Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29076
az

Azərbaycanda koronavirusa yoluxan idmançı varmı? - RƏSMİ

13:1118 Aprel, 2020
1112
TİBB
  • A

"Agentliyimizin nümunə toplanması heyətinin üzvləri həm həkim, həm də digər sahələrdə çalışan şəxslərdir. Hazırda onlardan koronavirus pandemiyası ilə birbaşa mübarizədə çalışanı yoxdur".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli deyib.

O, Azərbaycanda hansısa idmançının koronavirusa yoluxma halı ilə rastlaşmadıqlarını bildirib: "Dünyada bu virusa yoluxan idmançılar barədə məlumatlarımız var. Amma bizim test qrupumuza daxil olan və test etdiyimiz idmançılar arasında belə bir fakt aşkarlanmayıb".

AMADA-nın direktoru dopinq-testlərini ölkədə hərəkət məhdudlaşdırılanadək apardıqlarını açıqlayıb: "Karantin rejimi müxtəlif mərhələlərlə tətbiq edilib. Bu rejiminin əvvəlki xüsusiyyətlərinə və Ümumdünya Antidopinq Agentliyinin pandemiya dövründə tətbiq edilən xüsusi qaydalarının tələblərinə riayət edərək, dopinq nəzarəti testləri ölkədə hərəkətlərin məhdudlaşdırılmasınadək həyata keçirilib".

Hüseynli bildirib ki, koronavirusa yoluxan idmançıdan nümunə toplanması mümkün deyil: "Ümumdünya Antidopinq Agentliyinin tələbinə əsasən, dopinq-testdən sonra hər hansı idmançı koronavirusa yoluxarsa, bu zaman məlumat əldə edildikdə həmin idmançı ilə təmasda olan nümunə toplanması heyətinin üzvləri müəyyənləşdirilərək müvafiq tədbirlər görülməli və laboratoriyaya həmin idmançının nümunəsinin kodu barədə məlumat bildirilməlidir. Hazırda belə faktlar aşkarlanmayıb".

Qeyd edək ki, daha əvvəl Türkiyədə həvəskar liqasının oyunlarını idarə edən azərbaycanlı hakim İsa Məmmədovda koronavirus aşkarlanıb.  

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı