. İnfeksiyalara mane olan, öd suyunun axınını tənzimləyən zəncirotu kökü toxumalardakı toksinləri də təmizləyir, qaraciyərin yağlanmasına mane olur. Zəncirotu kökünü həftədə, ən azı, 3 dəfə çay kimi dəmləyib içə bilərsiniz. 
 Qaraciyərin təmizlənməsi üçün ən faydalı qidalardan biri Brüssel kələmidir. Bu “cırtdan kələmlər” qaraciyəri yeniləyir, zərərli toksinlərin atılmasını sürətləndirir. Tərkibindəki kükürd isə qaraciyər ifrazatlarının istehsalını artırır və toxumaları xəsarətlərdən qoruyur.  Mütəmadi olaraq yeyilən Brüssel kələmi hormon səviyyəsinin nizamlanmasına da kömək edir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil