Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb

Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

XƏBƏR LENTİ

29 Aprel 2024
Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI
Bu ölkədə ovçular snayper kimi hazırlanacaqlar
FTX-dən ƏMƏLİYAT: gənc terrorçuların evindən görün nələr çıxdı
Mülkiyyət və əmlak məsələləri, problemin təsirində qalan uşaqlar: Vətəndaş nikahının mənfiləri - VİDEO
Dubayda dünyanın ən böyük hava limanı tikiləcək
28 Aprel 2024
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
May ayında maqnit qasırğaları və 7 təhlükəli gün...
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı
Bahar taksi sürücülərinə səsləndi:
BÜTÜN XƏBƏRLƏR
44815
az

"Buzlu şüşə" diaqnozu ilə bağlı deyilənlər yanlış imiş

12:1822 Dekabr, 2020
1405
TİBB
  • A

"COVID-19 pnevmaniyası zamanı kompüter tomoqrafiya (KT) ilə ağciyərin zədələnməsinin faizlə göstərilməsinin heç bir elmi əsası yoxdur və məlumatsız pasiyentləri bununla da psixoloji olaraq gərginliyə salmaq yolverilməzdir".

Bunu "Report"a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

O bildirib ki, elmi tədqiqatlara əsasən, ağciyərlərin zədələnməsinin (infiltrat) hansı mərhələdə olması, yəni ağciyərdə dəyişikliyin xəstəliyin neçənci gününə xas olmasının qeyd edilməsi zəruridir:

"Ümumiyyətlə kompüter tomoqrafiya ilə bir neçə vacib məsələyə diqqət yetirilir. Bu barədə mənim özümün də dünyanın nüfuzlu jurnallarında çap edilən elmi tədqiqatlarım var. Amma aylardır diqqətimi çəkən bir məqam var ki, bu, Azərbaycanda icra edilir və heç bir cavabdeh qurum və ya şəxslər buna reaksiya vermir. Bu da ağciyərdə olan dəyişikliyin sadəcə “buzlu şüşə” adlandırılması və faizlə miqdarının göstərilməsidir. Bu, çox ciddi yalnışlıqdır və bu səhvə görə insanın həkimliyinə şübhə ilə yanaşarlar".

"Bu fikirlərlə kimlərisə aşağılamaq fikrim yoxdur. Sadəcə bu kimi halların heç bir elmi əsasının olmaması ilə yanaşı insanları ciddi təşvişə salmaq və narahat etmək yolverilməzdir. Ona görə də bunu deməyi bir həkim kimi özümə borc bilirəm. Bu cavabları yazan həkimlər bilməlidir ki, ümumiyyətlə ağciyərdə olan dəyişikliklərin ilkin mərhələsinin patofiziologiyasında əsas rolu alveolyar epitelin və ağciyər-damar endotelinin zədələnməsi tutur. Müalicə həkimi də ilkin mərhələdə xəstəni kompüter tomoqrafiyaya yönləndirəndə ağciyərlə bağlı bilmək istədiklərindən ən vacibi patologiyanın COVID-19-a tipik olması, onun hansı səviyyədə olması və görünən ağciyər zədələnməsinin (infiltrat) hansı mərhələdə olması, yəni xəstəliyin neçənci gününə aid ağciyər dəyişikliyinin olmasıdır. Digər vacib məsələlər isə xəstənin özünün kliniki vəziyyətindən asılı olaraq fərqli olur. Bir daha təkrarlayıram ki, heç bir müalicə həkiminə faizlə miqdar lazım deyil və lazım olmamalıdır. Bundan başqa, hər kəsdə də “buzlu şüşə” dedikləri dəyişikliyi yazmaq olmaz. Çünki həmin dedikləri dəyişiklik xəstəliyin müəyyən günlərində olur və sonra o öz xarakterini dəyişir. İnsanlara da səslənib bildirmək istəyirəm ki, sizlərə deyilən “buzlu şüşə” heç də qorxulu bir şey demək deyil, hətta əksəriyyətinizin KT cavablarınızda da o səhv yazılıb" - N.Abdullayev əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Xərçəngin 10 ƏSAS SİMPTOMU:  Bunu hamı bilməlidir!
Göbələk xəstəlikləri

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var