Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32051
az

Xərçəng xəstəliyi nədir?

01:0627 May, 2020
1042
TİBB
  • A

Ümumdünya xərçənglə mübarizə həftəsi

Cəmiyyətdə xərçəng xəstəliyi ilə birbaşa və ya dolayı yolla təmasda olmayan insan tapmaq çox çətindir. Dünya xərçəng günü bu xəstəliklə mübarizə aparanlara və bu  xəstəliyi keçirənlərə əlimizdən gəldiyi qədər kömək etmək üçün bir gündür. Bu yeganə gün insanların bu xəstəliyi daha yaxşı anlamaları , insanlara kömək etmək üçün yeni hədəflər qoymaq , onları xatırlamaq , bir gün cəmiyyətdə  daha az insanın xərçənglə təmas edəcəyinə ilham vermək üçün xüsusi əhəmiyətlidir.

Danılmaz faktdır ki, xərçəng xəstəliyinin əlamətləri çox ciddi və dünyanın hər yerində yayılmış bir problemdir. Dünyada , ürək damar xəstəliklərindən sonra ən çox can itgisinə səbəb olan bir xəstəlikdir ki, bunda da topluluq və ölkələrinnin sosial-ekonomik dezavantajının təsirləri bir qədər rol oynayır. Dünya xərçəng günü bu xəstəliyin erken dövründə tapılması və müalicə edilməsi lazım olduğunu  insanlara xatırlatmaqla, daha çox yayılmasının qarşısının alınmasına ümid yaradır.

Xərçəng xəstələrinin 1/3 nün qarşısı alına bilir, geri qalanı isə vaxtında aşkarlandıqda  effektiv müalicə oluna bilir. Baxmayaraq ki, xərçəngin yaranmasında genetika kim bəzi risk faktorları kontrolumuzda deyil, lakin bilməliyik ki, bizim bir çox davranışlarımız və həyat tərzimiz xərçəngi əhəmiyyətli dərəcədə azalda bilər. Siqareti istifadəsini dayandırmaq, spirtli içgini azaltmaq, kifayət qədər gün işığında qalmaq və aktiv həyat tərzi keçirmək kimi fərqli yollarla sağlamlığımızın qayğısına qala bilərik.

Tibbin inkişafı sayədində xərçəng xəstəliyinin müalicəsi kimyəvi terapiya,radioterapiya , cərrahi üsulla müalicəsi vardır. Həmçini insan papilloma virusunun (HPV) peyvəndi sayəsində bir çox insanın xərçəng olmasının qarşısı alınıb.

Bəs siz bu gün nə edə bilərsiniz? Bu gün siz özünüzü və ətrafınızı bu barədə bilgiləndirə bilərsiniz. Dünya Xərçənglə Mübarizə Təkilatı hər il insanları bilgiləndirmək üçün müəyyən tədbirlər keçirir. Hər kəs bu gün ,  ən azından özünü, və yaxınlarını bilgiləndirsə xərçəngin vaxtında bilinməsi nəticəsində , insanların  həyatını xilas edə bilər. Bundan əlavə xərçəng keçirmiş biri, öz şəxsi təcrübələrini, necə mübarizə apardığını online platformalarda və ya qruplar şəklində paylaşaraq insanlara ümid ola və onların qorxu və stresslərini azalda bilər.

 

Xərçəng xəstəliyi nədir 
 

Xərçəng, bəzi təsirlərin nəticəsində dəyişmiş hüceyrələrin, yerli və ya uzaq nöqtələrdə kontrolsuz olaraq, çoxalıb böyüməsi nəticəsində meydana gələn xəstəliklər qrupudur. 

Normalda hüceyrələr kontrollu olaraq, orqanizmin ehtiyacına görə bölünərək çoxalırlar. Hüceyrələr bir tərəfdən proqramlanmış ölüm və ya apoptoz nəticəsində yox olarkən, digər tərəfdən böyümə faktorlarının təsiri  ilə çoxalırlar. Xərçəng meydana gəldiyi zaman bu nizam pozulur. Hüceyrələr daha anormal hala gəlir, yaşlı və ya zədələnmiş hüceyrələr normalda ölmələri lazım olan vaxtda yaşamlarını davam etdirir, ehtiyac olmasa da çoxalaraq yeni hüceyrələr meydana gətirirlər. Bu əlavə hüceyrələr durmadan bölününərək şiş adı verilən yumru kütlələr əmələ gətirir. Bir çox xərçəng növü , toxuma kütləsi olan qatı şişlər meydana gətirir . Talassemiya kimi qan xərçəngləri qatı şişlər meydana gətirmir.

Orqanizmin sağlam hüceyrələrinin böyümə və bölünmə qabiliyyətləri məhduddur. Xərçəng hüxeyrələrində isə bu məhdudiyyət yoxdur və onlar durmadan böyüyə və bölünə bilirlər.

Böyümə faktorları normalda DNT-dəki müxtəlif genlərin təsiri ilə yaranmış zülüllardır. Bu genlər mutasiyaya (dəyişmək)  uğrayaraq hüceyrələrin həddindən artıq böyüməsinə səbəb olursa xərçəng meydana gəlir, bu genlər  onkogen adlandırılır.

DNT həyatın mərkəzi maddəsi olaraq qəbul edilir. DNT də genlər yerləşir. Genlər ata və anadan uşağa göz rəngi, dəri rəngi kimi xüsusiyyətlər və ya talessemiya kimi xəstəliklərin keçməsinə səbəb ola bilən  genetik vahidlərdir.

Onkogenlər 1970 ci illərin sonlarında tapılmış, bu günə kimi dərindən araşdırılaraq xərçəngin daha yaxşı başa düşülməsinə, diaqnoz və müalicəsində istifadə edilmişdir.

Onkogenləri meydana gətirən mutasiyalar, kansoregen maddələrin, virusların və X şüalarının təsiri ilə meydana gəlir. Xərçəng hüceyrələri meydana gəldikləri orqanın adını alır. Xərçəng bir orqanda meydana gəldikdən sonra , uzaq toxuma və orqanlara qan ilə gedərək , getdikləri yerdə böyüməyə başlayırlar. Metastaz dediyimiz  ocaqlar meydana gətirir və çox vaxt xəstələr metastaz nəticəsində həyatlarınıını itirirlər. Tez inkişaf edən xərçənglərdə metastaz daha tez, yüngül gedişli xərçənglərdə isə daha gec meydana gəlir. Metastazın meydana gəlməsi təsadüfdən çox, xərçəng hüceyrələrinin bəzi orqanlarda  yerləşməsini asanlaşdıran xüsusiyyətlərinə görədir. Misal olaraq qeyd edə bilərik ki, bağırsaq xərçəngləri qaraciyərə, prostat xərçəngləri sümüyə daha asan metastaz verir. Burada xərçəngli toxumadan keçən qan axınının istiqaməti, damar hüceyrələrinin aktivliyi kimi faktorlar rol oynayır.

Onkogenlərlə yanaşı anti-onkogenlər də çox vacibdir. Belə ki onkogenlər xərçəngə səbəb olarkən , Anti-onkogenlər xərçəngin qarşısını alan genlərdir. Bu genlr təbbi hallarında ikən, yəni mutasiya keçirməmiş formada olduqlarında hüceyrə bölünməsini və çoxalmasını tormozlayan genlərdir. Bu genlərə misal olaraq retinablastoma və p53 genini göstərə bilərik.

Xərçəng hüceyrələrinin normal hüceyrələrdən fərqləri nələrdir? 

Xərçəng hüceyrələri normal hüceyrələrdən nəzarətsiz böyümələrini və invaziv vəziyyətə gəlmələrini təmin edən bir çox cəhətə görə fərqlənir. Ən əsas fərq, xərçəng hüceyrələrinin normal hüceyrələrə nisbətən daha az ixtisaslaşmış olmasıdır. Başqa sözlə, normal hüceyrələr fərqli funksiyaları olan yüksək dərəcədə spesifik bir hüceyrə tipinə çevrilərkən, xərçəng hüceyrələri belə bir yolu izləmirlər. Bu, normal hüceyrələrdən fərqli olaraq xərçəng hüceyrələrinin dayanmadan bölünməyə davam etməsinin səbəblərindən biridir. Əlavə olaraq xərçəng hüceyrələri apaptozu başladan siqnallardan yan keçə bilirlər.

Xərçəng hüceyrələri onları əhatə edən mikromühitə, normal hüceyrə, molekul və damarlara təsir edə bilirlər. Belə ki xərçəng hüceyrələri, ətrafında olan hüceyrələrə onları qidalandıran və oksigenlə təmin edən qan damarlarını meydana gətirmək üçün təsir edə bilərlər. Bu qan damarları şişlərin atıq maddələrini uzaqlaşdırmaq üçün də istifadə olunur.

Xərçəng hüceyrələri orqanizmi infeksiya və digər xəstəliklərdən qoruyan immun sistemdən gizlənə bilir. İmmun sistem normalda zərər görmüş və ya anormal hüceyrələri orqanizmdən uzaqlaşdırmasına  baxmayaraq, bəzi xərçəng hüceyrələri ondan gizlənə bilir.

Xərçəng xəstəliyinin yaranma səbəbləri 
 

Xərçəng xəstəliyinin yaranma səbəbləri dəqiq hələ məlum deyil. Xərçəng xəstəliyi üçün risk faktorları həyat tərzinə, yaşına, cinsinə və ailə xəstəlik tarixinə görə dəyişir. Digər bir risk qrupu ətraf mühit faktorlarıdır. Bu faktorları aşağıdakı kimi sadalaya bilərik:

Siqaret çəkmə və həddindən artıq spirtli içgi istifadəsi,
Uzun müddət və təhlükəli saatlarla günəşin altında olmaq,
Həddindən artıq rentgen şüalarına məruz qalmaq
Bəzi kimyəvi maddələr (qatran, benzin, boyalar, asbest və s.)
Bəzi viruslar (HPV, Hepatit)
Helicobakteriya Pylori (mədə xərçəngi)
Havanın çirklənməsi
Radiasiyaya məruz qalma,
Pis qidalanma vərdişləri, yağlı qidalar, yanmış yağlar, yodla zəngin olmayan qidalar
Stress
Hərəkətsiz həyat tərzi
Qeyd olunan faktorlar hər biri ayrı ayrı xərçəng növlərini meydana gətirə bilir. Bu səbəbdən qeyd olunan faktorlardan mümkün qədər uzaq durmalı və ətrafımızdakıları bu barədə məlumatlandırmalıyıq.

Xərçəng meydana gəlməsində qidalanma vərdişlərimizin təsiri 30-70% arası dəyişir. Bu səbəbdən qidalanma vərdişlərimizdə müəyyən dəyişikliklər edə bilərik.

Xərçəng xəstəliyinin əlamətləri 
 
Xərçəng xəstəliyinin əlamətləri bilmək bütün xərçəng növləri üçün həyati dəyərə sahibdir. Erkən diaqnoz toxuma və orqan itgisinin qarşısını almaqla yanaşı müalicənin müsbət nəticələnməsi və sağ qalmanı yüksək nisbətdə artırır. Xərçəng növlərinin səbəbsiz çəki itgisinin, halsızlıq, azalmayan yüksək temperatur , ümumi və yerli ağrılar kimi ümumi əlamətlərindən əlavə , spesifik simptomlarını bilmək də vacibdir. Aşağıda sadalayacağımız simptomlardan birini və ya bir neçəsini özünüzdə görürsünüzsə bu sizin xərçəng olduğunuz mənasına gəlmir. Ətraflı müayinə və diaqnoz üçün ixtisası üzrə həkimə yaxınlaşmaq lazımdır.

Xərçəngin əlamətləri
 
Keçməyən yorğunluq
Keçməyən yüksək temperatur
Ağrı( yerli və ya ümumi)
Dəridə, xal və ziyillərdə dəyişikliklər
Öksürmək, qanlı bəlğəm və xoruldamaq
Qanaxma(burun, boğaz və digər orqanlar)
Udqunmada çətinlik və səs qısıqlığı
Xarici cinsiyyət orqanlarında dəyişikliklər
Qarında şişlik və gərginlik hissi
Xərçəng olan orqan nayihəsində ağrı və dəyişikliklər
Açıqlana bilməyən çəki itgisi
Bir çox xərçəngin əlamətləri; xüsusi ilə mədə, pankreas, qida borusu və ağciyar xərçənginin ilk əlaməti açıqlana bilməyən çəki itgisdir. Şişdəki xərçəng hüceyrələrinin metabolizmi sürətləndirməsi nəticəsində orqanizm daha sürətli enerji istifadə edər və bu ani kilo itgisinin yaranmasına səbəb ola bilər.

Yüksək temperatur xərçəng əlamətləri içintə tez tez görülür lakin adətən irəli mərhələlərində daha çox biruzə verir. Qan xərçəngi və limfa vəzi  şişlərində isə ilkin əlamət olaraq ortaya çıxa bilər.

Süd vəzi xəçənginə qarşısını almaq üçün  qadınlar hər ay özləri özlərini müayinə etməlidir. Süd vəzində kütlə və süd vəzinin ucunda fəqlilik,qızarıqlıq,həssasiyyət, çuxurlaşma, ucunun içəri doğru dönməsi, pullu,qırmızı ya da şiş olması, portağal qabığı görüntüsü, süd vəzi ucunda axıntı, iki süd vəzi arasında son vaxtlarda ortaya çıxan asimmetriya, limfa vəzilərində şişlik, qolda şişlik olması  ən çox rast gəlinən dəyişikliklərdəndir. Bunlardan əlavə aybaşı dövründən əvvəl ortaya çıxan , bu dövrdən sonra itən və ya ölçüsü kiçilən yumrular demək olar ki, əhəmiyyətsizdir.

 

Xərçəngin  diaqnozu 
 
Xərçəngin diaqnozunu mütləq ixtisası üzrə həkim təyin etməlidir. Əlamətlərdən biri və ya bir neçəsi artıq görülürsə həkimə yaxınlaşmaq tövsiyyə olunur. Bundan əlavə xərçəngin profilaktik yoxlanılması zamanı və müalicənin gedişini izləmək üçün onkomarkerlərdən istifadə edilir.

Onkomarkerlər-şiş hüceyrələri tərəfindən sintez olunan zülal təbiətli maddələrdir. Bəzən bu markerlər şiş tərəfindən deyil, şişə bir cavab olaraq digər toxumalar tərəfindən də ifraz olunur. Şiş markerlərı; qanda, sidikdə, şiş toxumalarında və digər toxumalarda təyin oluna bilər. Hər bir toxuma şişi üçün fərqli onkomarkerlər təyin olunur.

Klinikamızda yaxınlaşaraq aşağıdakı onkomorker analizlərini verə bilərsiniz:

CEA analizi qanda olan karsinoembrionik antigenin səviyyəsini göstərir.Əsasən bu onkomarker yoğun bağırsaq xərçəngi başda olmaqla bütün onkoloji proseslər zaman da artır.Hamiləlik zamanıda normadan yuxarı olur,lakin doğuşdan sonra normaya düşür.Sağlam yetişkinlərdə də çox az miqdarda aşkarlanması mümkündür.Xərçəng xaricində bəzi xəstəliklərdə və hətta siqaret çəkənlərdə belə artar. CEA-xüsusi ilə yoğun bağırsaq xərçəngi başda olmaq üzərə qalxanabənzər vəzi,ağ ciyər,süd vəzilərinin,qaraciyər,mədəaltı vəzi,yumurtalıqların onkomarkeri hesab olunur.

CA-125 yumurtalığın onkomarkeridir.Müalicə zamanı yoxlanılması informativ hesab olunur.Bəzi hallarda: hamiləlik,aybaşı zamanı arta bilər.Bu zülal xərçəng olmayan qadınlarda hər hansı bir infeksiya və ya kistlər zaman da normadan yuxarı olur. Əsasənyumurtalıq xərçəngindən əziyyət cəkən pasientlərdə müalicə fonunda müalicənin gedişatını izləmək üçün aparılır.

HE-4 adı verilən yeni analiz yumurtalığın xərçəngini təyin etmək üçün istifadə olunur.Kiçik canaq orqanlarının xərçəngini ən dəqiq təyin edən onkomarker hesab olunur. CA125 və HE4 birlikdə yoxlanılması daha informativ hesab olunur. Ac və ya tox qarnına olmasının heç bir fərqi yoxdur.

ROMA I-yumurtalığın onkomarkeridir.Premenopauza və postmenopauzadan asılı olaraq fərqli nəticələrə görə dəyərləndirilir.

CA 15-3 süd vəzilərinin onkomarkeridir.Əsasən müalicə fonunda onkoloji prosesin gedişatını izləmək üçün yoxlanılır.Süd vəzilərinin onkoloji prosesinin erkən mərhələlərində normada olduğu üçün xərçəngin ilk etaplarında təyini informativ hesab olunmur.

CA 15-3 süd vəzidən əlavə ağ ciyər,mədəaltı vəzi və kororektal(yoğun bağırsaq) xərçəngləri zamanı yüksəlir. Biotin qəbulu olubsa,analiz vermək üçün üstündən 8 saat kecməlidir(nəticəyə təsir edir).

CA 19-9 və CA 242 mədəaltı vəzin onkomarkeri hesab olunur. Əlavə olaraq:CEA,bilirubin və qaraciyər paneli yoxlanıla bilər.

AFP-alfa fetoprotein qaraciyər onkomarkeri hesab olunur. Ginekologiyada 3-lü test daxilində yoxlanır. (15-21 həftə). Müalicənin gedişatını izləmək üçün təyin olunur.Əlavə olaraq xroniki hepatit və sirroz zamanı təyin oluna bilər.

PSA-prostat spesifik antigen prostat vəzi tərəfindən sintez olunur və prostatın onkomarkeri hesab olunur.Prostat xərçəngindən əziyyət cəkən pasiyentlərdə müalicəsi aparılan zaman və ya müalicədən sonra həkimin məsləhətinə əsasən yoxlanılır.Total və sərbəst formaları yoxlanılması məsləhət görülür.

Xorionik qonadotropin-kişilərdə xayaların,qadınlarda yumurtalıqların onkomarkeri hesab edilir. Ginekologiyada hamiləliyin təyini və gedişatını izləmək üçün müayinə aparıl

Tireoqlobulin-qalxanabənzər vəzinin onkomarkeri hesab olunur.

Nəcisdə gizli qanın təyini(Qreqersen sınağı)- bağırsağın onkomarkeri hesab olunur.

NSE(neyrospesifik enolaza)- Neuron Specific Enolase ifraz edən bütün növ şişlərdə xəstələr üçün kontrol olaraq istifadə olunur. Kiçik hüceyrəli ağciyər karsinomasının , karsinoidlərin, adacıq hüceyrə şişlərinin və neyroblastomaların diaqnozunda və komada olan xəstələrin qiymətləndirilməsində istifadə olunur.
CYFRA 21-1, sitokeratin fragment 19 olaraq da bilinən yeni növ onkomarker analizidir və ağciyər, qida borusu və sidik kisəsi xərçənglərini təyin edən ən spesifik analizlərdən biridir. Digər xəstəliklərələ differensial diaqnostika mərhələsində də çox əhəmiyətlidir.

CA 72-4 Əsasən mədə-bağırsaq traktının adenokarsinomalarında və yumurtalıq və süd vəzi toxumalarında tapılır. CA 72-4 səviyyələrinin, CEA və ya CA 19-9 ilə müqayisədə metastatik mədə xərçəngi olan xəstələrin böyük bir faizində yüksəldiyinə rast gəlinir. Bundan əlavə, CA 72-4 səviyyəsi bəzi xoşagəlməz vəziyyətlərdə (pankreatit, sirroz, ağciyər xəstəlikləri, revmatoid xəstəliklər, qadın xəstəlikləri, mədə-bağırsaq sistemi xəstəlikləri və s.) arta bilər.

CA 50- yoğun bağırsaq onkomarkeridir

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Evinizdəki ÖLÜM TƏHLÜKƏSİ - Onlardan XƏBƏRDARSINIZMI?

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ