Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
406
az

Əzələlərin şişirdilməsi kişilərdə cinsi zəiflik, böyrəklərdə daş yarada bilər

11:2009 Aprel, 2018
1826
TİBB
  • A
 Müasir dünyada insanlar ideal bədən sahibi olmaq barədə daha çox düşünür, buna nail olmağın ən asan üsullarını axtarırlar. Bu sualın yeganə düzgün cavabı idmanla məşğul olmaq olsa da, bəzən bədənlərini gücləndirmək və əzələlərini möhkəmləndirmək istəyənlər müxtəlif həblərdən, qida əlavələrindən də istifadə edirlər.

İdman qidalarını qəbul etmək olar və ya olmaz, onlar zərərlidirlər yoxsa faydalı?- Bu məsələlər bu gün idman dünyasının ən mübahisəli mövzularından biridir.

Oxu24.com  xəbər verir ki, həkim-mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, bu suala cavab tapmaq üçün, əvvəlcə idman qidalarının nə olduğunu və hansı məqsədlə istifadə edildiyini bilmək lazımdır.

İdman qidalarının fəal idmanla məşğul olan insanlar üçün nəzərdə tutulmuş qida əlavələri olduğunu deyən Y.Abdiyeva bildirib ki, insan məşq edəndə orqanizm ağır yüklərə məruz qalır, idman qidalarının qəbulu isə orqanizmin qısa müddət ərzində bərpasını təmin edir, əzələ kütləsində dərialtı piylərin yaranmasının qarşısını alır.

Mütəxəssis əlavə edib ki, idman qidaları təyin olunmuş dozalara riayət edilməklə qəbul olunduqda və yalnız yoxlanılmış keyfiyyətli məhsullardan istifadə edildikdə onların zərəri olmur:

"İdman qidaları ümumillikdə 6 növə bölünürlər. Protein-karbohidrat qarışıqları əzələ kütləsinin artmasını və məşqdən sonra enerjinin bərpasını təmin edir. Amin turşuları əzələ üçün "tikinti materiallar"ıdır. Piyyandırıcı idman qidaları yağların yandırılmasına kömək edir. Vitamin və mineral kompleksləri orqanizmin ümümi tonusunu artırır. Qeynerlər məşq zamanı orqanizmin gücünün və dözümlüyünün artmasına imkan verir. Qeyd etmək lazımdır ki, idman qidaları kimyəvi məhsul deyil, onlar adi qida məhsullarından götürülən və insan orqanizmi üçün zəruri olan bəzi maddələrin əsasında hazırlanan təbii qida əlavələridir. İdman qidaları həzm və ifrazat sisteminə heç bir zərər gətirmir, orqanizmdə tez həzm olunur. Lakin idman qidaları təbii qida əlavələri olaraq, ənənəvi məhsulları və qidaları əvəz etmir, orqanizmi çatışmayan mikro və makroelementlər ilə təmin edərək, sadəcə onları tamamlayır".

Y.Abdiyeva qeyd edib ki, gənclərin protein tərkibli preparatlardan istifadə etməklə əzələ kütləsini şişirdib cüssəli görünməsi də mümkündür:

"Yaz-yay aylarında ideal bədən quruluşuna sahib olmaq istəyən gənclərin ən çox üz tutduqları məkanlardan biri də trenajor zallarıdır. Təbii ki, ideal bədən quruluşuna sahib olmaq üçün müəyyən vaxt tələb olunur. Lakin aylarla məşq etmədən də əzələ kütləsini şişirdib cüssəli görünmək mümkündür. Gənclər protein tərkibli preparatlardan istifadə etməklə qısa zamanda istəklərini reallaşdıra bilirlər".

Həkim qeyd edib ki, əzələ kütləsini artıran, fiziki gücü çoxaldan protein növləri oğlanlar arasında daha populyardır, lakin əksər hallarda özbaşına qəbul edilən protein tərkibli preparatlar insan sağlamlığına ziyan vurur. Bu preparatlar qaraciyərdə yağlanma, böyrəkdə daş əmələ gətirir, cinsi zəiflik yaradır:

"Əsl idmançıların qəbul etdikləri proteinlərin qiyməti çox baha olur. Lakin ucuz və keyfiyyətsiz maddələr idmançılar üçün məsləhət deyil. Bu gün bodibildinq və idman zallarında məşqlər keçən gənclərin əksəriyyəti protein qəbul edir. Nəzarətsiz olan həvəskar idmançılar uzun müddət məşq edib bədəni möhkəmləndirmək əvəzinə 10-15 manatlıq proteinlə əzələ kütləsini artırmağa üstünlük verirlər. Trenajor zallara gedərək protein qəbul edən gənclər istənilən halda bunu məşqçinin nəzarəti altında həyata keçirməlidirlər. Bu, ən azından sağlamlığı risk altına atmamaq baxımından önəmlidir".

Y.Abdiyeva bildirib ki, bu gün bütün ölkələrdə protein tərkibli maddələrdən geniş istifadə olunur. Lakin təəssüflə qeyd edilməlidir ki, ölkəyə əksər hallarda həmin maddənin standarta uyğun olmayan nümunələri gətirilir:

"Ekspertlər bazarda qida əlavələri adı altında keyfiyyətsiz ərzaq məhsullarının satıldığını bildirirlər. Bunların bir hissəsi isə şəbəkə marketinq vasitəsilə həyata keçirilir".

Mütəxəssis əlavə edib ki, aparılan tədqiqatlara görə, belə preparatların tərkibinə qida əlavələri adı altında hormonal preparatlar qarışdırılır. Həmin maddələr qısa müddət ərzində orqanizmi gücləndirsə də, sonralar çox ciddi fəsadlar yaradır:

"Bunlar dərman preparatı olmadığından Səhiyyə Nazirliyi belə hallara nəzarət edə bilmir. Bu səbəbdən də bazarda belə preparatların yayılması genişlənir".

Y.Abdiyeva deyib ki, keyfiyyətli protein preparatlarının həkimin və ya məşqçinin tövsiyəsi ilə üç ay ardıcıl qəbul edilməsi məsləhət görülür:

"Üç ay müddətində gəncin əzələləri şişir, bədəni müəyyən formaya düşür. Amma məşq etmədikdə qısa müddət ərzində bədən öz formasını itirir, şişmiş əzələlər yumşalır, dəridə qırışlar əmələ gəlir. Sonradan isə bədəni normal vəziyyətə qaytarmaq çox çətin olur". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür?
Dünyada koronavirusa yoluxanların sayı 84 milyonu keçib
Skolyoz nədir və necə müalicə olunur?

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Həmin görüntülər yayıldı: Pilotlar nə deyirmiş?
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı