Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64858
az

SON DƏQİQƏ! Xəbər rəsmi şəxs tərəfindən açıqlandı: Azərbaycanda qapanmalar...

17:4606 Fevral, 2022
1233
TİBB
  • A

“Yoluxma sayı 10 min də olsa qapanma olmayacaq”.

Oxu24.com  xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, əmək və sosial-siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, bu ştammın yoluxduruculuq qabiliyyəti sürətlidir: “Hər kəs peyvəndlənib. Nə qədər çox yoluxma olsa da hamı qrip kimi keçirir. Kimdən soruşsanız Omikron ştammını klassik formada keçirdiyini deyəcək. Düzdür, elə insan ola bilər ki, bir qədər ağır keçirsin. Lakin əvvvəlki qriplər kimidir.

Bu ştamm koronavirus kimi deyil. Bunun yoluxduruculuq qabiliyyəti sürətlidir. Koronavirusdan dəfələrlə artıqdır. Bir saniyədə viruslu xəstə ilə təmasda olan kimi insan xəstələnir. Lakin xəstəlik ağır deyil”.

Deputatın fikrincə, koronavirus pandemiyasından öncə də insanlar qrip olan şəxslə sosial məsafə saxlayırdılar:

“Koronavirus pandemiyasına qədər hər hansı bir şəxs qrip olanda hamı kənara çəkilirdi ki, mənə yoluxmasın. Və ya deyirdilər filankəs xəstə idi, mənə də ondan keçdi. Onsuz da həmişə tənəffüs yollarının kəskin respirator yolla keçən xəstəliyi sosial məsafə saxlamağı tələb edirdi. Sosial məsafə saxlamaq, xəstə olan şəxslə məsafəni məhdudlaşdırmaq yeni çıxmayıb. Pandemiyadan öncə də belə olub”.

M.İbrahimqızı qeyd edib ki, karantin qaydaları sərtləşdirilməyəcək: “Pandemiya ilk başlayan gündən dünyada insanlar arasında vahimə yarandı. Ona görə, də insanlar ona belə münasibət bəslədi. Xəstələrdən uzaq durmalı, bilmədiyi məclislərə getməməlidir. Çünki elə insanlar var ki, xəsə-xəstə gəlirlər. Maska istifadə edib, sosial məsafə qorunmalıdır. Karantin olacağını düşünmürəm. Məhdudiyyətlər də olmayacaq. Çünki əhalinin 60 faizi peyvəndlənib. Çox adam yoluxub sağalıb”.

SON DƏQİQƏ! Xəbər indilərdə açıqlandı: Əhaliyə rəsmi xəbərdarlıq edildi

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı