Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3708
az

Orqanizmin proteinə ehtiyacı olduğunu göstərən 8 ƏLAMƏT - MÜTLƏQ OXUYUN! - FOTO

12:2616 İyul, 2018
1021
TİBB
  • A
Bədənin ən çox ehtiyac duyduğu qida dəyərləri arasında zülal ilk sırada yer alır. Buna baxmayaraq, aparılan tədqiqatlara görə, dünyada 1 milyard insan zülal çatışmazlığı problemi ilə qarşılaşır. Orqanizmin zülala ehtiyac duyub-duymadığını anlamaq olduqca asandır.

Oxu24.com  bu yazıda oxucuları bədənin proteinə ehtiyacı olduğunu göstərən əlamətlərlə tanış edir:

Zülal çatışmazlığı orqanizmdə bir sıra sağlamlıq problemlərinə yol açır. Aparılan araşdırmalara görə, xüsusilə ərzaq qıtlığının olduğunu Orta Afrika və Cənubi Asiya regionlarında əhalinin çoxu zülal çatışmazlığı problemindən əziyyət çəkir.

Aclıq hissi

Bütün gün ərzində özünüzü ac hiss edirsinizsə, bu, zülal çatışmazlığının əlamətləri ola bilər. Problem davam edərsə, həkimə müraciət edin.

Zehni yorğunluq

Yaddaşda zəiflik, müvazinət pozğunluğu və qavrama problemlərinin əsas səbəbi zülal çatışmazlığıdır. Bu kimi problemlərlə tez-tez qaşılaşırsınızsa, həkimə gedin.

Yuxusuzluq

Orqanizmin zülala ehtiyacı olduğunu göstərən işarələrdən biri də yuxu problemleridir. Yuxu problemləriniz varsa, yatmazdan əvvəl zülal ehtiva edən qidalar yemək tövsiyə olunur.

Saç tökülməsi

Saçların 90 faizi keratin adlı zülaldan yaranır. Zülal çatışmazlığı saçların tökülməsinə, nazikləşməsinə və solğunlaşmasına gətirib çıxarır. Saçların sağlam və güclü olması üçün ağartı məhsullarına üstünlük verin, səhərlər yumurta yeyin.

Qaraciyər yağlanması

Zülal çatışmazlığının ən çox rast gəlinən əlamətlərindən biri qaraciyər yağlanmasıdır. Müalicə edilmədiyi təqdirdə qaraciyər iltihabına və qaraciyər çatışmazlığına yol aça bilər.

Oynaq ağrısı

Bədən ehtiyac duyduğu qədər zülal qəbul etməyəndə, tez-tez oynaq ağrıları meydana gəlir. Bu vəziyyət tez-tez təkrar olunarsa, həkimə müraciət edin.

Sümük sınması

Bədəndə zülal miqdarının aşağı olması sümüklərə də əhəmiyyətli dərəcədə təsir edən başlıca amildir. Zülal çatışmazlığı sümüklərin zəifləməsinə, hətta sınmasına təsir göstərir.

Dırnaq qırılması

Orqanizminizdə zülal çatışmazlığı özünü dırnaq və dəridə də göstərir. Zülal çatışmazlığı dırnaqların saralmasına, qırılmasına, dəridə isə ləkələnmə kimi sağlamlıq problemlərinə səbəb olur. (publika.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bədən uyuşmazlığı nədir?
Seks və ağrı: intim münasibətdən məhrum qadınların HEKAYƏLƏRİ
Güclü ürəyə sahib olmağın ən asan yolu

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi