Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
340
az

Boynunu şaqqıldadanlara XƏBƏRDARLIQ: İflic ola bilərsiniz

21:2806 Aprel, 2018
1290
TİBB
  • A
 Oynaqların şaqqıldaması bədənin hər hansı bir yerində ortaya çıxa bilər. Bu, çox adi bir hal kimi görünsə də, əslində, irəliləyən yaşlarda ciddi problemlərə səbəb ola bilər. Bəs oynaq şaqqıldaması nə üçün olur və hansı narahatlığın göstəricisidir? Ailem.az bununla bağlı məlumatları diqqətinizə çatdırır.


Xalq arasında oynaq şaqqıldaması olaraq bilinən sümük şıqqıltısı, sümüklərin ətrafında olan karbondioksid azot və oksigendən yaranan qaz kapsullarının boşalması nəticəsində, iki sümük ucunun bir-birinə çarpması ilə çıxan səsə deyilir.

Oynaq şaqqıltısı ciddi bir narahatlıqdırmı?

Adətən bu hal boyun, diz, bilək, ya da barmaqlarda meydana gəlir. Bəzi adamlar oynaq şaqqıldatmağı rahatlıq kimi bilirlər. Başları ağrıyan kimi boyunlarını sağa-sola çevirib şaqqıldadırlar. Yaxud barmaqlarını şaqqıldadaraq əllərindəki yorğunluğu çıxarmağa çalışırlar. Lakin bunları etmək düzgün deyil, hətta ziyandır. Bəzi oynaq şaqqıltısı iki sümüyün ortasında şiş yaradır. Həmçinin sümüklərin erkəndən kirəclənməyə başlaması, ya da sümüyün zəifləməsinə və irəliləyən yaşlarda da sümüyün qırılmasına, hətta iflicə də səbəb ola bilər.

 

Oynaq şaqqıltısının qarşısı necə alınır?

- Mütəmadi idman etmək


- Gündə bir stəkan süd içmək

 

- Sümüyü qüvvətləndirmək üçün lif və kalsium səviyyəsinin yüksək olduğu qidalar istifadə etmək oynaq şıqqıltısını aradan qaldırar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bədən uyuşmazlığı nədir?
Seks və ağrı: intim münasibətdən məhrum qadınların HEKAYƏLƏRİ
Güclü ürəyə sahib olmağın ən asan yolu