Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60252
az

Kişilər üçün sperm keyfiyyəti yaxşılaşdıran QİDALAR - KİŞİLƏR MÜTLƏQ OXUSUN!

15:3529 Oktyabr, 2021
750
TİBB
  • A

Kişinin gücü və xoşbəxtliyi onun cinsi həyatından asılıdır. Kişilər bu mövzulara həssasdır və cinsi zəiflik və spermanın kəmiyyət və keyfiyyətinin düşməsindən çox qorxurlar.


Spermanın keyfiyyəti isə kişinin qida rasionundan çox asılıdır.

Oxu24.com spermatozoid sayını və hərəkətliliyini artıran 12 effektiv ərzaqları araşdırıb. Belə qidalar haqqında 2018-ci ildə Beynəlxalq Uroloji dərgidə də material dərc olunub. Orada yaxın gələcəkdə ata olmaq istəyən kişilərə C, E, A, vitamini, fol turşusu, antioksidantlarla zəngin qidalar yeməyi tövsiyyə edir.

1.Zülalla zəngin ət, quş əti

Qırmızı ət, quzu əti, quş və toyuq əti sink, zülal, B 12 vitamini ilə zəngindir.

Eləcə də kişilər yumurta yeməlidir. Ət dedikdə, təmiz kəsim ət, kənd toyuğu nəzərdə tutulur. Yarımfabrikat və fast-fooddan uzaq durun.

2.Qoz

Qozun bütün növləri selen və E vitamini ilə zəngindir. Gündə 70 qr qoz yemək spermatozoidlərin hərəkətliliyini artırır.

3.Balqabaq tumu

Onun lətiundə vitamin və antioksidantlar, tumlarında isə sink vardır. Araşdırmalar göstərib ki, çoxlu balqabaq tumu qəbul edən kişilərdə testosteron hormonu qalxır, bu da spermanın keyfiyyətinə müsbət təsir edir. Həm də bağırsaqlar qurdlardan təmizlənər.

4.Süd və süd məhsulları

Südə aid nə varsa – pendir, brınza, qaymaq, kəsmik gələcək atalar və güclü kişilər üçün lazımdır. Əgər vegeteriansınızsa bitki mənşəli südlərdən istifadə edə bilərsiz.

5.Qarağat

Bir qədər bahalı olsa da bazar və marketlərdə var. Çox güclü antioksidantdır. Prostat və toxumluqda əgər sərbəst radikal, maneə və iltihab varsa, aradan qaldırır. Bu giləmeyvəni kefirə, yoqurta, südə qatıb yeyin. Eləcə də qadın qarağatı yeyə bilər. Qarağat yeyənlərdə hamiləlik tez və uğurlu alınır.

6.Mərci

Bütün növləri fol turşusu ilə zəngindir. Mərci çox yesəniz, spermada xromosom anomaliyaları riski azalacaq. Həm də mərci təbii zülal və lif mənbəyidir.

7.Acı şokolad

Tünd, acı şokolad tərkibində L agrinin adlı amin turşusu ilə eaulyasiya, spermatozoidlərin hərəkətliliyinə təsir edir. Nə qədər şokolad acı, tünd olsa bir o qədər kişi cinsi aktivliyi üçün effektivdir.

8.Pomidor

Likopin adlı vacib antioksidantla zəngindir, spermanın morfologiyasını yaxşılaşdırır. Yaxşı olar ki, pomidoru çiy və ya bir az zeytun yağında pörtlədilmiş şəkildə qəbul edəsiz.

9.Narıncı meyvələr, yaşıl tərəvəzlər

Bu rəngdə nə görsəniz, yeyin. Təzə meyvə, giləmeyvə, tərəvəz, ispanaq, kahı, kələm növləri, vitamin C ilə zəngin göyərtilər sizi hər baxımdan təmizləyib qüvvətləndirəcək

10. Sarımsaq

Kəskin qoxusu olsa da, sperma miqdarını artırır. Onun tərkibində olan allisin xayalarda qan dövranını yaxşılaşdırır ki, bu da spermatozoid sayını xeyli çoxaldır.

11.Yağlı balıq, losos, tuns

Kişilərə sperma üçün isidici, yağlandırıcı və Omeqa 3,6 ilə zəngin qidalar lazımdır. Ona görə yağlı balıq növləri, tuns, skumbriya, losos, dəniz məhsullarını həftədə 2-3 dəfə yeyin.

12.Ədviyyatları sevin

Libidp, potensiya, zəif spermaya qarşı sarıkök, qırmızı bibər, çili bibəri, darçın, mixək, kardamon, zəncəfil kimi ədviyyatlarla mübarizə aparın.

Ədviyyatları uyğun yeməklərə bol qatın, saqqız əvəzi çeynəyin, çayını, dəmləməsini için.

SON DƏQİQƏ! Gültəkin Sadıqova HƏBS EDİLİB

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ