Daltoniklər dünyanı necə görür?
08 May 2026, 22:06
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
692
19.05.2020, 14:39
Ramazan ayı bitdiyi üçün oruc tutan şəxslər normal qidalanma rejiminə qayıdıb. Oruc tutan şəxslər günün böyük hissəsi ac qalıb, daha sonra iki dəfə qidalandığı üçün bağırsaq və həzm sistemində dəyişikliklər olur, balanssız bəslənmə maddələr mübadiləsinin sürətini azaldır.
Bu səbəbdən orqanizmi birdən-birə yağlı və şirin qidalarla yükləmək olmaz. Mütəxəssislər də oruc tutan insanlara Ramazandan sonrakı mərhələdə düzgün qidalanmağı məsləhət görür.
1. Günə sağlam bir səhər yeməyi ilə başlayın.
Ramazan ayı boyunca yavaşlayan maddələr mübadiləsini sürətləndirmək üçün yumurta, pendir, qaynadılmış tərəvəz ilə günə başlaya bilərsiniz. Bundan əlavə, yulaf, süd, meyvə, qoz ilə başlayan yüngül səhər yeməyi orqanizmə müsbət təsir göstərir.
2. Gün içərisində qəbul edəcəyiniz qidanın qan şəkərinizin normada saxlamasına diqqət edin.
Meyvə, süd məhsulları və ya qoz-fındıqla hazırlanmış balanslaşdırılmış qəlyanaltılar Ramazanda yavaşlayan metabolizmanı sürətləndirməyə kömək edəcəkdir.
Həmçinin oxuyun
Şəkərli şirniyyatlardansa, süddən hazırlanmış qidalara üstünlük verin. Şirniyyat demək karbohidrat deməkdir. Bu da çox yüksək enerji istehlakıdır. Qəbul etdiyimiz şirniyyat məhsulları bədənimizdə yağ kimi toplanır, insulin mübadiləsini, həmçinin qaraciyərə, mədə və bağırsaqlara ziyan verir. Bütün bunları nəzərə alaraq şirniyyat yemə vərdişini məhdudlaşdırmaqda fayda var.
Ətli və ağır xəmir yeməklərindənsə, tərəvəzlərdən hazırlanmış xörəklərlə qidalanılmalıdır. Tərəvəzli yeməklər həzm sistemini rahatladır. Liflə zəngin qidalar da yavaşlayan maddələr mübadiləsinin sürətlənməsinə kömək edir. Bol xiyar, təzə və quru meyvələr, zeytun yağı ilə hazırlanan tərəvəzlər, şorbalar günlük lif qəbulunu tənzimləyir, bağırsaq və həzm sistemini rahatladır, qəbzliyin qarşısını alır.
4. Bol su için
Ramazan ayı boyunca su az istifadə edildiyi üçün orqanizmin su ehtiyacı artır. Hər saat 1 stəkan su içərək maddələr mübadiləsini və bədənin su ehtiyacını normaya sala bilərsiniz. Gün ərzində 3 litr su içmək lazımdır.
5. İdman etməyi unutmayın
Ramazan ayı boyunca alınan kilolardan isə gündə 30 dəqiqə yürüş və idman hərəkətləri edərək xilas ola bilərsiniz.
23:58 / 09 May 2026
17
23:55 / 09 May 2026
24
23:54 / 09 May 2026
24
23:52 / 09 May 2026
20
23:46 / 09 May 2026
130
23:44 / 09 May 2026
30
23:27 / 09 May 2026
140
23:04 / 09 May 2026
134
22:56 / 09 May 2026
51
22:42 / 09 May 2026
166
22:10 / 09 May 2026
178
21:38 / 09 May 2026
164
21:22 / 09 May 2026
162
21:02 / 09 May 2026
173
20:41 / 09 May 2026
67
20:21 / 09 May 2026
72
20:08 / 09 May 2026
79
19:47 / 09 May 2026
68
19:35 / 09 May 2026
86
19:22 / 09 May 2026
77
18:44 / 09 May 2026
83
18:26 / 09 May 2026
87
18:12 / 09 May 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.