Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46217
az

Qeyts: COVID-19 bu müddətdə bitəcək

22:4410 Yanvar, 2021
5134
  • A

"Microsoft" korporasiyasının qurucusu Bill Qeyts ABŞ-da koronavirusa qarşı peyvəndlənmənin vaxtını təxmin edib.

 

O, ABŞ-ın oktyabr ayının sonuna qədər koronavirus peyvəndi əldə edə bilməyəcəyini və bu vaxta qədər sınaqdan keçirilən yalnız bir peyvəndin ABŞ-da istifadəyə hazır ola biləcəyinə inanır.

 

"Peyvəndlərin heç birinin ABŞ-da oktyabr ayının sonuna qədər təsdiqlənməyəcəyi ehtimalı var. Hər şey yaxşı olarsa, oktyabr ayının sonuna qədər təcili istifadə üçün təsdiqlənə biləcək yeganə peyvənd "Pfizer" şirkətinindir", - CNBC kanalına açıqlamasında Qeyts bildirib.

 

"Microsoft"un qurucusu effektiv olduğu sübut olunarsa, gələn ilin dekabr və ya növbəti ilin yanvar aylarına qədər ABŞ-da peyvənd istifadəsinə icazə veriləcəyinə ümid edir.

 

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxma sayı 6,5 milyonu keçib.

 

Hazırda ölkədə "Moderna", "Pfizer" və "AstraZeneca" kimi şirkətlər tərəfindən hazırlanmış koronavirus peyvəndlərinin klinik sınaqları davam edir. Bundan əvvəl Prezident Donald Tramp 3 noyabr prezident seçkiləri gününə qədər ABŞ-da COVID-19 peyvəndinin hazır ola biləcəyini söyləmişdi.

 

ABŞ Qida və Dərman İdarəsinin (FDA) rəhbəri Stiven Hah, "Financial Times" qəzetinə verdiyi müsahibəsində faydalarının potensial risklərdən çox olduğu təqdirdə, klinik sınaqların üçüncü mərhələsi tamamlanmadan əvvəl koronavirus peyvəndini təsdiqləməyə hazır olduqlarını söyləmişdi.

 

Mütəxəssislərin ehtimallarına görə, planetin 70% sakini koronavirusa qarşı peyvənd olunsa və ya hər hansı başqa üsulla immun sistemi qazana bilsə, pandemiya tamamilə başa çatacaq. (publika.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR

Alimlər zəlzələlərin yeni mexanizmlərini kəşf ediblər

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Suraxanıda narkokuryerlərdə 3 kq narkotik aşkarlandı - VİDEO